Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə119/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   115   116   117   118   119   120   121   122   ...   228
YEL BABA
I mətn

Xırman sorurdular e, o samanı atanda deyirdilər:

Yel baba, gəl, samanıı apar, Yel baba, gəl, samanıı apar.
II mətn

Yel bava, gəl, Yel bava, gəl! Vallah, mahnısı yadımnan çıxıv e. Həylə bir mahnı da deyirdilər, oxuyurdular. Xırman döyürdülər, xırman döyəndi, o gəm deyillər da. Gəm də deyillər, vəl də deyillər. Taxılı tökürdülər xırmana, öküzü qoşurdular, o hərrənirdi. O üyü­dürdü, deməh, əzirdi, onda da küləyi çağırırdılar ki, Yel bava, gəl, Yel bava, gəl! Qanadın belə olsun, yaxşı olasan. Deyən gunu da küləh gəlirdi, onu soruf taxılın çıxardırdılar.


III mətn

Xırman ki döyürduğ e ha, küləh gəlmiyəndə nə deyirdıx?

Yel bava, gəl, Yel bava,

Qızıl atı min gəl,

Kəhər atı min gəl!

Yel bava, gəl, Yel bava, gəl,

Kəhər atı min, gəl!


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin