Qloballaşma nədir?



Yüklə 38,24 Kb.
səhifə4/7
tarix27.11.2022
ölçüsü38,24 Kb.
#120017
1   2   3   4   5   6   7
Qloballaşma FF-4

Sosial sahədə qloballaşma, məşğulluq səviyyələri və şərtləri barədə və işçilərin sosial hüquqları haqqında nəticələrin olmasına gətirib çıxarmışdı. Yerdəyişmələr və ofşorinq ilə müşayiət olunan qlobal rəqabət, şirkətləri işçilərin əmək haqqlarının və sosial müdafiəsinin daha aşağı olduğu ölkələrə köçməyə və orada istehsalı həyata keçirməyə sövq edir. Nəticədə, zəngin ölkələrdə olan həmkarlar ittifaqları və işçilər daha az əlverişli şərtləri qəbul etmək "məcburiyyətində olurlar" və bu hal çox zaman sosial təxribat adlanır.
Həmkarlar ittifaqları qloballaşma prosesinin ən həssas və səs-küylü tənqidçilərindən biridirlər. Məsələn, Avropa Həmkarlar İttifaqı Konfransı davamlı inkişafı dəstəkləyən bir çərçivənin yaradılması üçün çağırışlar edir. Bunlara aşağıdakılar daxildir:

  • miqrantların qorunması ilə əlaqəli;

  • sosial qorunmanın təşviq edilməsi ;

  • yoxsulluğun azaldılması üçün əsas vasitə kimi layiqli və ədalətli işin təşviq edilməsinə dair;

  • işçilərin hüquqlarını n qorunması, qida təhlükəsizliyi, sağlamlıq, təhsil, gender bərabərliyi və qadınların tam müstəqlilliyi

Qloballaşmanın ideoloqları cəmiyyətin qərb modelinə münasibətdə iki qaydanı əsas götürürlər:


1)hər bir ölkəyə fayda gətirən nə varsa,vahid bazarda birləşdirmə,
2)məhsuldar qüvvələrin yüksəlişi sayəsində gəlirlərin artması,rəqabət nəticəsində hər bir ölkədə qaliblərin və məğlubların olması imkanı.
Qloballaşmaya müxtəlif yanaşmalar mövcuddur. Qloballaşmaya neqativ yanaşan bəzi alimlər belə hesab edir ki , o milli mədəniyyəti məhv edir , dövlətin müstəqilliyin inkar edir, cəmiyyətə yad olan istehsal standartlarını zorla yeridir və s. Başqa bir qisim isə qloballaşmanı sivilizasiyaların toqquşması və sivilizasiyaların müharibəsi kimi qəbul edir. Onların fikrincə qloballaşmaya münasibət bütün dünyanı qlobalistlərə və antiqlobalistlərə ayırır ki, bu da qloballaşmanın önündə gedən Amerika Birləşmiş Ştatlarına düşmənləri ilə mübarizədə hegemonluğunu qoruyub saxlamağa imkan verir. Buna baxmayaraq, qloballaşma dünyadakı siyasi proseslərə, beynəlxalq münasibətlərə və hətta etika və mənəviyyata da təsir edir. Lakin qloballaşmanın xalqlara tam olaraq nə verə biləcəyi böyük bir sirr olaraq qalır. Bu gün qloballaşma insanların, xüsusi ilə də elitanın şüurunu və davranışını həqiqətən dəyişir.
Qloballaşma əleyhdarları əmindirlər ki, qloballaşma dünya üzərində hökmranlığı ələ almaq üçün düşünülən və işə salınan bir mexanizmdir. Onların belə deməyə əsasları da var — çünki hələlik qlobal iqtisadiyyatdan daha çox varlı və inkişaf etmiş bir neçə dövlət bəhrələnir.
Qloballaşma indi bütün dünyanı ağuşuna almış mürəkkəb bir proses kimi qiymətləndirilməkdədir.


Yüklə 38,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin