Hər 100 telefon xəttində ildə neçə nasazlıq qeydə alınır?
Nasazlığı düzəltməyə nə qədər vaxt sərf olunur (48 saat, bir həftə, bir ay və s.)?
Yerli kommunikasiya infrastrukturları hansı xidmətləri təşkil edir: e-mail, yüksək sürətli modem qoşulması və sürətin hansı səviyyədə olması?
Əsas şəbəkələrin sayı kifayətdirmi? Tələbatın pik vaxtlarında kifayətdirmi?
Şəbəkədə itkilərin faizi necədir?
1.5. Kompüter avadanlığı və proqram təchizatı.
Yerli kompüter avadanlığı və proqram təchizatı üzrə satış məntəqələri varmı?
Kompüter avadanlığı və proqram təchizatı üçün qiymətlər əhalinin/müəssisələrin əksəriyyətinin imkanı daxilindədirmi?
Milli dildə proqramlar varmı?
Proqramlar idxal edilib yerli dilə tərcümə olunurlarmı? (idxal olunmuş, yerli dilə tərcümə edilmiş, ölkədə yaradılmış proqram və kompüter avadanlığının ümumi rəqəmlərlə ifadə edilmiş faizləri).
Kompüter avadanlığı və proqramların topdan və pərakəndə satış bazarı rəqabəti və inkişafı mövcuddurmu?
1.6. Xidmət və texniki yardım.
Telefon xəttinin çəkilməsi üçün hansı müddəti gözləmək lazımdır (gözləyənlərin ümumi sayı, gözləmə müddəti: günlər, həftələr, aylar, illər)?
Telefon xəttində qeydə alınmış nasazlığın düzəldilməsi üçün neçə müddət gözləmək lazımdır (dəqiqələr, saatlar, günlər və s.)?
Proqram tərtibatçıları, internet dizaynerləri, şəbəkə administratorları və digər texniki heyət varmı və varsa onların sayı (harada işləyirlər, işlə təmin olunublarmı)?