Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu



Yüklə 82,67 Kb.
səhifə16/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Öyrədici eksperiment – Tədqiqatımızın məqsədi, təsbitedici və axtarıcı eksperimentlərin vəzifələrinin həllindən irəli gələn nəticələri nəzərə alaraq, öyrədici eksperimentin məqsədi müəyyənləşdirildi: Tədris materiallarının təkminləşdirilmiş quruluş, məzmun və tədris metodikasının nəticəsində şagirdlərin fizikaya maraqlarının və biliklərinin keyfiyyətinə təsir dərəcəsi müəyyənləşdirildi.
Bu mərhələdə aşağıdakı vəzifələr həll olundu:
1. Sistemləşdirilmiş tədris materiallarının quruluş, məzmun və tədrisi metodikasının təkmilləşdirilməsi üçün təklif olunan üsul və metodların səmərəliliyi yoxlanıldı.
2. Tədris materiallarının təkmilləşdirilmiş quruluş, məzmun və tədrisi metodikasını şagirdlərin kimyaya maraqlarına və biliklərinin keyfiyyətinə təsir dərəcələri müəyyənləşdirildi.
Pedaqoji eksperimentin təşkili və keçirilmə metodikası.
Pedoqoji tədqiqat müddətində Baki şəhərində 19,254 №-li, Kürdəmir rayon 6 sayli tam orta, Yardımlı rayon 4 saylı tam orta məktəblərin müəllimləri ilə sistematik olaraq söhbətlər edilmiş, şagirdlərinin yoxlayıcı suallara verdikləri cavabları öyrənilmiş, müəllimlərin dərs və dərsdənkənar işləri müşahidə olunmuşdur. Bu məktəblər pedaqoji eksperimentin bütün mərhələləri üçün baza məktəbi olmuşdur. Məktəblər seçilərkən onların aşağıdakı tələblərə müvafiqliyi əsas götürülmüşdür:

  • Təklif olunan məktəb eksperimentlərinin icrası üçün kimyadan güclü maddi texniki bazaya malik olması;

  • Şagirdlər ilə dərsdənkənar işlərin sistematik olaraq həyata keçirilməsi üçün şəraitin olması;

  • Kimya müəllimlərinin kifayət qədər pedaqoji təcrübələrin və tədqiqatçılıq qabiliyyətlətinin olması.

Eksperiment nəticəsində 272 nəfər VII sinif şagirdi əhatə olunmuşdur. 2013/2014 tədris ilində məktəblərdə təsbitedici eksperiment qoyulmuşdur. Bu mərhələlərin məqsədlərinə irəli gələn vəzifələri həyata keçirərək VII siniflərdə təbiətşunaslıqdan dərs və dərsdənkənar məşğələləri müşahidə etməklə yanaşı , keçmiş və müasir illərin kimyadan tədris proqramları analiz edilmiş, tematik planlar və dərsliklər ilə tədqiq olunmuşdur.
Tədqiqat probleminə uyğun tədris materialları yeni quruluş və məzmun tədrisi metodikasının müəyyənləşdirilərkən yardım və məsləhət üçün ADPU – nun “Kimyanın tədrisi metodikası” kafedrasının Təhsil Problemləri İnstitutunun kimya tədrisi metodikası laboratoriyasının kimya kurikulumu mərkəzinin əməkdaşlarına müraciət etmiş, inkişaf etmiş ölkələrin , habelə respublikamızın qabaqcıl alim və pedaqoqlarının müasir təklifləri əks olunmuş mənbələr öyrənilmişdir. VII sinif kimya kursunda tədqiq olunan problemin həlli, vəziyyəti yoxlanılarkən aşağıdakı məsələlərə xüsusi fikir verilmişdir:

  • VII sinif tədris materiallarının sistemləşdirilmə mexanizmi (onun icrasında qarşıya çıxan çətinliklər, təklifkər və əldə olunan müvəffəqiyyətlər);

  • Tədris materialları müəllimlər tərəfindən öyrədilmə səviyyəsi (elmi-metodiki ədəbiyyatlardan, əyani vasitələrdən istifadə olunması; şagirlərin fərdi bilk və ya xüsusiyyətlərinin nəzərə alınması və s.);

  • Uyğun mövzuların tədrisinə dair fənlərlə (riyaziyyat, fizika, biologiya, əmək təlimi və təbiətşünaslıq) əlaqənin yaradılma səviyyəsi;

  • Şagirdlər tərəfindən müxtəlif kimyəvi anlayışları, kimyəvi hadisə, proses və qanunauyğunluqların elmi əsaslarını dərk olunma səviyyələri, onların sadə cihaz və avadanlıqlardan istifadə etmək bacarıq və vərdişlərin səviyyələri

  • Anket sorğusu vasitəsi ilə şagirdlərin ümumiyyətlə kimyaya və tədqiq edilən problemə maraqlarının səviyyəsi

VII sinifdə kimya kursunun tədrisinin müasir vəziyyətini tədqiqi etdikdə məlum oldu ki, kursun quruluş və məzmun əsas etibarı ilə kimya fənni kurikulumunun məzmun xətləri üzrə əsas və alt standartlara cavab verir. Tədqiqatın məqsadinə tam nail olmaq inteqrasiyasına fikir vermək lazımdır.
Pedaqoji eksperiment nəticəsində VII sinif şagirdlərinin kimyəvi hadisələrə dair biliklərin keyfiyyətini yoxlamaq üçün onlarla aşağıdakı frontal sorğu keçirilmişdir .
Müəllim (M)- buzun əriməsinin hansı səbəbləri ola bilər?
M:- suyun buxarlanmasını hansı yollarla sürətləndirmək olar?

Bundan əlavə həmin sualların məzmun və formasını dəyişməklə, hər birindən üç sual olmaqla didaktiv vərəqlərdən istifadə olunmuşdur. Bu suallara cavab vermək üçün hər şagirdə 10-15 dəq vaxt ayrılmışdır.


Daha sonra fənn müəllimlərinin VII siniflərdə uyğun mövzular üzrə apardıqları dərsliklərdə iştirak edib, müşahidələr aparmış və müəllimlərlə problemə dair söhbət və məsləhətləşmələr edilmişdir.
Pedaqoji eksperiment nəticəsində yuxarıda göstərilmiş, bütün araşdırmalardan aşağıdakılar aydınlaşdırıldı:

  • Şagirdlər mexaniki, istilik və elektrik hadisələrinə dair təsəvvürləri bir-biri ilə qarışdırırlar;

  • Onlar hadisələrin arasındakı oxşar və fərqli cəhətləri izah etməkdə çətinlik çəkir, yaxud düzgün izah etmirlər;

  • Təbiətdəki əlaqəli sistemləri fərqləndirdikdə çətinlik çəkirlər.

Bu yoxlama işlərinin nəticəsi cədvəl 3-də göstərilmişdir.



Məktəblər,
№-si

Siniflər

Şagirdlərin sayı
(n)

Qiymətlər

Müvəffəqiyyət:
K=((n13+n14)m)%-lə

2(n1)

3(n2)

4(n3)

5(n4)

Yardımlı şəhər 4 saylı tam orta məktəb

VIIa

22

3

6

8

5

60

VIIb

19

2

5

9

3

63

Kürdəmir şəhər 6 saylı tam orta məktəb

VIIa

20

-

6

7

7

70

VIIb

22

1

6

9

6

68

2013-2014 tədris ilində axtarıcı eksperiment aparılmışdır. Bu mərhələdə öyrənilən mövzulara dair şagirdlərin bilik keyfiyyətləri qeyde alınmışdır. Tədqiqatçının xahişinə və məsləhətlərini əsasən eksperimental məktəblərin kimya müəllimlər şagirdlərin dərs və dərsdənkənar cavablarına dair qeydlər aparılmışdır. Bu qeydlərə dair hesabatlar həmin tədris ilinin sonunda toplanıb, analiz edilmişdir.


Hesabatlarda aşağıdakı məsələrə xüsusi fikir verilmişdir:
1. Müəllif tərəfindən təqdim olunan tədris materialı və ona daim metodik gostərişlərə elmi – metodik münasibət (tədris materiallarının quruluş, məzmun, həcm, dərinlik və mənimsənilməli imkanları, şəkil və sxemləri keyfiyyəti və.s)
2. Təqdim olunan tədris materiallarının mənimsənilməsi dərəcəsinin müəyyənləşdirilməsi zamanı şagirdlərin xarakterik səhvləri.
3. Tədris materialları içərisində dəyişikliklər, əlavələr edilməyə və ya tamamilə çıxarılmağa ehtiyacı olan məsələlərin müəyyənləşdirilməsi.
Müəllim və şagirdlərin bu cavabları VII sinifdə kimyadan tədris materiallarının quruluş, məzmun, həcm və tədrisi metodikasının təkmilləşdirilməsi işində geniş istifadə olunmuşdur.
Qeyd etməliyik ki, şagirdlərin şifahi və yazılı işləri üçün sual və tapşırıqları seçərkən üstünlük elə suallara verilmişdir ki, onlar mahiyyət etibarı ilə təsbitedici eksperiment mərhələsinin suallarından o qədər fərqlənməsin.
Beləliklə, axtarıcı eksperimentin mərhələsinin sonunda aşağıdakı nəticəyə gəldik: öyrədici eksperimentin mərhələsində bütün eksperimental kimyəvi hadisələrinə dair tədris materialları tədqiqatçının təklif etdiyi təkmilləşdirilmiş quruluş, məzmun və metodika əsasında, siniflərdə isə tədris planında nəzərdə tutulan qayda tədris edilməlidir.
2013-2014 tədris ilinin I yarısından sonra öyrədici eksperiment aparıldı. Bu mərhələ qarşısında duran vəzifələri həll etmək üçün aşağıdakı tədqiqat metodlarından istifadə olunmuşdur:

  1. Şagirdlərin biliklərini müsahibə yolu ilə yoxlanılması.

  2. Şagirdlərin bilik və bacarıqlarının hissə-hissə analiz olunması

  3. Eksperimentator müəllimlərin cavabları, məsləhət və arzuları.


Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin