Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu



Yüklə 82,67 Kb.
səhifə13/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

4.2.Pedaqoji eksperimentin növləri. Pedaqoji eksperimentlər yerinə yetirdiyi vəzifələrə görə üç növə ayrılır:

  • müəyyənləşdirici (diaqnostik),

  • öyrədici,

  • yoxlayıcı.

Müəyyənləşdirici, öyrədici və yoxlayıcı (kontrol) eksperimentin hər biri ümumi eksperimentin bir mərhələsi olmaqla biri digəri üçün zəmin rolunu oynayır, biri digərini tamamlayır. Bunların hər birinə nəzər salaq.
Müəyyənləşdirici eksperiment. Bu eksperimenti təşkiledici eksperiment də adlandırırlar. Pedaqji-psixoloji tədqiqatlarda müəyyənedici eksperiment xüsusi mərhələ kimi yüksək qiymətləndirilir. Müəyyənedici eksperimentdə tədqiqatçı yalnız araşdırılan pedaqoji sistemin vəziyyətini öyrənir, faktların əlaqəsini, hadisələr arasındakı asılılıqları müəyyənləşdirir. Pedaqoji tədqiqatın başlanğıcı, ilk pilləsi məhz müəyyənləşdirici eksperimentdir. Bu prosesdə təlim-tərbiyənin mövcud sistemi yoxlanır, pedaqoji-psixoloji diaqnostika aparılır. Müəyyənedici eksperimenti bəzən məktəb təcrübəsinin öyrənilməsi və ümumiləçdirilməsi ilə qarışdırırlar. Adından məlum olduğu kimi, müəyyənləşdirici eksperiment hər hansı fərziyyənin yoxlanmasına, tədqiqat obyektinin vəziyyətinin öyrənilməsinə xidmət edən ilkin mərhələdir. Bu mərhələdə eksperimentator bir müddər bərabər səviyyəli şagirdlər (siniflər, məktəblər və s.), müəllimlər sorağında olur. Lazım gəldikdə səviyyənin belə bərabərləşdirilməsində bilavasitə iştirak edir. Bu mərhələdə təxminən bərabər səviyyəli siniflərdən (məktəblərdən, rayonlardan) kontrol sinif müəyyən edilir. Istər eksperimental, istərsə də kontrol siniflərdə mövcud vəziyyətin eyni yolla aşkara çıxarılır və sənədləşdirilir. Bu isə o qədər də asan məsələ deyildir. Eksperimentə cəlb olunacaq siniflərin səviyyəsini müqayisəli öyrənmək məqsədilə müxtəlif işlər görülür. Istər eksperimental, istərsə də kontrol siniflərdə şagirdlərin fiziki və psixi inkişafının ümumi səviyyəli müəyyənləşdirilməli və bərabər səviyyəli siniflər götürülməlidir. Eksperimentator çalışmalıdır ki, bütün siniflərə verilən mövzu, tapşırıqların sayı və həcmi, onların yerinə yetirilməsi üçün sərf olunan vaxt, cədvəl üzrə məşğələlərin sayı və s. eyni olsun. Eyni mövzu üzrə, eyni səviyyəli məsələlər, tapşırıqlar seçməklə bunu təmin etmək mümkündür. Eksperiment iki-üç paralel sinifdə təşkil olunduqda eyni müəllimin dərs deməsini təmin etmək mümkündür.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin