Mühazirə 1 Nanotexnologiya



Yüklə 1,74 Mb.
səhifə43/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   51
C fakepathMuhazire toplusu

Kavernametriya – Kavernometriya üsulu kəsiliş üzrə quyunun həqiqi diametrinin dəyişməsini öyrənmək üçün tətbiq olunur. Bu üsul ilk dəfə olaraq 1935-ci ildə Bakıda Geofiziki Kəşfiyyat üsulları kafedrasında professor Sergey Yakovis Litvanov tərəfindən təklif edilmişdir. O dövrdə bu üsul kvadratlar üsulu kimi təklif olunmuşdur. Sonralar bu üsul Kavernometriya üsulu kimi adlandırılmışdır. Qazma zamanı süxurların xüsusiyyətlərindən asılı olaraq quyu diametri dəyişilir. Yəni, quyu diametri baltanın diametrinə bərabər, kiçik və ya böyük olur. Diametrin dəyişməməsi möhkəm süxurlara, kiçilmə yaxşı kollektorlara, böyümə isə skleti davamlı olmayan süxurlara və gillərə aiddir. Quyu diametrinin öyrənilməsi quyuda böyük sayda məsələlərin həllində lazım gəlir. Belə ki, quyu diametri karotaj məlumatlarının interpritasiyasında nəzərə alınır və nəticədə quyu diametrinə görə düzəlişlər verilir. İstismar kəməri buraxıldıqdan sonra kəmərarxası boş sahənin sementlənməsində lazım olacaq sement məhlulunun həcminin hesablanmasında, qazma borularının endirilib-qaldırılma prossesində nəzərə alınır. Quyu diametrinin öyrənilməsində kavernomerlərdən istifadə edilir. Ölçü zamanı kavernoqram və profilomer əyriləri qeyd edilir. Əyridə dərinlikdən asılı olaraq diametr mm-lə qeyd edilir.
İnklinometr. Yatma bucağının və azimutun öyrənilməsi Məlumdur ki, qazılma növünə görə (istiqamətə görə) quyular şaquli, əyilmiş və horizontal istiqamətli olurlar (şəkil 3). Şaquli qazılan quyular adətən kəşfiyyat və axtarış quyularıdır. Bu zaman quyu yatma bucağı 40-dən artıq olmamalıdır. Qarşıya qoyulan məsələdən asılı olaraq istiqamətləndirilmiş (əyilmiş) və horizontal quyular qazılır. Belə quyularda quyu yatma bucağı 900 -dək çata bilir. Yatma bucağını təyin etmək üçün inklinometrlərdən istifadə edilir.
Şəkil 3. Quyuların relyefdən asılı olaraq müxtəlif istiqamətlərə qazılmasını əks etdirən sxemlər

Qaz karotajı – quyuda dövr edən gil məhlulu içərisində olan qazlar və onların komponenetlərinin miqdarının ölçülməsinə əsaslanır. Qaz karotaji quyuların kəsilişinin qaz karotajı ilə öyrənilməsi ilk dəfə M.B. Abramoviç tərəfindən təklif olunmuş və Qaraçuxur neft yatağında tətbiq edilmişdir. Hal-hazırda qaz karotajı üsulu başqa tədqiqat üsulları ilə yanaşı olaraq quyuların kəsilişini öyrənmək üçün geniş tətbiq edilir.
Qaz karotajı quyu qazılarkən neftli və qazlı layları keçdikdə qaz və maye karbohidrogenlər gilli məhlulla dolur və onunla birlikdə yer səthinə çıxır. Gilli məhlulun özlülüyü çox olduğundan və qazlı zonaların kiçikliyindən gilli məhlulda yüksək qazlı sonalar saxlanılır. Əgər gil məhlulundan götürülən qazlar müntəzəm şəkildə tədqiq edilib, onların tərkibindəki ağır və yüngül karbohidrogen qazları müəyyən olunsa, onda alınan məlumatlara görə qaz karotaj diaqrammı tərtib etmək olar ki, bununla da neftli və qazlı horizontları ayırmaq mümkündür. Quyu kəsilişinin bu üsulla öyrənilməsi qaz karotajı adlanır.
Qaz-karotaj diaqramları təhlil olunan zaman gil məhlulunun lüminessent analizinin nəticələri xüsusilə nəzərə alınmalıdır, çunki, xalis qaz laylarında lüminessent hadisəsi baş vermir. Ona görə də kəsilişin karbohidrogen qazları çox olan və lüminessent hadisəsi ilə xarakterizə edilən hissəsi neft yatağına uyğun gəlir. Əgər lüminessent analizinin məlumatları aydın, karbohidrogen qazlarının miqdarı çox olmazsa, onda qaz-karotaj diaqrammı göstərir ki, belə zonalar ağır neftli horizontlara və ya neftlədoyma zonalarına uyğub gəlir. Qazlı və qazlı-sulu laylarda qazın konsentrasiyası yenidirsə, qaz-karotaj diaqramında bu layları bir-birindən seçmək çox çətin olur.
Aparılmış təcrübələr göstərir ki, karbon qazı və xlor ionlarının miqdarının çox olması bir çox hallarda sulu horizonta uyğun gəlir.
Hal-hazırda qaz karotaj diaqramı göstəricilərinə əsasən qazlı layların qazlı-sulu laylardan səhvsiz seçilməsini təmin edən müəyyən bir üsul yoxdur. Qaz-karotaj diaqramının keyfiyyətinə bir sıra amillər təsir göstərir. Bu amillərin ağaıdakılardan ibarətdir;

  • Keçilən məhsuldar horizontların sonrakı təsiri, gilli məhluldakı qalıq qazın miqdarı, qeyri-karbohidrogen qazların təsiri və s.

  • Qaz karotaj diaqramında həmişə özünün qaz fonu olur ki, bu da gilli məhlulun hazırlandığı zaman gilin tərkibindəki qazla, həmçinin alətlərin yağlanması, əlavə edilən neft, keçilmiş horizontların sonrakı təsiri və s. ilə əlaqədardır.

Əgər quyu qazılan zaman qaz fonu sabit, onun kəmiyyəti məlum olarsa, onda məhsuldar horizontları daha dəqiq ayırmaq olur. Quyu işlərini sadələşdirmək məqsədilə qaz-karotaj diaqramının qazma zamanı deyil, eletrik karotajında olduğu kimi, quyunun qazılması başa çatdıqdan sonra çəkilməsi üçün təcrübə işləri aparılır. Quyu kəsilişlərinin belə üsulla öyrənilməsi, gilli məhlulun dövranı dayandıqdan sonra quyuda qalan gilli məhlulun maye və qazvari karbohidrogenlərlə zənginləşməsinə əsaslanır. Qaz-karotaj diaqramı avtomaşında quraşdırılmış xüsusi qaz karotajı stansiyası vasitəsilə çəkilir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin