Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


VIII BAŞLIQ {Sokrata çor* dəyməsinin(cin-şeytan yoluxmasının) ağ yalan olması. Çıxarış}



Yüklə 1,62 Mb.
səhifə82/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   76   77   78   79   80   81   82   83   84
VIII BAŞLIQ
{Sokrata çor* dəyməsinin(cin-şeytan yoluxmasının) ağ yalan olması. Çıxarış}
Sokratın, tanrıdan gələn səsin ona: nəyi eləyib, nəyi eləməməyi buyurduğunu deməsini, çoxları onun uydurması saydılar, Sokrata ölüm kəsilməsini də bununla doğrultmağa çalışdılar. Bu adamlar aşağıdakı bəlgələri(faktları) anlaya bilməmişdilər: birincisi, Sokrat artıq yetərincə yaşlı idi, onu öldürməsəydilər belə, onsuz da çox yaşamayacaqdı; ikincisi, o öz ömrünün ən ağır dönəmini yaşamağa başlamışdı, bu çağlarında insanların anlaqları gücdən düşməyə başlayır, ancaq bütün bunlara baxmayaraq, Sokrat öpözündə gərəkən gücü tapa bilib, bir də onunla adını ucaltmağı bacardı da, məhkəmənin gedişindəki özünü doğrultma çıxışında, deyərdim, yer üzündə bir kimsənin də bacara bilməyəcəyi: düzgünlük, qorxmazlıq, ufutluq göstərdi, öz ölümünü də kimsəyə acıq duymadan, sarsılmaz bir kişi toxdaqlığı ilə qarşıladı.

Hamının bir səslə deməsinə görə, ölümü onun kimi qorxub-çəkinmədən qarşılayan kimsəni buçağacan görən olmamışdı. Məhkəmədən sonra o, bir ay da yaşamışdı, bu bir ay Delos* bayramına düşmüşdü, bu bayramda isə Delosa sayğı bidirməyə getmiş elçilər qayıtmayınca, kimsəni öldürmək yasaq idi. Bu bir ayı,- bunu onun bütün yaxınları da görürdü,- buçağacan necə yaşamışdısa eləcə də yaşadı; onun yenə də qabaqlarda olduğu kimi, hamıyla ürəyi açıq, gülərüzlə davranması adamları büsbütün şaşırmışdı. Bundan da gözəl ölməyi necə bacarmaq olar, görəsən? İnsanın öz böyüklüyünü endirmədən qarşıladığı belə ölümdən də gözəl bir ölüm, ola bilərmi? Ölümün uğurlusu, böyüyü olurmu? Yoxsa elə tanrıların istəminə görə, Sokrat büsbütün başıucalıqla yaşadığı ömrünü, özünün bənzərsiz böyüklüyünə, bilgəliyinə yaraşan bir ölümlə də başa vurdu?

Mən Hipponikin oğlu Hermogenin Sokratla olmuş danışığını, ondan eşitdiyim kimi sizlərə çatdırmaq istəyirəm. Melet Sokratı məhkəməyə verəndən sonra, Sokratın özünü o yerə qoymayıb, yenə də hamı ilə çoxlu konulardan danışıb, ancaq onu gözləyən məhkəməni sanasan unutduğunu görüncə, Hermogen Sokratı, onu gözləyən məhkəmədə deyəcəklərini düşünüb-daşınmağa çağırmışdı.

Sokrat öncə demişdi:

-Səncə, mən bütün ömrüm boyu, elə bunun üçün çalımırammı?

Hermogen bunu necə anlamalı olduğunu soruşmuşdu.

Sokrat demişdi: O, bütün ömrü boyu düzgünlüyün nə, əyriliyin nə demək olduğunu araşdırmış, ancaq düzgün olan yolla getmiş, əyrilikdən qaçınmışdır, bunu da istənilən məhkəmədə özünü doğrultmaq üçün ən yaxşı çalışma sayır.

-Görmürsənmi, Sokrat,- Hermogen demişdi,- Afinalı hakimləri sözlə yanıltmaq olur, bir də görürsən, suçu olmayana ölüm kəsdilər, suçlunu doğruya çıxardılar?

-Yox, and olsun Zevsə,- Sokrat demişdi,- mən istəyirdim, məhkəmədə özümü doğrultmaq üçün nəsə düşünüb-daşınım, tanrıdan gələn səs, buna gərək olmadığını buyurdu.

-Bu çox anlaşılmaz görünür!- Hermogen dedi.

-Sən yəni anlaya bilmirsənmi, tanrıların istəyinə görə mənim indi ölməyim yaxşıdır? Yoxsa sən bilmirsən, mən indiyə kimi, bir başqasının məndən üstün, məndən gözəl yaşadığını deyə biləcəyinə, yol verməmişəm? Hamıdan üstün yaşamaq, mən belə düşünürəm, bacardıqca çox yaxşı işlər görmək üçün çalışıb-vuruşmaqdır, hamıdan gözəl yaşamaq isə, yaxşılıq eləməyi bacardığından duyduğun sevinclərlə ömür sürməkdir. Mən özümü tanıyan gündən, ancaq bunun üçün yaşamışam; başqaları ilə görüşəndə, onlarla özümü tutuşdurub, bir az da artıq yaxşı olmağı düşünmüşəm; bunu ancaq mən demirəm, arxadaşlarım da məni belə tanıyırlar, ancaq elə təkcə məni istədiklərindən yox( onsuz da arxadaşını ürəkdən istəyən belə düşünür), mənimlə oturub-durmaqdan özlərinin də yaxşılığa çatacaqlarını bildiklərindən, belə düşünürlər. Ola bilsin, bir az da artıq yaşasam, qocalıqla gələn qaçılmaz çatışmazlıqlarla üzləşəm – yaxşı görüb-eşidə bilməyəm, pis anlamağa başlayam, yeni bilikləri qavramaq bir yana, bildiklərimi də unudam, bir sözlə, qabaqlar üstün olduğum kimsələrdən aşağı görünəm. Mən bunu anlamasam, demək ömrümü boşuna yaşamışam; ancaq bunu anlayandan sonra, gözgörəti, ömrünün öz bitkinliyini, gözəlliyini itirməsinə necə dözmək olar? Bundan başqa, mənə düzgün olmayaraq ölüm kəssələr, bu adamlar öz əyriliklərinə görə adlarını batırmış olacaqlar: əyrilik eləmək ad batırmaqdırsa, onda elə ad batırmağın da ancaq əyrilik eləməkdən törədiyi bəlli deyilmi? Burada mənim adımı nə batıra bilər: bunların mənə düzgün məhkəmə qura bilməməsi, yoxsa mənə qarşı əyrilik eləmələri? Necə görürəm, elə ötən çağların adamlarını ananda da, ən başlıcası, onların əyriliklərdə əli olduğunumu, yoxsa əyriliklə öldürüldüyünümü ayırd eləyirlər. Mən bunu yaxşı bilirəm, düzgün olmayaraq öldürülsəm, bunun üçün yanıb-yaxılanlar çox olacaq- bunlar məni ölümə göndərən adamların içində olmayacaq, bundan arxayınam,- ancaq məni tanıyanların hamısı bir ağızdan, mənim bir yol da əyrilik eləmədiyimi, özümü yamanlıq eləməkdən çəkindirib, ancaq yaxşılıq eləməyə çalışdığımdan danışacaqlar.

Öz gözlənilən məhkəməsi ilə bağlı Sokrat Hermogenə də, başqalarına da belə sözlər deyirdi. Mənliyini itirməyən çağdaşları, Sokratı yaxından tanıyanların hamısı, onun, - ərdəmli olmaq istəyənlərə necə bacarıqla yol göstərə bildiyini, indiyənəcən də yana-yana anmaqdadırlar.

Sokrat mənim sizə danışdığım kimi yaşamışdı,- oracan tanrıqan(mömin) idi, tanrıların istəminə uyğun olmayan bircə iş də tutmazdı, oracan düzgün idi, bir adama azacıq da olsun korluq(zərər) verməzdi, onun dinləyicisi olanlara ölçüyəgəlməz yararları vardı, oracan ölçü gözləyən idi, bircə an da olsa belə gərəkli olanı qoyub ötəri duyğulara qapılmazdı, oracan bilgə idi, “yaxşı nədir, pis nədir?” konularını araşdıranda onun çaşdığını görən olmamışdı, bu incələmələrində onun kimsənin yardımına gərəyi olmazdı, bu konuları düzgün açıqlamaqda yetərincə güclü idi, bu yöndə danışmağı da, anlayışları bütün dərinliyi ilə ayırd eləməyi də, başqalarının dediklərinə qulaq asıb onları dəyərləndirməyi də, yanlışlarını yerindəcə göstərməyi də, ən başlıcası, dinləyicilərini ərdəmliyə, yaxşılıqsevərliyə yönəltməyi də çox gözəl bacarırdı. Mənim özümə gəlincə, onda görüb duyduğum yetkinliklərə baxdıqca, mənə elə gəlirdi, ən yaxşı, ən ağgünlü adam, ancaq belə ola bilər. Kimsə mənim Sokratla bağlı dediklərimə qarşı çıxırsa, onda qoy başqalarının ərdəmliyini, Sokratın ərdəmliyi ilə tutuşdursun, sonra da kimin kim olduğunu görsün!



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin