Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


ÜÇ BÖYÜK ALİMİN BU MƏSƏLƏDƏ MÖVQEYİ



Yüklə 5,74 Mb.
səhifə44/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   40   41   42   43   44   45   46   47   ...   218
ÜÇ BÖYÜK ALİMİN BU MƏSƏLƏDƏ MÖVQEYİ
Artıq əvvəl keçən bölümlərdə Əhli Sünnə vəl Cəmaatın əqidəsini götürdük. O, əqidə ki, Quran və Sünnədən qaynaqlanır. Mütləq təkfir ilə müəyyən şəxsi təkfir etmək arasında fərq vardır. Bəzi müəyyən şəxslərə hökm verilmir (əgər etiqadi, əməl və söz tərəfdən küfr ediblərsə) şərtlərin olmadığına və maneələr olduğuna görə. Bu bölümdə isə Əhli Sünnə vəl Cəmaat imamlarından dəlil gətirəcək və onların bu məsələdə özlərinə qarşı çıxanlara bu metodu necə tətbiq etdiklərini öyərənəcəyik. Bu da onların fətvalarından və müəyyən şəxslər barəsində verdikləri hökmlərdən götürülür. İmamların hər biri müəyyən təkfir ilə mütləq təkfir arasında fərq qoymuş, həmçinin də onlar mütləq təkfirin müəyyən şəxsin təkfir edilməsini tələb etmir görüşündədirlər. Böyük imamların üçündən burada misal gətirəcəyik. Bunlar da müxtəlif əsrlərdə yaşayıblar. Onlar öz müxaliflərinə qarşı necə bu metodu tətbiq ediblər?

Birinci İmam Əhməd - İmam Əhməd – rahmətullahi aleyhi – Quran məxluqdur deyən xəlifələrə qarşı olan mövqeyi: Abbasi dövlətinin üç xəlifəsi Məmun, Mötəsim və Vasix Quranın məxluq olması etiqadı üzərində idi. Onlar da Mötəzilə məzhəbində idilər. Sözün özü də küfr sözüdür. Onlar bu sözü batil məzhəbdən götürmüşlər. Onlar insanları bu batil görüşə çağırmış, bununla insanları imtahana çəkmiş, kim onların sözünü təsdiqləmirdisə, onları zindana salar və cəzalandırardılar. Hətta ölümlə onları hədələmişlər. İmam Əhməd – rahmətullahi aleyhi – bu mövzuda salamat olan kimsələrdən idi. O deyirdi ki: «Quran Allahın kəlamıdır məxluq deyildir». Buna görə də bir çox imtahanlara məruz qaldı. Döyüldü, zindanda yatdı, həttə ölüm həddinə qədər çatmışdı. Buna baxmayaraq İmam Əhməd – rahmətullahi aleyhi – xəlifələrə kafir demədi. Lakin Əhli Sünnəyə görə icma vardır: «Kim Qurana məxluq deyərsə kafirdir. Heç bir ixtilaf da yoxdur bu məsələdə». Tətbiqdə isə heç bir xəlifəyə kafir demədi. Nə üçün imam onları kafir saymadı? Onların təvillərinə görə. Çünki bidət əhli onları çaşdırmışdı. Xəlifələrə haqq bəlli olmamışdır. Hətta sonda İmam Əhməd – rahmətullahi aleyhi – onlara halallıq da vermiş və onlar üçün dua etmişdir: «Onlara halallıq verirəm bidətçilərdən başqa. Mötəsimə də. «Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz?». (ən-Nur 22). Bu qədər zülmə əziyyətə baxmayaraq onları təkfir etmədi. İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir: “Təkfir emək üçün şərtlər və maneələr vardır. Müyyən bir şəxsə gəldikdə bu şərtlər olmasa Təkfir aradan qalxar. Çünki mütləq şəkildə edilən Təkfir bunun müəyyən bir şəxsə tətbiq edilməsi demək deyildir. Bu yalnız şərtlər yerinə yetdikdə və maneələr aradan qalxdıqda mümkündür. Bunu İmam Əhməd – rahmətullahi aleyhi – və belə ümumi qaydaları – yəni: “kim belə desə və ya belə etsə küfr etmişdir” - demiş əksər alimlər bəyan edərək, bu kimi sözləri işlətmiş əksər insanları fərdi qaydada Təkfir etməmişlər. Çünki İmam Əhməd – rahmətullahi aleyhi – məs: “Quran məxluqdur” deyən, Allahın sifətlərini qəbul etməyən, onu və zamanının digər alimlərini, onların Cəhmi əqidəsinə müvafiq olmadıqları üçün həbs edib döydürən, öldürən, tutduqları vəzifədən çıxaran, ruzilərini kəsən, şahidliklərini rədd edən və düşmənlərin əlindən onları xilas etməyən Cəhmiyyə əqidəsində olanlar ilə yaşamışdır (müamələ etmişdir). Çünki həmin dövürdə Əmr sahibi, hakimlər, qazilər Cəhmiyyə əqidəsində olanlardan idi. Cəhmiyyələr onların əqidəsində olmayan, məsələn: “Allahın isimlərni qəbul etməkdə, Qurana məxluq” deməkdə onlara müvafiq olmayan hər kəsi kafir görürdülər. Onlara kafirlərə kəsdikləri hökmlə hökm kəsirdilər...”Sonra isə İmam Əhməd – rahmətullahi aleyhi – onu həbs edib döydürən xəlifə və başqaları üçün dua edib, onlar üçün bağışlanma diləmişdir. Ona etdiklər zülmü, dəvət etdikləri sözlər küfr olmasına baxmayaraq haqqını onlara halal etmişdir. Əgər onlar mürtəd idilərsə onlar üçün bağışlanma diləmək caiz deyildir. Çünki kafirlər üçün bağışlanma diləmək Quran, Sünnə və İcma ilə caiz deyildir. “Quran məxluqdur”, “Allah axirətdə görülməyəcək” deyən Cəhmiyyədən olan fərdləri kafir görmədikləri haqda onun və ondan qeyri alimlərin söz və əməlləri açıq aydındır. Bununla belə İmam Əhməddən – rahmətullahi aleyhi – onların yəni Cəhmiyyənin əqidəsində olan, dediklərni deyən bəzi fərdi şəxəsləri Təkfir etməsi də nəql olunmuşdur... Onun bu sözləri bu təfsilata yönəldilr: “O, kimi fərdi şəkildə Təkfir etmişdirsə, o şəxs haqda şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması sübuta yetmişdir. Kimi isə Təkfir etməmişdirsə deməli onun haqda bu şərtlər və maneələr tapılmamışdır”487.

Ümumi olaraq demək olar: «Kim Qurana məxluq deyərsə kafir olur». Lakin müəyyəndə insan dayanmalı və alimlərin tətbiqinə baxmalıdır. Məlik, Əbu Hənifə, İmam Şəfii – rahmətullahi aleyhi – onlar: «İman əməlsiz adi sözdən ibarətdir deyən Murciyəni kafir saymamışlar. Həmçinin Quranın məxluq olmasını deyənləri, Allahın sifətlərini inkar edənləri mürtədlikdə ittiham etməmişlər. Bununla yanaşı Ceylani Qədəri, əl-Səid İbn Dirhəm və Cəhm İbn Səffanın öldürülməsi fətvasını vermişlər. Onlar öldürüldükdən sonra cənazələri qılınmış və müsəlmanların qəbristanlığında basdırılmışlar. Belə yolundan azmış imamların öldürülməsi dinin qorunmasından ötrüdür. Onların mürtəd olmasından ötrü deyildir. Onlar dindən üz döndərmiş kafirlər olsaydılar, müsəlmanlar onları digər kafirlər kimi hesab edər və buna uyğun rəftar edərdilər»488.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin