Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


VI fəsil   İctimai işlər növündə cəzanın icrası



Yüklə 105,01 Kb.
səhifə8/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
VI fəsil

 

İctimai işlər növündə cəzanın icrası

 

Maddə 34. İctimai işlər növündə cəzanın icrası qaydası



 

34.1. İctimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



34.1-1. Müvafiq icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək müvafiq icra hakimiyyəti orqanına göndərir.

34.1-2. İcra məmuru ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxsə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı iş yerlərindən birində işləmək üçün göndəriş verir. İctimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı hər hansı məlumat tələb edildikdə icra məmuru müvafiq icra hakimiyyəti orqanına bu barədə sorğu verir. Sorğuya beş gündən gec olmayaraq cavab verilməlidir.

34.2. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar.

34.3. icra məmuru məhkumların qeydiyyatını aparır, onlara cəzanın icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, məhkumların davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir, cəzanın bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.

 

Maddə 35. İctimai işlər növündə cəzanın çəkilməsi və icrası şərtləri



 

35.1. Məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.

35.2. Əsas iş yerində məhkuma növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın icrasını dayandırmır.

35.3. İctimai işlər növündə cəza çəkən məhkum və ya onun qanuni nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

 

Maddə 36. İctimai işlər növündə cəzanın müddətinin hesablanması



 

36.1. İctimai işlər növündə cəzanın müddəti saatla hesablanır.

36.2. İctimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər.

 

Maddə 37. İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri



 

İşəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, hər bir məhkum ictimai işlərin həyata keçiriləcəyi yerdə ictimai işə təhkim edildikdə, məhkum tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir, məhkumlar üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə dərhal icra məmuruna məlumat verir.

 

Maddə 38. İctimai işlər növündə cəza çəkən şəxslərin məsuliyyəti



 

38.1. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.

38.2. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzanın azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.

 

Maddə 39. İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırma



 

39.0. İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar aşağıdakılar hesab olunurlar.

39.0.1. üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmayanlar;

39.0.2. ayda iki dəfədən çox cəzanın icrası yerlərində əmək intizamını pozanlar;

39.0.3. cəzanı çəkməmək məqsədilə gizlənənlər.

 


Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin