SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə241/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   237   238   239   240   241   242   243   244   ...   260

TARİXÇƏSİ


İrfan və sufiliyə meyllər məsihi dininin yaranmasından əvvəl də mövcud olmuşdur. Bunun ən bariz nümunəsi “Esiniyun” adlanan yəhudi xirqəsidir ki, xüsusi mülkiyyəti və sərvət yığmağı inkar edir, çöllərdə və səhralarda yoxsulluq içərisində yaşayır, ibadət və namaz qılmaqla məşğul olurdular. Bu zahidanə həyat tərzi məsihi aləminə də sirayət etdi və yuxarıda qeyd olunan məsihi ünsürləri rahibliyə meyl göstərməkdə ondan kəskin şəkildə tə’sirləndilər.

Alimlərin əksəriyyəti bu fikirdədirlər ki, məsihi dinindəki rahiblik Antoni (yaxud Antoniyus, 251-356-cı miladi ili) vasitəsi ilə Misirdə başlamışdır. O, 20 yaşında öz var-dövlətinin hamısını fəqirlərin arasında bölüşdürmüş, ucqar nöqtədə yerləşən bir mağaraya gedərək vaxtını ibadət və təfəkkürlə keçirmişdi. Onun tərkidünyalıq və müqəddəslik şöhrəti digər şəxslərin də onun ətrafına yığılmasına və nəticədə ona tabe olaraq, səhralıqlarda yaşamasına, ibadət, zikr, dua ilə məşğul olmalarına səbəb olmuşdu. Antoni ona məftun olan bu ardıcıllara təşkilatçılıq etdi; onlar üçün dini həyat qanunları müəyyənləşdirdi, sadə yaşamaq, maddi və dünyəvi məhəbbətlərə e’tinasızlıq prinsipini öyrətdi. Beləliklə, məsihi rahiblərindən ilk qurupu vücuda gəldi. Onlar məsihi alimləri, yaxud məsihi sufiləri adı ilə də tanınmışdılar.

Bu zamandan etibarən rahiblik yeni bir hərəkat və cərəyan kimi məsihi aləmində sür’ətlə inkişaf etdi; məsihilərdən çoxu bu həyat tərzinə üz tutdular. Bunun ardınca kütləvi şəkildə mə’nəvi həyat üçün – ruhani rahiblər üçün sovməə tikilişi geniş şəkildə yayılmağa başladı.

Antonin öz ardıcılları arasında inzibati qayda-qanunlar bərqərar etməsinə baxmayaraq, onların yaşayışı fərdi xarakter daşıyırdı. Onun yaratdığı hərəkatdan az bir vaxt sonra Paximiyus (290-346-cı miladi) Misirdə yerləşən Tabonda 9 sovməə tikməklə rahibləri qurup şəklində yaşayan bir həyata qaytarmaq istədi. Onun rahiblik üsul-idarəsi təqva və müqəddəslik əldə etmək üçün mütəşəkkil bir həyat qurmaq qərarına gəldi. Paximiyusun yaratdığı qayda-qanunlar və sistemdən ibarət olan bu yaşayış tərzi bundan sonra rahiblik qayda-qanunlarına yüksək tə’sir qoydu və daha sonra sövmiyələrin sayı məsihi ərazilərinin şərq hissələrində sür’ətlə yayılmağa başladı. Sövmiyələrdə Paximiyusun qayda-qanunları altında yaşayan rahiblər öz alın təri və zəhmətləri ilə bir tikə çörək qazana biləcək müxtəsər işlə məşğul olurdular. Paximiyusdan sonra Bazil (330-379-cu miladi) Qeysəriyyə şəhərinin yepiskopu (hal-hazırda da onun adı şərq ortodoks kilsələrində izzət və ehtiramla yad edilir) sövmiyə rahiblərinə çox ehtiram göstərdi və onlar üçün müəyyən qayda-qanunlar nəzərə aldı ki, hələ də ona ortodoks məsihiləri arasında əməl olunur. Bazil çalışırdı ki, rahiblərin kütləvi şəkildə yaşamaları üçün ictimai maraq yaratsın. Buna görə də çalışırdı ki, rahiblər işləsin, yaxşı əməllərlə məşğul olsun və həmin halda dua və müqəddəs kitabı oxuyub, dünyəvi məsələlərə e’tinasızlığı davam etdirsinlər ki, bu yolla da rahiblik öz ictimai mövqeyini artırsın. Bazil bu qayda-qanunlarla rahibliyə yeni rövnəq bəxş edə bildi və onun ictimai mövqeyini yüksəltdi. Bundan əlavə, onun gördüyü tədbirlər sayəsində rahiblərin sövmiyələri həmin nahiyələrdəki yepiskopların qüdrət və nüfuzu altına keçdi. Məhz bu dövrlərdə rahiblər Allahın məhəbbətini cəlb etmək, niyyətlərini xalisləşdirmək, ləyaqət və müqəddəslik əldə etmək üçün öz vaxtlarını ictimai xidmətlərə, fəqirlərə, yoxsullara və yetimlərə əl tutmağa sərf edir və öz zəhmətləri ilə əldə etdikləri azacıq ruzi ilə sadə həyat tərzi keçirirdilər. Onlar şərab içməyi, qeyri-dini kitabları oxumağı da özlərinə haram etmişdilər.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin