Son görüş yeri: Fəkkə
Əli Nəsrullah
Gecənin yarısı məscidə getdik. İbrahim orada uşaqlarla,
sonra da evə gedib anası və bacı-qardaşları ilə sağollaşdı.
Anasından xahiş etdi ki, şəhadəti üçün dua etsin. Səhər
tezdən cəbhəyə yola düşdük.
İbrahim az danışır, daha çox zikr deyir və Quran
oxuyurdu.
Fəkkənin şimalında diviziyanın düşərgəsinə çatdıq.
Batalyonlar əməliyyat manevri edirdilər. Döyüşçülər
İbrahimin qayıtdığını eşidib çox sevindilər. Hamı onu
görməyə gəldi. Çadır bir an da boşalmırdı.
Hacı Hüseyn də gəldi. İbrahimi görməyinə çox
sevinirdi. Salamlaşandan sonra İbrahim soruşdu: "Hacı
Hüseyn, uşaqların hamısı məşğuldur, bir xəbər var?"
- Sabah əməliyyata başlayırıq. Bizimlə gəlsən, çox
sevinərik.
Sonra əlavə etdi: "Yeni əməliyyatda kəşfiyyat uşaqlarını
batalyonlara böləcəyəm. Hər bir batalyonda bir-iki
kəşfiyyatçı olmadılır".
Sonra İbrahimin önünə bir siyahı qoydu.
- Bu uşaqlar haqda fikrin nədir?
İbrahim siyahıya baxıb bir-bir fikrini bildirdi. Sonra
soruşdu: "Hacı, şəxsi heyətin bölgüsü necədir?"
– İndi bütün canlı qüvvə bir neçə korpusa bölünüb. Bir
neçə diviziyanı birləşdirib bir korpus yaratmışıq.
Hacı Himmət Qədr korpusunun komandiridir, 27 saylı
diviziya da həmin korpusdadır. Korpusun kəşfiyyat işlərini
də bizə tapşırıblar.
İbrahim həmin gün axşamüstü saçını qısaltdı və
saqqalını səliqəyə saldı.
192
Qürub çağı nəzarət postlarından birinə getdik. İbrahim
xüsusi durbinlə əməliyyat bölgəsinə baxdı və kağıza bəzi
qeydlər etdi.
Uşaqların bir qismi posta gəlib deyirdilər: "Ağa, tez ol,
biz də baxmaq istəyirik".
İbrahim hirslənib dedi: "Məgər bura kinoteatrdır?! Biz
sabah üçün plan hazırlayırıq, hərəkət yolunu müəyyən
etməliyik".
Sonra da hirslə oranı tərk etdi.
Mənə dedi: "Ürəyim çox həyəcanlıdır".
Qədr korpusunun komandirlərindən birinin yanına
getdik. İbrahim dedi: "Hacı, bu bölgə başqa cürdür. Yer
yumşaq qumdur, şəxsi heyətin hərəkəti çox çətin olacaq.
Düşmən də bu qədər maneə düzəldib. Səncə, bu əməliyyat
uğurlu olacaq?"
Komandir dedi: "İbrahim can, bu, komandirlərin
əmridir. Biz onu yerinə yetirəcəyik, nəticəsi Allaha
aiddir".
***
Ertəsi gün axşamüstü batalyonların şəxsi heyəti hazır
oldu. Həzrət Rəsul (s) diviziyasından on bir batalyon
özünün son ərzaq payını təhvil aldı. Hamı Fəkkəyə
hazırlaşırdı.
Uzaqdan İbrahimin üzünü görən kimi ürəyim üzüldü.
Üzü çox nurlanmışdı, həmişəkindən ağ idi. Başına ərəb
çəfiyəsi atmış, əyninə yaraşıqlı gödəkcə geyinmişdi. Bütün
uşaqlara əl verib salamlaşdı. Onu kənara çəkib dedim:
"Dadaş İbrahim, çox nurani olmusan".
Dərin nəfəs alıb həsrətlə dedi: "Doktor Behişti şəhid
olanda çox narahat oldum, amma öz-özümə dedim ki, xoş
halına, şəhadətlə getdi. Onun təbii ölümlə dünyadan
köçməsi heyf olardı. Əsgər Vüsali, Əli Qurbani, Qasim
193
Təşəkküri və dostlarımızdan çoxları da gediblər. İndi
bizim Tehrandan çox Behişti-Zəhrada (ə) dostumuz var".
Bir qədər dayanıb əlavə etdi: "Xürrəmşəhr də azad
edildi. Qorxuram ki, müharibə bitər və şəhadət şansı əldən
çıxar. Hərçənd, təvəkkülümüz Allahadır".
Sonra dərin ah çəkib dedi: "Şəhid olmağı çox sevirəm,
amma ən qəşəng şəhadəti istəyirəm".
Təəccüblə ona baxdım. Sözünün davamını gözləyirdim.
Gözlərindən yaş damlaları axdı.
- Heç kimin əlinin çatmadığı bir yerdə qalasan, səni heç
kim tanımaya, ağa ilə özün olasan. Mövla da gəlib başını
dizinin üstünə qoya. Bu, ən qəşəng şəhadət olar.
- Dadaş İbrahim, sən Allah, belə danışma.
Sonra söhbəti dəyişməyə çalışdım.
- Gəl komandir heyəti ilə gedək. Beləsi daha yaxşıdır;
harada ehtiyac olsa, kömək edərsən.
- Yox, mən Bəsic üzvləri ilə getmək istəyirəm.
Sonra birlikdə yola düşüb ilk hücuma keçən
batalyonlara yaxınlaşdıq. Onlar son hərbi hazırlıqlarını
görürdülər.
- Dadaş İbrahim, silah-sursatdan sənə nə götürüm?
- Yalnız iki əl qumbarası götür. Silah lazım olsa,
iraqlılardan alarıq.
Hacı Hüseyn Allahkərəm uzaqdan gözlərini İbrahimə
dikmişdi. Ona yaxınlaşdıq. Hacı gözlərini İbrahimin
üzündən çəkmirdi. O, ixtiyarsız olaraq İbrahimi qucaqladı,
bir neçə saniyə o vəziyyətdə qaldı. Sanki bunun son görüş
olduğunu bilirdi.
Sonra da İbrahim qol saatını açıb dedi: "Hüseyn, bu da
sənə yadigar olsun".
Hacı Hüseynin gözü yaşardı.
- Yox, İbrahim can, özündə qalsın, ehtiyacın olar.
194
İbrahim xüsusi soyuqqanlılıqla dedi: "Yox, mənim buna
ehtiyacım yoxdur".
Hacı da çox dəyişmişdi. O, söhbəti əvəzləyib dedi:
"İbrahim can, əməliyyat üçün iki keçidimiz var. Uşaqlar
birinci keçiddən keçəcəklər, mən bəzi komandir və
kəşfiyyatçılarla ikinci keçiddən keçəcəyəm. Sən də
bizimlə gəl”.
- Mən birinci keçiddən Bəsic uşaqları ilə gedərəm.
Problem olmaz ki?
- Yox. Necə istəyirsən.
İbrahim son maddi bağlardan da ayrılıb əməliyyatda ilk
hücuma keçəcək batalyonların yanında oturdu.
|