NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə38/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

Fəsil

Bu fəsildə (hissədə) Əmirəl-möminin Əli əleyhis-salamın hikmətli söz nəsihətləri toplanıb ona, o Həzrətdən soruşulmuş bəzi sualların cavabları nəzərdə tutduğu şeylər barəsində bəyan etdiyi qısa kəlamları əlavə edilib.




1

İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:


Fitnə-fəsad zamanı minilməli beli (gücü) süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş anası ondan sonra doğduğu balasına süd verən) erkək dəvə balası kimi ol.1

2

İmam Əli əleyhis-salam (tamah, hərislik, çətinlik yoxsulluğu başqalarına bildirmək düşünmədən danışmağın məzəmmətində) buyurmuşdur:



Tamah və hərisliyi (başqalarının əlində olan şeylərə göz tikməyi) öz şüarı etmiş kəs özünü kiçildib. (Çünki tamah möhtaclığa insanın özünü əyməsinə səbəb olur. Möhtaclıq özünü əymək isə alçaqlıq kiçikliyə səbəb olur.) Öz çətinlik və pərişanlığını (başqasının yanında) bildirən kəs zillət və xarlığa qol qoyub. (Çünki çətinlik pərişanlığı aşkar etmək həqirlik xarlıqdır.) Dilini özünə hakim edən (fikirləşib düşünmədən dilinə gələni danışan) kəs öz yanında da xar və zəlildir.2
3

İmam Əli əleyhis-salam (xəsislik, qorxaqlıq, kasıblıq, yoxsulluq acizliyin məzəmməti səbrlilik, zahidlik günahlardan uzaq olmağın mədhində) buyurmuşdur:



Xəsislik ardır. (Çünki xalq xəsis adamı dünya malına bağlılığına görə məzəmmət edir.) Qorxaqlıq nöqsan və çatışmazlıqdır. (Ona görə ki, hər hansı bir məqam dərəcəyə çatmaq şücaət cəsurluqdan sonra mümkün ola bilər.) Kasıblıq zirək şəxsi dəlil və sübutunu bəyan etməkdə lal və dilsiz edir (necə ki, varlılıq alçaq nadanı natiqləşdirir). Yoxsul öz şəhərində qəribdir (heç kəs onunla get-gəl etmir). Acizlik (insanı əldən salan) bəla və biçarəlikdir. Səbr şücaətdir. Zahidlik sərvətdir. (Çünki zahid, heç kəsə ehtiyacı olmayan varlı şəxs kimi dünya onun malına möhtac deyil.) Günahlardan uzaqlıq (ilahi əzab müqabilində) qalxandır. (Qalxan insanı qılıncdan qoruduğu kimi pərhizkarlıq da onu dünya axirət çətinliklərindən xilas edir.)
4

İmam Əli əleyhis-salam (insanın ilahi təqdirə razı olması, elm, gözəl xasiyyət təfəkkürün mədhində) buyurmuşdur:



İlahi təqdirə razı olmaq gözəl yoldaşdır. (İnsanın yoldaşı onu rifah əmin-amanlıqda saxladığı kimi, Allahın istədiyi şeyə razı olan şəxs rifah əmin-amanlıqda olur.) Elm müqəddəs və əziz bir mirasdır (ki, belə bir irs çatmış hər bir kəs səadət xoşbəxtlik açarını əldə edib). Gözəl xasiyyətlər (heç vaxt köhnəlməyən) təzə və yeni zinətlərdir. (Hər bir işdə) fikirləşmək təmiz və pak güzgüdür (güzgü kimidir ki, fikirləşən şəxs onunla işin xeyir ziyanının görür).
5

İmam Əli əleyhis-salam (sir saxlamaq, gülərüzlülük çətinliklərə qatlaşmağın mədhində) buyurmuşdur:

Ağıllı adamın sinəsi onun sirlərinin xəzinəsidir. (Ağıllı şəxs yadı öz sirrindən xəbərdar etməz.) Gülərüzlülük və yaxşı xasiyyətlilik dostluq tələsidir. (Gözəl xasiyyət gülərüzlülüklə xalqın ürəyini ələ almaq mümkündür.) Çətinliklərə dözüb səbr etmək pisliklərin örtüyüdür.1 (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Nəql edilib ki, o Həzrət əleyhis-salam bu mətləbin yozumunda həmçinin belə buyurmuşdur: Sülh və barışıq eybləri örtməkdir.2



6

İmam Əli əleyhis-salam (özündənrazılığın məzəmməti, yoxsullara sədəqə vermək bəxşiş etməyin faydaları hər kəsin öz əməlinin savab cəzasına çatacağı barəsində) buyurmuşdur:

Özündənrazı kimsəyə qəzəb edən çox olar. (Çünki özündən razı olan kimsə xalqı xar sayar buna görə hamı ona qəzəb edər.) Sədəqə xeyirli və şəfaverici dərmandır.3 Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq.4


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin