Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


NAMAZI TƏRK EDƏNİN BÖYÜK KÜFR ETDİYİNİ SÖYLƏYƏNLƏRİN DƏLİLLƏRİ VƏ ONLARA CAVAB



Yüklə 5,74 Mb.
səhifə28/50
tarix22.10.2017
ölçüsü5,74 Mb.
#11518
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

NAMAZI TƏRK EDƏNİN BÖYÜK KÜFR ETDİYİNİ SÖYLƏYƏNLƏRİN DƏLİLLƏRİ VƏ ONLARA CAVAB
Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi (bir rəvayətdə: qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul onu buraxdığı zaman heç şübhəsiz ki, şirkə (bir rəvayətdə: küfrə) düşmüş olur»980. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Küfr ilə iman arasında namazı buraxmaq vardır»981. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizim ilə onların arasında əhd namazdır. Kim onu tərk edərsə küfrə (şirkə) düşmüş olar (İmam Şəfii rahmətullahi aleyhi və s. Alimlər bu hədisləri: “Yəni, fərziyyətini inkar edərək” – deyə şərh etmişlər)»982. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim namazı bilə-bilə tərk edərsə Allahın himayəsi (rəhməti) onun üzərindən uzaq olar»983. İmam Darimi rahmətullahi aleyhi - deyir ki: “Əgər Allahın qulu səbəb olmadan namazı tərk edərsə bu əməlin küfr olduğunu söyləmək vacibdir, lakin (əməli edəni) kafir saymaq olmaz”984. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkiləcək əməlləri namazlarıdır. Rəbbimiz olan Allah hər bir şeyi gözəl bildiyi halda mələklərə: «Qulumun namazına baxın onu tammı yoxsa əskikmi qılmışdır?» deyə buyurar. Əgər namazı tam isə ona tam olaraq yazılır. Yox əgər ondan bir şey əskiksə: «Qulumun hər hansı bir nafilə namazının olub olmadığına baxın» deyə buyurar. Əgər nafilə namazları varsa: «Qulumun fərz namazlarını nafilələrlə tamamlayınız» deyə buyurar. Daha sonra digər əməlləri də bu şəkildə hesaba alınır»985. Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim əsr namazını tərk edərsə (buraxarsa) əməlləri boşa gedər»986. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əsr namazını qılmayan kimsə ailəsini və malını itirmiş kimidir»987. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim namazı qəsdən (istəyərək) tərk edərsə ondan Allahın zimməti qalxar»988. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim namazını qoruyarsa Qiyamət günü (namaz) onun üçün bir nur, bir dəlil və bir qurtuluş olar. Hər kim də namazını qorumazsa onun üçün nə bir nur, nə bir dəlil, nə də bir qurtuluş olur. Qiyamət günü isə Qarun, Firon, Haman və Ubey İbn Xələf ilə bərabər həşr olunar»989. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: “Bütün müsəlmanlar ittifaq ediblər ki, bilə-bilə namazı qılmağı tərk etmək böyük günahlardandır. Elə bir böyük günah ki, Allah onun böyüklüyünü zinadan, adam öldürməkdən, başqasının malını qəsb etməkdən, oğurluq və içki içməkdən də böyükdür. Onlar hesab edirlər ki, bu günah Allahın qəzəbini, əzabını həm bu dünyada həm də axirətdə gətirir. Lakin onlar belə bir kimsənin öldürülməsində, necə öldürülməsində və kafir olub olmamasında ixtilaf ediblər....”990. Bəziləri də şübhə olaraq qeyd edirlər ki: “Belə bir kimsə kafirdir, kafir olmasaydı belə bir insanlarla həşr olmazdı”. O, zaman belə bir sual çıxır: “Peyğəmbər - salləllahu aleyhi va səlləm - buyurdu: “Kim içki içərək ölərsə Allahla bütə ibadət edən kimi qarşılaşar”991. Bu hədis digər hədisdən daha açıq-aydındır. Lakin heç bir alim içki içənin küfründən belə söz etməmişdir. Ona görə də belə hədislər qorxutmaq kimi nəzərdə tutulur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bilə-bilə namazını tərk edərsə Allahdan bir şey istəməyə haqqı yoxdur»992. İbn Məsud - radıyallahu anhu deyir ki: «Kim namazı tərk edibsə onun dinlə heç bir əlaqəsi yoxdur»993. Əli - radıyallahu anhu deyir ki: «Namaz qılmayan (tərk edən) – kafirdir»994. İbn Abbas - radıyallahu anhu deyir ki: «Kim bilə-bilə bir namazı belə tərk edərsə (qılmazsa) Allahı qəzəbli halda qarşılayacaqdır»995. İbn Ömər -radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Namazı olmayanın dini yoxdur»996. Əbu Darda - radıyallahu anhu deyir ki: «Namazı olmayanın imanı yoxdur»997. Ömər - radıyallahu anhu deyir ki: «Namazı tərk edənin İslamdan nəsibi yoxdur (İbn AbdulBərr rahmətullahi aleyhi - bu hədisləri alimlər bu cür açıqlamışlar: Belə bir kimsənin İslamdan payı kamil deyildir, Bu cür izah İbn Məsudun - radıyallahu anhu sözləri üçün də deyilmişdir 998999. Peyğəmbərdən sallallahu aleyhi və səlləm bir dənə də səhih hədis yoxdur ki: “Namaz qılmayanı kafir sayımışdır”. Səhih hədislərdə varid olmuşdur ki: “Küfrə düşmüşdür”. O, ki qaldı hədisə: “İslamın bağları və üzərində dayandığı dayaqları üçdür. Kim bunlardan birini tərk edərsə kafirdir, qanı da halaldır: “Şəhadət, namaz və Orucdur”1000. əl-Albani rahmətullahi aleyhi - deyir ki: “Mən düşünmürəm ki, alimlərdən kimsə Orucu halal görmədən tərk etdiyi üçün kafir sayıb.....”1001. Ubadə İbn Samit - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allaha şərik qoşmayın, namazı da bilərəkdən tərk etməyin. Hər kim bilərək, qəsdən namazı tərk edərsə İslam millətindən çıxmışdır»1002. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir fərz namazını qəsdən tərk edərsə Allahın zimməti ondan uzaq olmuşdur. Kimdən də Allahın zimməti uzaq olarsa o kimsə kafirdir»1003. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ya bir qrup insanlar cümə namazını tərk etməkdən əl çəkəcəklər, ya da Allah onların qəlblərinə elə bir möhür vuracaqdır ki, qafillərdən olarlar»1004. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim əhəmiyyət verməyərək (səbəbsiz) üç Cümə namazını tərk edərsə Allah o kimsənin qəlbini möhürləyər»1005. Yaqub bin İbrahim vasitəsi ilə rəvayət edirlər: Atam (İbrahim İbn Sad) bizə Muhamməd İbn İshaqdan belə dediyini rəvayət etdi: Əbən İbn Saleh bizə Mücahid Əbul-Həccəc'dən, o isə Cabir İbn Abdullahdan - radıyallahu anhu rəvayət etdi: "Ona dedim: "Allahın Elçisinin - sallallahu aleyhi və səlləm - zamanında sizə görə küfr ilə imanın arasını əməllərdən hansı əməl ayırırdı?". Cabir: "Namaz”1006. Həsən əl-Bəsri rahmətullahi aleyhi - deyir: "Mənə çatıb ki, Peyğəmbərin - sallallahu aleyhi va səlləm - səhabələri belə deyərdilər: "Qul ilə onun müşrik və ya kafir olması arasında üzr olmadan namazını tərk etməsi durur"1007. Muhamməd İbn Nəsr əl-Mərvazi, Muhamməd İbn Yəhya (əz-Zuhli) bizə rəvayət etdi: Əbu Numən (Muhamməd İbn əl-Fədl əs-Sədusi) bizə rəvayət etdi: Hamməd İbn Zeyd, bizə Əyyub əs-Səxtiyəni rahmətullahi aleyhi rəvayət etdi: "Namazı tərk etmək küfrdür, bunda ixtilaf edilməyib"1008.
BİDƏT ƏHLİ ARXASINDA NAMAZ QILMAĞIN HÖKMÜ
Əhli Sünnəyə görə əslən kafir və mürtəd olan bir kimsənin arxasında namaz caiz deyildir. Durumu bəlli olmayan kimsə ilə əqidəsi bilinməyən kimsənin arxasında namaz qılmağı tərk etmək Sələfdən heç bir kimsənin söyləmədiyi bir bidətdir. Əsl olan odur ki, bidətçi bir kimsənin bidətinin çirkinliyini ortaya qoymaq və başqalarını ondan uzaqlaşdırmaq üçün bidətçi kimsənin arxasında namaz qılmağın nəhy edilməsidir. Bununla birlikdə namaz qılınacaq olursa səhihdir. Sələf alimləri bidətçi kimsələrin arxasında namaz qılmazdılar. Bilmədən arxalarında namaz qılsaydılar Cümə və Bayram xaric – qıldıqları namazları yenidən qaytarardılar. Lakin bidətçi imam müsəlmanların xəlifəsidirsə ona səbr etmək sünnətdir. Buna baxmayaraq bəzi alimlər namazlarını yenə də qaytarardılar. İmam Əhməd, Əli İbn Mədini, Yəhyə İbn Məin Xəlifə - Allah onlardan raı olsun - Məmunun arxasında qıldıqları namazları qaytarardılar (yenidən qılardılar). Lakin bir şeyi bilmək lazımdır ki, imamların bidətçi olub olmadığını araşdırmaq lazım deyil. Araşdırmaq, imtahan etmək Xəvariclərin sifətidir. Halı bəlli olmayan kimsələrin araxasında namaz qılınmalı və bu araşdırılmamalıdır. Lakin bir kimsə bidətini ortaya atan, izhar edən, insanları bidətinə dəvət edən bir kimsədirsə onun arxasında namaz qılınmaqdan qaçmaq lazımdır. İbn Ömər və Ənəs b. Məlik - radıyallahu anhum Həccac b. Yusuf əs-Sakafinin arxasında namaz qılmışlar. O, isə zalım və fasiq birisi idi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Onlar sizlərə namaz qıldırırlar. İsabət edərlərsə sizin də, onların da leyhinə olar. Xəta edərlərsə sizin leyhinizə, onların isə əleyhinədir»1009. Osman - radıyallahu anhu nun evi mühasirəyə alındıqda bir nəfər insanlara namaz qıldırdı. Biri Osmana: «Sən bütün müsəlmanların imamısan, insanlara namaz qıldıran isə fitnəkarın biridir». Osman: «Ey qardaşım oğlu! Namaz insanların etdikləri işlərin ən gözəlidir. Əgər gözəl iş edərlərsə sən də onlarla birlikdə gözəl iş et, yox əgər pislik edərlərsə sən də onların pisliklərindən uzaq dur»1010. Əbu Zərr - radıyallahu anhu rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm ə dəstəmaz almaq üçün su gətirdim. O, başını yırğaladı və dodaqlarını bir-birinə sıxdı. Mən dedim: «Atam-anam sənə qurban. Sənə əziyyətmi verdim?». O: «Xeyr, lakin sən elə bir başçıların və imamların dövrünə yetişəcəksən ki, onlar namazın vaxtını keçirəcəklər». Mən: «Sən mənə nə buyurursan?» dedim. O: «Namazı vaxtında qıl! (O, başçıların) namaz qıldıqlarını gördüyün zaman onlarla namaz qıl (bu sənin üçün nafilə olur) və demə ki: Qılmıram. Mən artıq qılmışam»1011. Hafiz İbn AbdulBərr rahmətullahi aleyhi deyir ki: “Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Məndən sonra namaz vaxtlarını təxirə salan bir çox əmirlər olacaqdır. Sizlər vaxtında namazınızı qılın, onlarla isə nafilə qılın”. Alimlər deyirlə ki, onlar namaz vaxtlarını təxirə salmaqla kafir olmurdular. Kafir olsaydılar Peyğəmbər sallallahu aleyhi və səlləm onların arxasında namaz qılmağa icazə verməzdi”1012. Lakin İmam Nəvəvi rahmətullahi aleyhi deyir ki: “Bu hədislərdə söhbət namazın çıxma vaxtından deyil, əfzəl vaxtının keçməsindən söhbət gedir”. Lakin alimlər qeyd edirlər ki, İmam Nəvəvi rahmətullahi aleyhi bu məsələdə xəta etmişdir. Çünki bu barədə hədislər çoxdur. Məs: Sabit İbn Bunan deyir ki, bir gün Ənəs İbn Məlik radıyallahu anhu ilə Həccacın qıldırdığı namazda idik. Həccac namazın vaxtını o qədər uzatdı ki, Ənəs radıyallahu anhu ona etirazını bildirmək istədi. Lakin dostları ona xələl gələr deyə buna izn vermədilər. Bundan sonra Ənəs radıyallahu anhu məsciddən çıxaraq miniyinə mində və: Allaha and olsun! Mən bu ümmətdə Lə İlə İlləllahdan başqa bir şeyin qaldığını görmürəm”. Adam: “Bəs namaz, ey Əbu Həmzə!” dedi. Ənəs: “Görmürsüz, Zöhr namazını az qala Məğribdə qılsınlar. Məgər Peyğəmbərin sallallahu aleyhi və səlləm zamanında belə şey vardı?”1013. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Ümmətimdən iki tayfa həlak oldu: Əhli Kitab və Əhli Ləbənu!”. Ondan: “Ya Rəsulullah! Kitab nədir? Ləbənu nədir?” deyə soruşdular. Peyğəmbər: “Allahın kitabını Allahın nazil etdiyindən baçqasıyla təvil edərək müsəlman alimlərlə mübahisə edirlər, Əhli ləbən – cümə və cəmaatları tərk edəcək və bədəviləşəcəklər”1014.

Bu Barədə Sələflərdən Varid Olan Rəvayətlər: Sufyan əs-Sovridən – rahmətullahi aleyhi : “İman sadəcə sözdür, əməl deyildir – deyən bir kimsənin arxasında namaz qılımmı?” deyə soruşdular. İmam: “Xeyr, bu kimsənin heç bir dəyəri yoxdur”1015. İmam Şəfii – rahmətullahi aleyhi deyir ki: “Rafizinin, Qədəriyyə və Murciyədən olan kimsələrin arxasında namaz qılma”1016. İmam Əhməd – rahmətullahi aleyhi deyir ki: “Cəhmiyyənin (Allahın İsim və Sifətlrini inkar edən azğın tayfa) arxasında namaz qılmaram, Rafizilərə gəlincə hədisləri inkar etdikləri üçün onların da arxasında namaz qılmaram”1017. Əli İbn Abdullah İbn Abbas – rahmətullahi aleyhi deyir ki: “Əgər imam hava (bidət) əhlidirsə arxasında namaz qılmaram”1018. İbn Uyeynə – rahmətullahi aleyhi deyir ki: “Rafizi, Qədəri və Murciyə olan kimsənin arxasında namaz qılmaram”1019. Muaz İbn Muaz – rahmətullahi aleyhi deyir ki: “Sad oğullarından birinin arxasında namaz qıldım. Bir müddətdən sonra o adamın Qədəri olduğunu öyrəndilər. Bundan sonra otuz, yoxsa qırx il keçməsinə baxmayaraq da namazımı yenidən qıldım”1020. Əbu Suleyman əd-Darani, AbdulVahhab İbn əl-Haffafın qədəri inkar edən bir söz söyləndiyi məlum oldu. Əbu Suleyman onun məscidində namaz qılmağı tərk edərək başqa bir məscidə getdi”1021. İmam Buxari – rahmətullahi aleyhi deyir ki: “Cəhmi və Rafizinin arxasında namaz qıldım, yoxsa Yəhudi və Xaçpərəstin mənim üçün fərq etməz”1022. Abdullah İbn Əhməd – rahmətullahi aleyhi atasından rəvayət edir ki: “Quran məxluqdur – deyən kimsə üçün nə deyirsən?”. Atam: “Belə deyənin arxasında nə Cümə, nə də başqa bir namaz qılınmaz. Lakin cəmaata getmək tərk edilməz. Onlarla namaz qıldınsa qaytar”1023. Qadi Əbu Yusuf rahmətullahi aleyhi deyir ki: «Mən Cəhmiyənin, Rafizinin və Qədəriyəçi olan bir kimsənin arxasında namaz qılmaram»1024. Abdullah İbn İdrisdən – rahmətullahi aleyhi bidət əhlnin arxasında qılınacaq namaz barəsində soruşdular. O: “İnsanlar razı olduqları və adil kimsələrin arxasında namaz qılmışlar”. Ondan: “Bəs Cəhmiyyə?”. O: “Xeyr, bunlar ancaq döyüşüləcək insanlardır. Nə namaz qılınır, nə də nigahlanılır. Onlara ancaq tövbə etmək düşər”1025. Küfrünə hökm edilən bidət əhlinin arxasında namaz batildir. Sələflər, Qadəriyyə, Rafizi, Cəhmiyyə və s. batil fiqələrin təkfir edərkən bu mutləq (ümumi) təkfir babındandır. Bu firqələrə mənsub olan hər kəsin təkfir edilməsi deyildir. Müəyyən şəxslər üçün hüccət bəyan olmadıqca küfrünə hökm edilməz. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: “İmam Əhməd – rahmətullahi aleyhi Cəhmiyyə firqəsinə mənsub müəyyən şəxsəli təkfir etmədiyi kimi Cəhmi olduğunu söyləyən və bidətlərinə Cəhmilərə müvafiq olan hər kəsin də küfrünə hökm etməmişdir. Bidətlərinə dəvət edən, insanları imtahan edən, onlara uymayanları cəzalandıran cəhmilərin arxasında namaz qılmış, onları təkfir etməmişdir”1026. Şeyx Saleh əl-Fovzan Allah onu qorusun sual verirlər: «Dövrümüzdə Xəvaric ideyasının daşıyıcıları mövcuddurmu?». Cavab: «Subhənəllah! Hal-hazırda Xəvariclər mövcuddur. Müsəlmanlara kafir damğası vurmaq, müsəlmanları qətl etmək Xəvariclərin əməlləri deyilmi? Bu Xəvariclərin məzhəbidir». Sual: «Xəvariclər qiblə əhlindən sayılırlarmı? Onların arxasında namaz qılmaq olarmı?». Cavab: «Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları barəsində alimlər arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqiqətə daha yaxındır. Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Xəvariclərin arxasında namaz qılmağa gəldikdə isə onların arxasında namaz qılmaq olmaz»1027. Əbu Səid əl-Xudri radıyallahu anhu - namazdan öncə xütbə oxuyaraq bidət çıxaran Mərvan İbn Həkəmin arxasında namaz qılmışdı1028. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: “Səhabələr Xəvaricləri təkfir etməmişlər. Çünki onların arxasında namaz qılmışlar. İbn Ömər və başqa səhabələr Nəcdət İbn Hərurinin arxasında namaz qılmışlar”1029. Həsəsnul Bəsridən – rahmətullahi aleyhi : “Bizə Xəvariclərdən biri namaz qıldırır. Onun arxasında namaz qılımmı?” deyə soruşdular. O: “Bəli, insanlara onlardan da şərliləri imamlıq etmişlər” dedi1030. İmam Əhməddən – rahmətullahi aleyhi soruşdular: “Saleh və Facir imamlar Cümə və Bayram namazlarını iqamə etdikləri müddətdə arxalarında namaz caizdirmi?”. İmam: “Bəli” deyə cavab verdi1031. Əbul Həsən əl-Əşari – rahmətullahi aleyhi deyir ki: “Cümə, Bayram və digər namazları Saleh və Facir imamın arxasında qılmaq dinimizdəndir. Çünki İbn Ömər, Həccacın arxasında namaz qılmışdır”1032. Cümə və Bayram namazları bir və ya iki məsciddə qılındığı üçün onları bidət əhlinin arxasında qılmaq caizdir. Lakin beş vaxt namaza gəldikdə Saleh məscid və saleh imam varsa orada qılmaq daha məqsədə uyğundur. Əgər belə məscid olmazsa Cümə və bayram namazlarının hökmü kimidir. Bidətçinin arxasında namaz qılınır və cəmaat tərk edilməz. Əgər Cümə və digər namazlar saleh bir kimsənin arxasında qılınma imkanı olduğu təqdirdə facir və ya bidtçinin arxasında qılınmaqdan daha məqsədə uyğundur. Bu zaman belə bir namaz qılınarsa facirin və ya bidətçinin belə namazı qaytarmalıdır, yoxsa yox alimlər arasında ixtilafdır. Daha doğru olanı bu namazı qaytarma (yenidən qılması) lazım deyildir1033. İbn Qudamə – rahmətullahi aleyhi deyir ki: “Cümə və bayram namazları hər Saleh və facirin arxasında qılınır. İmam Əhməd – rahmətullahi aleyhi Mutəzilənin arxasında namaz qılmışdır. Onun əsrində olan alimlər də belə hərəkət etmişlər”1034. Cəmaatı tərk etmələri heç kəsdən eşidilməmişdir. Belə bir kimsənin arxasında namazı yalnız Səhabəyə müxalif olan bidətçi tərk edər. Belə bir kimsə Cümə və digər namazları tərk etdiyi üçün Əhli Sünnət alimlərinə görə bidətçidir. Əməş – rahmətullahi aleyhi deyir ki: “Məşhur Səhabə olan İbn Məsud radıyallahu anhu - Cümə namazını Muxtarnan bir yerdə qılırdı”1035. Muxtar isə özünə Cəbrail - əeyhissəlam - vasitəsilə vəhy olunduğunu, Nəsibi olduğunu (Əlini radıyallahu anhu - sevmədiyini) etiaf edirdi1036. İbn Həzm – rahmətullahi aleyhi deyir ki: “Bizlər səhabələr arasında elə bir kimsəni tanımırıq ki, bu üç nəfərin arxasında namaz qılmağı qadağan etsin: Muxtar, Ubeydullah İbn Zeyd və Həccəc. Baxmayaraq ki, bu üçü fasiqlərin fasiqi idilər”1037. Həmçinin əmirlər qıldırırlarsa onların arxasında namaz qılmaq daha fəzilətlidir. Az fəsadı daha böyük fəsad ilə dəf etmək caiz deyildir. İki zərərdən daha xəfif olanı böyük zərərlə dəf edilməz1038. Şeyx AbdulLətif İbn AbdurRahman Əli Şeyxdən hafizahullah - soruşurlar: “Özlərini sünnətə nisbət edib, Cümə və digər namazları facir imamların arxasında qılmayan kimsələr haqqında sözünüz nədir?”. Şeyx: “Onlar Cümə və digər namazlara qatılmamaqları düzgün deyildir və İslama uyğun deyildir. Onlar bu əməlləriylə ümmətin Sələfinə müxalif olmuşlar. Əgər Facir imam varsa, Cümə və digər namazları başqa imamın arxasında qılmaq imkanı yoxdursa, imam İslamdan çıxmadıqca Əhli Sünnət hava əhlinin arxasında namaz qılar”1039. 1040
ALLAHIN NAZİL ETDİYİ İLƏ HÖKM VERMƏK
Allahın nazil etdiyi ilə hökm etməmək hər bir vaxt və dövrlərdə ağrılı məslələrdən olmuşdur. Çünki bu məsələ İslam ümməti arasında fitnələrin və ayrılıqların yaranmasına səbəb olmuşdur. Allah və Rəsulu Allahın nazil etidiyi ilə hökm etməyənləri şiddətli hədə ilə təhdid etmişlər. «Allahın Nazil etdiyi ilə hökm etməyənlər əlbəttə kafirdirlər». (əl-Maidə 44). «Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə zalimdirlər». (əl-Maidə 45). «Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə fasiqdirlər». (əl-Maidə 47). Günümüzdə isə bu məslə şişirdilərək rəhbərlər təkfir edilmiş, qanlar axıdılmış, mallar qəsb edilmişdir. Bu məsələ səbəb oluşdur ki, ən əfzəl insanı öldürsünlər Əli radıyallahu anhu , Muhakimə edən Xəvariclərin çıxmasına səbəb oldu. Tövhidin bir qolu olan Hakimiyyə - Tövhidi ortaya çıxmışdır. Halbuki Sələflər yalnız üç növünü zikr etmişlər. Subhənəllah! Müsəlman Allahdan qorxmalıdır. Hər bir zaman və hər bir yerdə ayələri dəlil gətirdiyi kimi onların təfsirini də Sələflərin başa düşdüyü tərzdə dəlil gətirməlidir. Bir Xəvaric Məmunun xəlifəliyi dövründə onun yanına daxil olur. Məmun: “Səni bura gətirən nədir?” deyə soruşur. O: “Allahın Kitabı” deyir. Məmun: “Nədir o?”. O: “….Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar kafirlərdir. (əl-Maidə 44). Məmun: “Səndə dəlil varmı ki, bu nazil olmuş Quran ayəsidir?”. O: “Əlbəttə”. Məmun: “Dəlilin nədir?”. O: “Cumhur müsəlmanların sözü”. Məmun: “Cumhur müsəlmanların sözünün zikr etdiyin kimi onların bu ayəni təfsir etmələri ilə də razı ol!”. O: “Düzdür, salam olsun sənə ey möminlərin əmri”1041. Bu ayələr Allahın nazil etdiyi hökmü dəyişən Yəhudilər barəsində nazil olmuşdur. Onlar zinakarı daş-qalaq etmək əvəzinə üzünü palçıqa bulayıb insanlar arasında gəzdirərək rüsvay edirdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Bütün bu ayələr kafirlər barəsində nazil olmuşdur”1042. Lakin heç bir şübhə yoxdur ki, Kitab əhli barəsində nazi olan ayələrə eynilə Allahın hökmü ilə hökm etməyən hər bir kəsə də aiddir1043. İmam Alusi rahmətullahi aleyhi deyir ki: “….Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar kafirlərdir. (əl-Maidə 44). Küfr sözü müsəlmanlara qarşı istifadə edildikdə burada qorxutmaqdan (hədə) söhbət gedir”1044.

Allahın nazil etdiyi iə hökm etməyən insandan zahirən görünən onun bu işi halal görməsidir – deyirlər. Bu belə deyildir. Bir insanın daima bir günahı etməsi və ya hərdən etməsi onun halal saymasına görə deyildir. Məs: Müsəlman içki içir – bu dəlildir ki, halal görür. Müsəlman içki içər, satar və s. edərsə kafir olmaz. İmanın zəifliyindən və nəfsi istəklərinə uymaqdan baş verə bilər. Bir kimsə içki içir və onu halal saymır? Digəri isə: İçki içmir lakin onu halal sayır? Hansını günahı daha şiddətlidir? Bəzi Sələflər insanları çəkindirmək, qorxutmaq məqsədilə böyük günahlara küfr adını vermişlər. Məs: İbn Abbasdan radıyallahu anhu zövcəsilə arxa dəlikdən yaxınlıq edən kimsə barəsində soruşurlar. İbn Abbas: “Sən məndən küfr barəsində soruşursan”1045. İbn Həcər rahmətullahi aleyhi deyir ki: “Kimin İslamı açıqdırsa, açıq-aydın dəlil olmadıqca dindən çıxmır”1046.



Kim Allahın halal etdiyini haram etməkdə, haram etdiyini də haram etməkdə alimlərə və başçılara tabe olarsa, artıq onları özünə tanrı seçmiş olar.
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin