Leş insan və ya heyvan ölüsünə (cəsədinə) deyilir. Şəriətdə isə özü ölmüş, yaxud da şəri qaydalarla kəsilməyən heyvana deyilir.
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ
“O (Allah) sizə ölmüş heyvanı haram etmişdir”1.
Yuxarıdakı ayə dörd surədə təkrarlanmışdır. Bu bənzərsiz təkrarlanmanı müxtəlif səbəblərlə əlaqələndirmişlər:
1. Mövzunun əhəmiyyəti (orqanizm üçün təhlükəsi).
2. O dövrün insanlarının bu məsələyə aludə olmaları2.
QISA TARİX
Leşin iyrənc olduğu hələ İslamdan öncə Tövratda təsdiqlənmişdir.
Zərdüşt dinində də bu haqda qəti hökmlər mövcuddur.
HÖKMLƏR
İslam dinində leş haqqında bir neçə ayrıca hökm mövcuddur.
Birinci: Leş yeyilməsi qadağan olunmuş qida məhsulları sırasındadır. Leş ətini yemək haramdır və günah hesab olunur.
İkinci: Atıcı qanı olan heyvanın ölüsü (leşi) murdardır.
Üçüncü: Müsəlmanın cəsədini dəfn etmək vacibdir. Hər bir müsəlmana onu iyi yayılmayacaq, heyvanların eşə bilməyəcəyi şəkildə dəfn etmək vacibdir. Əlbəttə, kafirlərin və ya iylənmiş hevanların ölüsünün basdırılması da zəruridir. Çünki ətraf mühitin çirklənməsinə, xəstəliklərin törəməsinə gətirib çıxarır.