Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُسَمّىً عِنْدَهُ



Yüklə 1,23 Mb.
səhifə88/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   84   85   86   87   88   89   90   91   ...   166
هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُسَمّىً عِنْدَهُ ﴾ ﴿

Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir müəyyən əcəl təyin edən Odur. Müəyyən əcəl onun yanındadır” (Ənam, 2)2.



إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍ﴾ ﴿ “Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq” (Saffat, 11).

إِنِّي خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ ﴾ ﴿ "Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!” (Hicr, 28).

Ayətullah Meşkini məlum ayələr haqqında yazır:

Bütün bu ayələr insanın indiki şəkilə düşməzdən öncəki vəziyyətini açıqlayır. Burada məqsəd bütün fərdlər deyil. Çünki bütün fərdlər torpaqdan yaranmır. “Bir vaxt (əcəl) təyin etdik” cümləsindən məqsəd budur ki, Allah insanın yaradılışını müəyyən müddət ərzində tamamladı. Bu müddət yalnız onun özünə məlumdur. Bu zamandan məqsəd insanın yaradılışı ilə indiki şəklə düşməsi arasındakı fasilə də ola bilər”1.

Bəzi yazıçılar Muminun surəsinin 12-ci ayəsi وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ ﴿ “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq” haqqında yazırlar:

Məlum ayə insanın birbaşa torpaqdan yaranmadığını açıqca bəyan edir”2.

Sözügedən ayə haqqında digər maraqlı fikirlər də irəli sürülmüşdür. Bəziləri ayənin darvinizmi rədd etdiyini3, bəziləri insanın su və torpaqdan yarandığına bir işarə olduğunu1, bəziləri isə hər halda Quranın elmi möcüzəsi olduğunu bildirmişlər2.
YEKUN

1. “İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən onun torpaqdan yaradılması ilə bağlı ətraflı söhbət açacağıq və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında iki əsaslı şərh mövcuddur.

Birinci: Bütün insanlar nütfədən yaradılmışdır. Nütfə qida maddələrindən yaranmış, qida maddələri isə torpaqdan əmələ gəlmişdi3.

İkinci: Yalnız həzrət Adəm (ə) torpaqdan yranmış, digər insanlar isə nütfədən yaranmışlar. Deməli, insanların kökü həzrət Adəmin vasitəsi ilə torpağa gedib çıxır4.

Bütün bunlara nəzərən ayənin qəti olaraq təkamül nəzəriyyəsinə aid olduğunu söyləmək doğru deyil. Çünki birinci şərhi (nütfənin torpaqla əlaqəsi) qəbul etsək, növlərin təkamülü ilə heç bir əlaqəsi olmadığı anlaşılacaq. İkinci şərhi (Adəmin torpaqdan yaranması) qəbul etsək, növlərin dəyişməzliyi haqqındakı fikirləri dəstəkləmiş olacağıq.

Əgər vəziyyətdən çıxış üçün “اجل [əcəl] ifadəsinin insanın torpaqdan yaranması ilə indiki insan surətinə düşməsi arasındakı zaman fasiləsi kimi izah etsək, o zaman tamamilə yeni bir mövzu açılmış olacaq.

2. “سلالۃ [sulalə] ifadəsi seçilmiş (süzülmüş), bir şeyin yığcam forması mənalarını ifadə edir. Bəzilərinin fikrincə Muminun surəsinin 12-ci ayəsində məqsəd nütfədir. Hər halda bu ayə zaman fasiləsinə heç bir işarə vurmur.

3. Ayə haqqında irəli sürülən şərh və ehtimallar çox və fərqli olduğu üçün burada elmi ecazkarlıqdan söhbət gedə bilməz (Növbəti bəhslərdə bu haqda ətraflı söhbət açacağıq).
b) İnsanın sudan yaradılması;

İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur”1.

İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi”2.
Ayətullah Meşkini Furqan surəsinin 54-cü ayəsini şərh edərək yazır:

Bu ayə insanın indiki şəklə (kamil insan surətinə) düşmədən öncəki halını bəyan edir”3.
YEKUN

Sonra da söhbət açacağımız kimi yuxarıdakı ayə haqqında iki əsas ehtimal mövcuddur.

Birinci: İnsanın sudan yaradılmasından məqsəd budur ki, onun bədəninin böyük bir hissəsini (70%) su təşkil edir1.

İkinci: İnsan nütfədən yaradılmışdır2.

Bütün bunlar göstərir ki, məlum ayənin insanın mərhələli təkamülü və darvinizimlə heç bir əlaqəsi yoxdur.
c) İnsanın nütfədən yaranması.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin