TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə138/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   134   135   136   137   138   139   140   141   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
162 
3.4. Summativ qiymətləndirməni forma, üsul və vasitələrinə uyğun tətbiq edir 
3.4.1. Summativ qiymətləndirmə formaları
 
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya bölmənin, 
yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri nailiyyətlərin 
qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin əldə 
etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir. 
Summativ qiymətləndirmə məzmun standartlarının mənimsənilmə səviyyəsinin etibarlı 
göstəricisidir.
Summativ qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən olunmuş 
məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını müəyyən edir. Summativ 
qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi 
irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud 
tədris ilinin sonunda eyni qaydada keçirilir. Summativ qiymətləndirmənin mühüm cəhəti 
şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara 
çıxarmaqdır.
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya 
bölmələrin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun 
nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. 
Böyük summativ qiymətləndirmə yarımilliklərin sonunda ümumi təhsil müəssisəsinin 
rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən 
müəllim tərəfindən aparılır. Yekun summativ qiymətləndirmə buraxılış siniflərində təhsil 
səviyyələrinin sonunda yekun attestasiya (buraxılış imtahanları) şəklində aparılır. 
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd 
olunur. Ola bilsin ki, bəzi dərslərdə müəllim tərəfindən biliyin yekun qiymətləndirilməsi 
nəzərdə tutulmur və qiymət qoymaq tövsiyə edilmir. Lakin onlar məktəblilərin refleksiya, 
yəni suallara cavablar, müzakirələr vasitəsilə özünüqiymətləndirməsinə yol açır. Şagirdlərin 
öz fəaliyyətinin qiymətləndirilməsinə cəlb edilməsi çox vacibdir. Çünki bu iş məktəbliləri öz 
davranışına daha məsuliyyətlə yanaşmağa sövq edir, onlarda obyektivliyin tərbiyə 
edilməsinə yardımçı olur, öz münasibətlərini düzlük və qarşılıqlı anlaşma prinsipləri 
əsasında qurmağı öyrədir. Bu
qiymətlər qeyri
-
səmimilik və ya özünüaldatma ucbatından 
təhrif edilməməlidir. İnsanın öz
-
özünü necə gördüyünü müəyyən etməyə imkan verməlidir. 
Özünüqiymətləndirmə ilə kənardan verilən qiymətlərdəki fərq öz
-
özlüyündə qrup və fərd 
üçün zəngin informasiya mənbəyi olmalıdır. 
Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya 
bölmənin, yarımilin sonunda) yekun vurmaqla, şagirdin nailiyyət səviyyəsini ölçmək 
məqsədilə aparılır.
Fəal (interaktiv) təlimdə şagirdlərin nailiyyətlərinin qiymətləndirmə obyektləri 
sırasına daha biri də şagirdin şəxsi keyfiyyətləri (biliyə yiyələnmək həvəsi, sosial, yaradıcı, 
mənəvi keyfiyyətlər və s.) əlavə olunur.
Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin