Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَم ﴾ ﴿



Yüklə 1,23 Mb.
səhifə87/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   83   84   85   86   87   88   89   90   ...   166
وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَم ﴾ ﴿

Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" – dedik” 2.



Ayətullah Meşkini Əraf surəsinin 11-ci ayəsini izah edərək yazır:

Sözügedən ayə Təkamül nəzəriyyəsini isbat etmək üçün ən uyğun ayədir. Çünki ayəyə görə Allah öncə insanı yaratmış, naməlum müddətdən sonra ( ثم[summə] bağlayıcısı buna sübutdur) onu bugünkü insan şəklinə salmışdır. Uzun müddət sonra isə mələklərə insan növünün bir fərdinin önündə səcdə etməyə əmr etmişdir”.

O, ayəni insanın üç mərhələdə yaradılışı istiqamətində izah edərək yazır:

“Birinci mərhələ: Yaradılışdan sonra və insan şəklinə salınmazdan öncəki mərhələ.

İkinci mərhələ: İnsan surəti verildikdən sonra və həzrət Adəmin (ə) insan növünün bir fərdi olaraq seçilməsindən öncəki mərhələ.

Üçüncü mərhələ: Adəmin seçilməsi və mələklərə ona səcdə etmələrinin əmr olunması mərhələsi”.

O, Hicr surəsinin 28-29-cu ayələrini və eləcə də Sad surəsinin 71-ci ayəsini izah edərək bildirir ki, ayədə sözü keçən “بشر[bəşər] ifadəsindən məqsəd ümumilikdə insan növüdür. Yəni “Adəm” və ya hər hansı bir seçilmiş fərd deyil. “تسویه(سویته) ifadəsi isə insanın təkamül yolunu keçərək insan şəklini alması və ruhun üfürülməsi üçün hazır vəziyyətə düşməsinə işarədir1.

Maraqlı burasıdır ki, müasir təfsir alimlərindən Ayətullah Məkarim Şirazi Hicr surəsinin 26, 28 və 29-cu ayələrini “Növlərin dəyişməzliyi” nəzəriyyəsinin ən tutarlı dəlili kimi dəyərləndirmişdir1.
YEKUN

1. Ayətullah Meşkininin məlum ayəni (Əraf, 11) insanın yaradılışının üç mərhələsi ilə əlaqələndirməsi qəribədir. Çünki ayədə üçüncü mərhələyə hər hansı bir işarə yoxdur.

2. Hər iki tərəfin dəlillərinə nəzərən demək olar ki, məlum ayələrin “Təkamül nəzəriyyə”sinə heç bir aidiyyətı yoxdur.
3. İnsanın yaradılışının ilkin mərhələsindən (ilkin maddədən) söhbət açan ayələr.

a) İnsanın torpaqdan yaradılması;


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin