Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Yeniyetmənin təlim və idrak fəaliyyəti



Yüklə 277,04 Kb.
səhifə104/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   100   101   102   103   104   105   106   107   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

33. Yeniyetmənin təlim və idrak fəaliyyəti
Plan:
1. Yeniyetmənin təlim fəaliyyətinin xüsusiyyətləri
2. Yeniyetmələrdə diqqətin inkişafı
3. Yeniyetmələrdə qavrayış və hafizənin inkişafı
4. Yeniyetmələrdə təfəkkür və təxəyyülün inkişafı
Yeniyetmənin təlim fəaliyyətində əvvəlki yaş dövrlərindən fərqlənən xüsusiyyətlərə rast gəlirik. Yeniyetmənin təlim fəaliyyətinin yeni xüsusiyyətlərini səciyyələndirən ən mühüm cəhət təlimdə şagirdin müstəqilliyinin inkişafı ilə əlaqədardır. Yeniyetmə yalnız dərsdə rast gəldiyi yenilikləri mənimsəməklə kifayətlənməyib, həm də biliklərin yeni sahələrini müstəqil surətdə mənimsəməyə başlayır. Uşaq heç bir yaş dövründə yeniyetməlik dövründə olduğu qədər kitaba meyl göstərmir. Valideyn və müəllimlər yeniyetmənin mütaliəsinə xüsusi rəhbərlik etməli, oxunulmuş kitablar haqqında onunla fikir mübadiləsi aparmalıdır. Bu cür söhbətlər təkcə yeniyetmə üçün deyil, həm də yaşlılar üçün faydalıdır.
Yeniyetmələrdə müşahidə olunan başqa bir cəhət onların tədris fənlərinə seçici münasibət bəsləmələridir. Şagird gələcəkdə hansı sahədə mütəxəssis olmağa hazırlaşırsa, həmin sahə ilə bağlı fənlərə daha çox maraq göstərir. Lakin bu meyl o qədər də davamlı xarakter daşımır. Dərs deyən müəllimin biliyindən, şəxsi keyfiyyətlərindən, həmin müəllimə yeniyetmənin münasibətindən asılı olaraq bəzən bir fənnə maraq artdığı halda, digər fənnə olan maraq tamamilə zəifləyir.
Yeniyetmələri səciyyələndirən cəhətlərdən biri də onlarda peşə bacarıq, vərdiş və maraqlarının təşəkkül etməsidir. Məhz bununla bağlı olaraq, yeniyetmələr dərsləri lazımlı və lazımsız qruplara ayırırlar. Yeniyetmələrin gələcək peşə haqqında təsəvvürləri nə qədər aydın və sabit olarsa, biliklərə yiyələnməyə bir o qədər tez fərqləndirici münasibət yaranır.
Yeniyetmənin təlim fəaliyyətinin və ona münasibətinin dəyişməsi ilə əlaqədar olaraq onun idrak fəaliyyətinin inkişafı üçün də əlverişli şərait yaranır. Yeniyetməlik yaşında şagirdlərin diqqətinin inkişafında müəyyən səciyyəvi xüsusiyyətlər müşahidə olunur. Belə ki, yeniyetmədə sabit, ixtiyari diqqətlə yanaşı, diqqətin tez yayınması hallarına da təsadüf edilir. Yeniyetmənin diqqətindəki bu xüsusiyyət çox vaxt keçilən mövzunun məzmunundan, şagirdin dərsə olan münasibətindən, keçirdiyi psixi halından, maraqlarından və bir çox başqa səbəblərdən asılıdır. Yeniyetmələrdə diqqətin seçiciliyi çox aydın xarici ifadəyə malik olur. Məsələn, bir dərsdə dalğın və diqqətsiz olan bir şagird başqa bir dərsdə özünü olduqca diqqətli aparır, fəallıq göstərir. Təlim prosesində maraqlı dərslər şagirdlərin təlimə cəlb edilməsində əhəmiyyətli rol oynayır. Çalışmaq lazımdır ki, şagirdin idrak fəaliyyəti və diqqətinin sabitliyi təmin edilsin.
Yeniyetmənin qavrayışı çox sürətlə inkişaf edir. Bu dövrdə yeniyetmənin qavrayışı hərtərəfli, ardıcıl və seçici xarakter daşıyır. Onun qavrayışı ən çox maraqlandığı cisim və hadisələrlə bağlı olur. Yeniyetmə gördüyü əşya, oxuduğu material, eşitdiyi söhbətlə maraqlanırsa, onları daha yaxşı qavrayır. Əgər o, materiala laqeyd münasibət bəsləyirsə, dərslə maraqlanmırsa, onun qavrayışı da səthi xarakter daşıyacaqdır. Yeniyetmədə zaman, məkan və hərəkət qavrayışı nəzərə çarpacaq dərəcədə inkişaf edir.
Yeniyetmənin hafizəsində də yeni xüsusiyyətlərə təsadüf edilir. Yeniyetmə yaddasaxlamanın səmərəli üsullarından şüurlu surətdə istifadə edir. Onda mexaniki hafizəyə nisbətən, sözlü-məntiqi hafizə daha sürətlə inkişaf edir. Çox vaxt yeniyetmələr dərsə hazırlaşarkən yaddasaxlamanın nəticəsini tanıma ilə yoxlayırlar. Tədricən şagirdlərdə mənalı yaddasaxlama və yadasalmanın üstünlüyü barədə əqidə yaranır. Müəllim yeniyetmənin səmərəli öyrənmə üsullarından istifadəsinə daim nəzarət etməlidir.
Yeniyetməlik dövründə təfəkkür daha sürətlə inkişaf edir. Yeniyetmə yaşında konkret obrazlı təfəkkür öz yerini tədricən mücərrəd təfəkkürə verir və şagirdlərdə mücərrədləşdirmə, müqayisəetmə, əqli nəticə çıxarma sürətlə inkişaf edir. Yeniyetmənin təfəkküründə müstəqillik, sübutluluq özünü daha çox büruzə verir. Onlarda fikri əməliyyatların inkişafı üçün psixoloji cəhətdən əlverişli şərait yaranır. Yeniyetməlik dövründə tənqidi təfəkkürün inkişafı da xaraktetik haldır. Yeniyetmə artıq öz rəylərini, fikirlərini bildirməyə çalışır. Müəllim bu cəhəti nəzərə almalı, yeniyetmələrin cisim və hadisələrdən düzgün nəticə çıxarmasına diqqət yetirməlidir.
Yeniyetməlik yaşında uşağın təxəyyülü, xüsusilə də yaradıcı təxəyyülü xeyli inkişaf edir. Şagirdlər getdikcə biliklərini müəyyən sahəyə tətbiq edir, hekayə yazmağa, şəkil çəkməyə və digər işlər görməyə başlayırlar. Beləliklə, yeniyetmələr nağıl situasiyasından xəyal situasiyasına keçir. Bəzən bu xəyallar uşağı gələcək peşəyə yönəldir. Yeniyetmənin təxəyyülü yaş artdıqca reallaşır və tənqidi xarakter daşıyır.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin