Dərəcələrə bölmə (latıncadan tərcümədə gradatio-tədricilik, ardıcıllıq deməkdir) istifadə üçün semantik cəhətdən mürəkkəb olan troplardan biridir. Dərəcələrə bölməni onun iki əsas modifikasiyasına əsasən nəzərdən keçirmək daha rahatdır.
16) Dərəcələrə bölmə – klimaks və ya sadəcə klimaks (yunancadan tərcümədə klimaks –pilləkən «nərdivan» deməkdir) bir-birinin ardınca düzülən anlayışların – ya öz-özünə, ya da müvafiq sintaksis strukturun tərkibində-ardıcıl olaraq mənasının genişləndirilməsini nəzərdə tutur. Bu prosedurun həyata keçirilməsi ardıcıl olaraq xüsusidən ümumiyə yüksəlmə deməkdir, amma addımların ardıcıllığını gözləmək lazımdır. Dərəcələrə bölmə, o cümlədən onun bir növü kimi klimaksın mənası məhz bundan asılıdır.
Bu tropun aydın bir sürətdə məntiqi xarakter daşımasına
baxmayaraq, paraloqika öz məqsədləri üçün ondan tamamilə istifadə edə bilər. Burada istifadə olunan «fırıldaq» dərəcələrə bölmə əməliyyatı üçün seçilmiş anlayışın xarakterində ehtiva olunur. Məsələn, əgər mən şam-ağac-bitki şəklində olan dərəcələrə bölmə əməliyyatını reallaşdırsam, təbii ki, mən məntiq qanunlarını pozmayacam. Amma paraloqika semantik cəhətdən daha maraqlı cümlələrin qurulmasına gətirib çıxara bilər.
- Model: vaxt sürətlə keçir: dəqiqə; əsr; era.
- Nümunə: (ufologiya problemlərinə həsr olunmuş məqalədən). Heynenin məşhur şam ağacı xatırlanır ki, bu da əslində elə kosmos vasitəsi ilə öz salamlarını göndərən Yer kürəsidir. Bu klimaksın məzmun baxımından nə qədər maraqlı olmasını nəzərə almadan qeyd edək ki, burada məntiq və paraloqika arasındakı fərq yaxşı görünür.
Məntiqi və paraloqik «pilləkənlar» çox zaman «pillələrin» sayına görə bir-birindən fərqlənir: məntiqi pilləkən addımları, paralogik pilləkən isə sıçrayışları nəzərdə tutur. Bundan başqa, paraloqik klimaks adətən sözün ciddi mənasında anlayış baxımından dərəcələrə bölmə deyil, paraloqik klimaks həmişə metaforik xarakter daşıyır: müqayisə et: şam ağacı-yer-kosmos. Praktiki olaraq bu o deməkdir ki, paraloqik klimaks məntiqi cəhətdən aydın olmayan siniflərdən istifadə edir.
Sıra: Təəssüf ki, belə də olur: siqaret, xəstəlik, ölüm; əvvəlcə mer, sonra millioner, daha sonra dustaq olur; bu gün vinti oğurlayırsan – sabah böyük dəzkahı.
17) Dərəcələrə bölmə – antiklimaks və ya sadəcə antiklimaks klimaksın əksi olan tropdur; o, ardıcıl olaraq anlayışın daralmasını nəzərdə tutur. Antiklimaks ilə əlaqədar olaraq nəzərdən keçirilən qayda klimaksa da aiddir: «azalma»nın dəqiq xəttini müəyyənləşdirmək lazıdır. Başqa sözlə, antiklimaksda tamamilə əks istiqamətdə hərəkət baş verir: tədricən ümumi anlayışdan xüsusi anlayışa doğru hərəkət baş verir.
- Model: Mafioz quldur deyil, o, uşaqlığı çətin keçən oğlandır.
- Nümunə: Bu heç də diskussiya deyil, boşboğazlıqdır, cəfəngiyyatdır!
Paralogik antiklimaksa aid bu nümunədə ümumi və xüsusi anlayışlar kimi normal bir-biri ilə əlaqəsi olmayan sözdər eyni məlumatın tərkibində bir-biri ilə əlaqələndirilir.
Sıra: necə də fikir irəli sürdü, bu hətta heç fikir də deyil, götür-qoy deməkdir...; gəldim paytaxta: nə mənzil? Heç otağım, bir küncüm də yoxdur.
18) Antanaklasis sözün, söz birləşməsinin və ya cümlənin çoxmənalığı haqqındı söhbətin gedib-getməməsindən asılı olmayaraq çoxmənalığa əsaslanan troplar qrupunu müəyyən edir. Yunancadan tərcümədə antanaklasis əks etdirmə deməkdir və nitq fraqmentinin birbaşa təkrarını özündə əks etdirir. Amma bu fraqmenti zahirən tam şəkildə təkrar etsə də, antaklasis formal şəkildə eyni olan fraqmentlər arasında daxili yaxınlığı nəzərdə tutmur.
Beləliklə, antaklasisi özünəməxsus provokasiya kimi də şərh etmək olar: məlum olanın «cildində» əslində gizlicə olaraq naməlum olan gəzdirilir. Amma bununla belə auditoriya uzun müddət nəyisə ehtimal etməli olmur: danışan tərəfindən mənanın dəyişikliyi elə sürətlə həyata keçirilir ki, alınan nəticə çox zaman komik xarakter daşıyır; belə ki, auditoriya belə asanlıqla aldatmağın mümkün olduğunu başa düşəndə bundan həzz alır.
- Model: partiya olub, var və var olacaq.
- Nümunə: Alimlər-işıq mənbəyidir. İşığı sondürüblər.
Bu nümunədə aydın sürətdə «işıq» sözünün mənasının bir-birinə qarışdırılması – məcazi mənadan (həqiqət simvolu kimi işıq) birbaşa mənaya (elektrik-işıq) keçid-məlumatın bir hissəsini digər hissədən götürülmüş fraqment əsasında yenidən mənalandırmağa imkan verir («işığı söndürüblər» oxumaq imkanını əldən alamaq deməkdir). İstənilən antanaklasis məhz belə xarakter daşıyır: biz əvvəlcə məlumatın mahiyyətini düzgün başa düşmürük və ona sonrakı müraciət zamanı yaranan yanlış təsəvvürləri aradan qaldırırıq.
Burada neqativ mənada istifadə edilən məntiqi qanunun pozulması nəticəsində yaranan səhv «tezisin dəyişdirilməsi» adlanır. Bu qanun isə eyniyyət qanunudur: məlumatın gedişində predmet özü özü ilə eyniyyət təşkil etməlidir.
Bu qanuna antanaklasis həddindən artıq «məharətlə» diqqət yetirmir: antanaklasis həqiqətən eyni «işıq» sözünü saxlayan zahirən eyniyyət qanununa əməl edir. Amma əslində bu belə deyil: məna baxımından güclü sıçrayış qeyri-adi gücə malik semantik effekt yaradır.
- Sıra: siçan satıram: siçan yaxşı vəziyyətdədir (kompüter üçün siçan nəzərdə tutulur).
19) Amfiboliya (yunancadan tərcümədə amphibolia – ikimənalılıq deməkdir) indicə nəzər saldığımız tropa oxşayır. Antonaklasisdən fəqli olaraq amfiboliya analogiyanı iki söz (zahirən eyni, amma mənaca fərqli) arasında deyil, eyni sözün iki mənası arasında qurur. Daha doğrusu bu trop leksik baxımdan təkrarı nəzərdə tutmur: hər iki məna eyni «cild»də ehtiva olunur.
Amfiboliyanın özünəməxsusluğu ondadır ki, əvvəlcə hər iki məna «hipotetik» olaraq məqsədəuyğun sayılıb. Onlardan birinin seçim imkanı sonra yaranır. Qısa vaxt ərzində lazım olan mənanın belə gecikməsi növbəti kontekst tərəfindən danışanın «kartı» açılmayana kimi auditoriyanı çıxılmaz vəziyyətə salır. Amfiboliya da komik xarakter daşıyan bu qısamüddətli qarşılıqlığı yaratmaq üçün lazımdır.
Model:
(söz ilə amfiboliya): axı o uşaqdır.
(cümə ilə amfiboliya): ölkə inqilab görmədi (ölkə inqilab keçirib və ya ölkə inqilab nəticəsində məhv olub?)
Nümunə: Monika Levinskinin ayağı ağırdır.
Sərlövhəni, göründüyü kimi, müxtəlif mənalarda başa düşmək olar. Aydın məsələdir ki, oxucu bunun nə demək olduğunu bir müddət tam anlamır. Auditoriya danışanın köməyi olmadan bu «çıxılmaz vəziyyətdən» çıxa bilməz.
Şübhəsiz ki, bu nümunədə polisemiyadan «sui-istifadə» edilir: anlayışın müəyyənləşdirilməsi və bölünməsi qaydalarının təsviri zamanı biz polisemyadan bəhz etmişik. Bu qaydaya əsasən istifadə edilən anlayışlar birmənalı olmalıdır. Amma burada bu qayda neqativ cəhətdən tətbiq edilir, qəsdən çoxmənalı söz və söz birləşmələri seçilir. Bu danışanın seçdiyi taktikadır.
Sıra: Pyer Kardenin xoşuna zolaqlı paltar (yəni məhbus qeyimi!) qəfəs gəlir, MTN-in binasında qapılardan birinin üzərində yazılmışdır: «Xəbər ver» (lətifə).
20) Zevqma da (yunancadan tərcümədə-qoşmaq, birləşdirmək deməkdir) çoxmənalılığa əsaslanan troplardan biridir.
Çox zaman onu zorla sözləri birləşdirmə forması kimi nəzərdən keçirirlər. Bu zaman o, semantik baxımdan ümumiyyətlə, yanaşı mövcud ola bilməyən sözlərin birləşdirilməsinin mümkün olmaması faktına əhəmiyyət vermir. Bu baxımdan zevqma həqiqətən «karıxdırıcı» nitq üsullarından biridir: o, bir-birinə zidd olan anlayışları bir-birinə «yaxınlaşdırır», faktiki olaraq məna baxımından onları toqquşdurur. (Bu səbəbdən də zevqmanı çox komik effekt yaradan troplardan biri kimi qəbul edirlər).
Amma zevqmanı daha ətraflı nəzərdən keçirərkən, məlum olur ki, onun «sirri» heç də ilk növbədə anlayışların toqquşdurulmasından ibarət deyil: zevqma özündə eyni zamanda iki (və daha çox) mənanı ehtiva edən sözdən istifadə etmək imkanı yaradır. Amma məsələ belədir ki, bu mənalardan hər biri əks tərəflərə «istiqamətlənir», və beləliklə, obyektiv olaraq, eyni zamanda bir-biri ilə uyğunlaşmayan iki anlayışa «uyğun gəlir». Deməli, zevqma bir-birinə uyğun gəlməyən iki anlayış deyil, semantik baxımdan iki, bir-birinə uyğun gəlməyən anlayışa müvafiq olan bir sözdür.
Dostları ilə paylaş: |