Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə51/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   47   48   49   50   51   52   53   54   ...   218
Birinci Qayda - Sözlər eyni zamanda həm küfrə dəlalət edə bilər, həm də küfrə dəlalət etməyə bilər. Bu zaman sözləri deyən kimsə sözləri ilə nə qəsd etdiyini bilmədikcə hökm vermək olmaz. Allah İblisə buyurur: «Ey İblis, sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu. Mən ondan daha yaxşıyam». (Sad 75-76). Allah İblisin qəlbində olanları bilirdi. Lakin Allah bizləri öyrədir ki, İblisin bu cür əməllərinə oxşar əməllər edən kimsənin əməli ilə nə qəsd etdiyini öyrənmədikcə hökm vermək olmaz. Çünki onun əməli küfr ola da bilər, olmaya da bilər. Bunu necə öyrənmək olar? Yalnız soruşmaqla. Müəyyən söz zahirinə görə küfr ola bilər. Lakin soruşulduqda, məsələ aydın olduqda nə qəsd edildiyi açıq-aşkar aydın olur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məkkəyə savaşsız və müqavimətsiz girmək istəyirdi. Lakin Bədrdə iştirak edən müsəlmanlardan biri Xatib b. Əbi Bəlta - radıyallahu anhu– Məkkədə olan müşriklərdən bir qrupuna Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Mədinədən çıxması haqda bir qadın vasitəsilə məktub göndərir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli, Zubeyr və Miqdad - Allah onlardan razı olsun - bu qadının dalınca göndərdi. Səhabələr məktubu götürərək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Xatib, bu nədir?». Xatib: «Ey Allahın Rəsulu! Mənim üstümə qəzəblənməkdə tələsmə, sənə başa salaram. Bilirsiniz ki, Qureyş arasında qohum-əqrabası olmayan birisiyəm. Onlardan da deyiləm, qəribəm. Səninlə olan mühacirlərin də orada əqrabaları vardır ki, onların mallarını və ailələrini qoruyurlar. Lakin mənim malımı və ailəmi orada qoruyacaq bir kimsə yoxdur. Ona görə də onlardan ailəmin qorunması üçün təminat almaq istədim. Yoxsa bu işi kafir olduğumdan, dindən döndüyümdən, İslama girdikdən sonra küfrə riza göstərdiyimdən dolayı etmiş deyiləm. Belə bir şey ağlımdan belə keçməyib». Peyğəmbər: «Bu adam sizə doğru söylədi» deyə buyurdu. Ömər: «Ya Rəsulullah! Artıq o, Allaha, Rəsuluna və möminlərə xəyanət etmişdir. Məni burax bu münafiqin boynunu vurum» dedi. Peyğəmbər: «Bədirdə iştirak edən səhabəni, nə bilirsən bəlkə də Allah Bədr əhlinə muttali olub buyurmuşdu: İstədiyinizi edin, Mən sizi bağışladım». Bundan sonra ayə nazil oldu: «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edir, onlara sirr verirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə o, şübhəsiz ki, haqq yoldan azmışdır». (əl-Mumtəhunə 1). Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxuduqdan sonra Ömər - radıyallahu anhu – nun gözləri yaşarır və deyir: «Allah və Rəsulu daha gözəl bilir»559. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ondan soruşdu: «Səni bunu etməyə nə vadar etdi?». Çünki onun etdiyi bu əməli iki tərəfdən başa düşmək olar: 1) Əgər o, bunu müşriklərin qələbəsi üçün etmişdirsə, küfr etmiş olur. 2) Əgər dünya mənfəəti üçün etmişdirsə, bu küfr deyildir. Əbu Bəltə - radiyallahu anhu – dünya məqsədlərinə görə etdiyi üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu təkfir etmir.

İbn Qeyyim – rahmətullahi aleyhi – «əl-Fəvaid» 4/26 kitabında İmam Əhməd rahmətullahi aleyhi - nin sözlərini rəvayət edir: «Bir nəfər soruşur ki: «Müəzzin azan verdiyi zaman Şəhadət kəliməsində Muhəmmədən Rasulullah dediyi zaman bir nəfər: Yalançıdır. O, kimsə kafirdir yoxsa yox? (Bizdən soruşsaydılar o, dəqiqə qırmızı vərəqə göstərərdik) Şeyx deyir: O, kimsədən soruşmaq lazımdır ki, bu sözləri ilə nə qəsd edirdi? Şəhadətin özünü qəsd edirdisə kafirdir. Yox əgər azan verənin özünün yalançı olduğunu qəsd edirdisə kafir deyildir». İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Özündə küfrü daşıyan söz hansı ki iki başlı başa düşülürsə - küfr olur niyyətə görə”560. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən də, küfrdə ittiham etmək bəlli olmayan bir işdə hökm verilməz”561. İbn Bazz – rahmətullahi aleyhi - dan soruşurlar ki: «Bir nəfər qəbrin ətrafında təvaf edirsə o, kimsə kafirdir?». Cavab: «Soruşmaq lazımdır ki, bunu nə üçün edir? Əgər ölüyə yaxınlaşmaq üçün edirsə küfrdür, İslamdan çıxır. Yox əgər bunu Allah üçün edirsə və fikirləşir ki, bura müqəddəs yerdir bu küfr yox, bidətdir». Həmçinin Şeyx Muhəmməd İbn İbrahim Əli Şeyxdən – rahmətullahi aleyhi – qəbrə qurban kəsən haqda da soruşurlar: Cavab: Soruşmaq lazımdır ki, bunu etməkdə qəsdi nədir? Əgər ölü və ona yaxınlaşmaq məqsədilə edirsə böyük şirkdi. Yox əgər Allah üçün kəsir lakin o, yeri müqəddəs saydığı üçün edirsə bu bidətdir»562. Şeyx Useymin – rahmətullahi aleyhi – dən soruşurlar: «Bir nəfər saqqalı ələ salırsa kafirdir, yoxsa yox?». Cavab: «Əgər insanın özünü, zahiri görnüşünü ələ salırsa, dindən çıxmır. Əgər saqqalı (dindən olduğuna görə) ələ salarsa kafirdir».




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin