Mənəvi sıçrayış
Cabbar Sütudə, Hüseyn Allahkərəm
Bir çox böyüklərin həyatında böyük bir günahdan
çəkinmə olub və bu iş onların mənəvi sıçrayışına gətirib
çıxarıb. Həmin günah da əsasən, cinsi ehtirasla bağlı olub.
Allah-Taala həzrət Yusifin əhvalatında buyurur: "Kim
Allahdan qorxub pis əməllərdən çəkinsə və dözümlü olsa,
(bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay
etməz".
1
Bu ayədən bilirik ki, bu, ümumi qanundur və yalnız
həzrət Yusifə aid deyil.
İnqilabın qələbəsindən bir ay ötdü. İbrahimin görkəmi
daha yaraşıqlı olmuşdu. Hər gün işə səliqəli kostyumda
gəlirdi. İş yeri Tehranın şimalında idi. Bir gün onu çox
narahat gördüm; az danışırdı və özünə qapanmışdı.
Yaxınlaşıb təəccüblə dedim: "Dadaş İbrahim, bir şey
olub?"
– Yox, mühüm bir şey deyil.
Bildim ki, nəsə bir problem var.
– Bir çətinlik varsa, de, bəlkə kömək edə bildim.
Bir qədər sükut edib yavaşca dedi: "Bir neçə gündür bu
məhəllədə hicabsız bir qız məni girinc edib. Deyir ki, səni
əldə etməsəm, buraxan deyiləm".
Fikrə getdim, sonra birdən gülməyə başladım.
Təəccüblə başını qaldırıb soruşdu: "Gülməlidir?!"
– Dadaş İbrahim, mən də dedim görəsən nə olub.
Sonra onun boy-buxununa nəzər salıb dedim: "Bu
yaraşığına görə bunda çox da qəribə bir şey yoxdur”.
1
Yusif, 90
51
- Necə yəni?! Deyirsən yaraşıqlı olduğuma görə bu sözü
deyir?
Gülümsəyib dedim: "Şübhən olmasın".
Ertəsi gün İbrahimi görən kimi məni gülmək tutdu.
Başını keçəl qırxdırmışdı, kostyum da geyinməmişdi.
Ertəsi gün uzun bir köynəkdə işə gəldi; səliqəsiz görkəmdə
idi, hətta enli kürd şalvarı və çəkələk geyinmişdi. İbrahim
bir müddət belə davam etdi. Nəhayət, həmin şeytani
vəsvəsədən qurtuldu.
***
İbrahimin xüsusiyyətlərindən biri də müxtəlif
məsələlərdə dəqiqliyi idi. Bu xüsusiyyəti onu digər
dostlarından ayırırdı.
Aprelin əvvəllərində İbrahimlə və bəzi komitə uşaqları
ilə bir iş dalınca getdik. İnqilabdan öncə hərbi fəaliyyət
göstərmiş və təqib altında olan bir nəfər bir yaşayış
binasında görülmüşdü. Ünvanı alıb iki avtomobillə yola
düşdük.
Binaya daxil olduq və şübhəlini asanlıqla ələ keçirdik.
Tutulana baxmaq üçün bayırda çoxlu adam toplaşmışdı.
Çoxu da həmin binanın sakinləri idi. Birdən İbrahim
binanın içinə qayıdıb dedi: "Gözləyin!"
Təəccüblə səbəbini soruşduq. Bir söz demədi.
Çiynindən çəfiyəsini götürüb müttəhimin üzünü bağladı.
Soruşdum: "İbrahim, nə edirsən?!"
Onun üzünü bağlaya-bağlaya cavab verdi: "Biz bir
məlumata əsaslanıb bu ağanı tutmuşuq. Əgər deyilənlər
doğru olmasa, rüsvay olduğu üçün daha burada yaşaya
bilməyəcək, bütün sakinlər ona cinayətkar kimi
baxacaqlar. Amma onu heç kim görməsə, sabah azad
edilsə də, problem olmayacaq".
52
Binadan çıxanda heç kim onu tanımadı. Mənsə
İbrahimin dəqiqliyi haqda fikirləşirdim. İnsanların
şəxsiyyəti və hörməti onun üçün çox əhəmiyyətli idi.
|