Ustad Hüseyn Ənsariyan


İnsan nə vaxt təyəmmüm etməlidir?



Yüklə 1,03 Mb.
səhifə25/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

İnsan nə vaxt təyəmmüm etməlidir?


Yeddi halda insan dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etməlidir:

1. Dəstəmaz və ya qüsl üçün lazım olan qədər su əldə etmək mümkün deyilsə;

2. Su olduğu halda insan qocalıq, yırtıcı və ya oğrudan qorxduğu və ya su çəkməyə vasitə tapmadığı üçün su əldə edə bilmirsə;

3. İnsan sudan istifadəni özünə zərərli bilirsə, qorxursa ki, sudan istifadə etdiyi halda xəstələnə bilər, onda bir eyb yaranar və ya xəstəliyi uzanar; xəstəliyin ağırlaşması və müalicənin çətinləşməsi ehtimalı varsa;

4. İnsan qorxursa ki, ixtiyarında olan suyu dəstəmaz və qüslə sərf edərsə, özü, yoldaşları və ya öhdəsində olan heyvanlar susuzluqdan məhv olar; insanın özünün və yoldaşlarının xəstələnə biləcəyi və ya mövcud susuzluğa dözə bilməyəcəyi gözlənilirsə;

5. Əgər insan murdarlanmış bədənini və ya libasını paklamağa məcburdursa; əgər təyəmmüm etmək mümkündürsə, vacib ehtiyata əsasən təyəmmüm edilməlidir;

6. Su və ya suyun olduğu qab halal deyilsə;

7. Əgər çox azsa, dəstəmaz alınacağı və ya qüsl veriləcəyi təqdirdə namazın bir rəkəti vaxtında qılınacaq, o biri rəkətləri qəza olacaq.


Nələrə təyəmmüm etmək olar?


Torpağa, quma, kəsəyə, gəc daşına, əhəng daşına, mərmərə və digər daşlara təyəmmüm etmək olar. Amma əqiq və firuzə kimi cəvahirat sayılan daşlara təyəmmüm batildir. Bu səbəbdən də vacib ehtiyata əsasən, torpaq, qum və daş olan yerdə bişmiş gəcə, əhəngə və gilə təyəmmüm etmək düzgün deyil.

Təyəmmüm ediləcək şey murdar və qəsbi olmamalıdır.


Təyəmmümün qaydaları


İnsan təyəmmüm etmək üçün aşağıdakı əməlləri yerinə yetirməlidir:

1. Niyyət edir ki, Allahın əmrini yerinə yetirmək üçün dəstəmaz və ya filan qüsl əvəzinə təyəmmüm edir;

2. Əllərinin içini təyəmmüm olunası şeyə vurur;

3. Hər iki əlini başının tük bitən yerindən qaşlarınadək bütün alnına və onun iki tərəfinə çəkir. Demək, əllərin içi bütün alına, vacib ehtiyata əsasən, qaşların üzərinə çəkilməlidir;

4. Vacib ehtiyata əsasən növbəti dəfə əllərinin içini torpağa vurur;

5. Sol əlinin içini əl topuğundan barmaqların ucunadək sağ əlinin üstünə, sağ əlinin içini əl topuğundan barmaqlarının ucunadək sol əlin üstünə çəkir.


Sual: Dəstəmaz üçün təyəmmüm qüsl üçün təyəmmümdən fərqlənirmi?

Cavab: Xeyir. Bu iki təyəmmüm forma baxımından eynidir. Onların yalnız niyyətindən fərq var.
Sual: Duzlu torpağa təyəmmüm etmək olarmı?

Cavab: Müstəhəb ehtiyata əsasən təmiz torpaq olan yerdə duzlu torpağa təyəmmüm edilməməlidir.
Sual: Hansı məqamlarda təyəmmüm etmək məkruh sayılır?

Cavab: Çala, yol, duzu üzə çıxmamış torpağa təyəmmüm etmək məkruhdur. Əgər duz torpağın üzərini örtərsə ona edilən təyəmmüm batildir.
Sual: Təyəmmümdə alına və əllərin üzərinə yuxarıdan aşağıyamı əl çəkilməlidir?

Cavab: Bəli.
Sual: İnsanın əlində üzük olarsa təyəmmüm üçün onu çıxarmalıdırmı?

Cavab: Bəli. Əgər alında, əllərin içində və ya arxasında maneə varsa, təmizlənməlidir.
Sual: Təyəmmümü nələr batil edir?

Cavab: Dəstəmazı batil edən işlər dəstəmaz əvəzinə təyəmmümü də batil edir. Qüslü batil edən işlər qüsl əvəzinə təyəmmümü də batil edir.
Sual: Əgər bir insan bir neçə qüsl verməlidirsə (məsələn, cənabət və meyitə toxunma qüslü) qüsl əvəzinə təyəmmüm edərkən bir təyəmmüm bəs edirmi?

Cavab: Vacib ehtiyata əsasən hər qüsl əvəzinə bir təyəmmüm edilməlidir.
Sual: Üzürlü səbəbdən cənabət qüslü əvəzinə təyəmmüm edilməlidirsə, namaz üçün dəstəmaz almaq lazımdırmı?

Cavab: Xeyir. Amma başqa qüsllər əvəzinə təyəmmüm edilmişsə, vacib ehtiyata əsasən namaz üçün dəstəmaz alınmalıdır. Dəstəmaz üçün də üzrü varsa, bir təyəmmüm də dəstəmaz əvəzinə edilir.

Səkkizinci fəsil

Namaz bəndəliyin əzəmətidir


Füruidinin, yə`ni dini hökmlərin ilk bəndi, hər bir müsəlmanın ən mühüm əməllərindən biri namazdır. Namaz hətta İslamdan öncəki ilahi dinlərdə ən əhəmiyyətli ibadətlərdən olmuşdur. Namazın uzun tarixi var və bu ibadət bütün peyğəmbərlərin tapşırığıdır.

Həzrət İbrahim oğlu İsmail və onun anası Hacəri susuz və kimsəsiz Məkkə torpağına gətirəndə belə dua edir: “Pərvərdigara! Mən övladlarımdan birini Sənin evinin yanındakı otsuz və susuz bir yerdə qoydum. Pərvərdigara! İstədim ki, namazı bərpa etsinlər.”1 Həzrət İbrahim digər bir minacatında belə deyir: “Pərvərdigara! Məni və mənim nəslimdən olanları namazqılan buyur.”2

Allah-taala İslamili vəsf edərək belə buyurur: “O öz əhlini həmişə namaz qılmağa və zəkat verməyə də`vət edirdi.”3

Həzrət İsa hələ beşikdə ikən belə dedi: “Allah məni harada oldumsa aləmlər üçün bərəkət və rəhmət buyurdu. Tapşırdı ki, nə qədər sağam, namaz qılım zəkat verim.”4

Qur`ani-kərimdə həzrət Musa, Şüeyb, Zəkəriyya, Loğmandan danışılarkən namaz mövzusu yada salınır.5

Bir çox ayə və rəvayətlərdə namaz imanlı insanların önəmli sifətlərindən sayılır. Əgər namaz nəzərdə tutulan şərtlər ödənməklə qılınarsa, insan mə`nəvi bir aləmə yüksələr, onun Allahla iman bağlılığı güclənər, ruhundakı və qəlbindəki günah çirkabları təmizlənir.

Qur`ani-kərim insanın günah və çirkin işlərdən çəkinməsində namazın böyük tə`sirindən danışır. Allah-taala Öz Peyğəmbərinə (s) belə buyurur: “Ey peyğəmbər, namazı bərpa et, namaz insanı günah və pis işlərdən uzaqlaşdırar.”1

Dini rəhbərlərdən nəql olunmuş hədislərdə bildirilir ki, namaz mö`min və təqvalı insanın öz rəbbinə doğru yüksəlişi üçün bir vasitədir. Əgər namaz qəbul olarsa, insanın digər əməlləri də qəbul olar. Əksinə, namaz rədd edilərsə, insanın digər əməlləri də rədd edilər. İmam Baqir (ə) buyurur: “Namaz dinin sütunudur. Bu ibadət xeymənin ortasında sütuna bənzəyir. Nə qədər ki, o yerindədir, iplər və mıxlar da yerindədir. Əgər bu sütun əyilsə və ya sınsa, iplərdən və mıxlardan bir fayda olmaz, xeymə uçub dağılar.”2

Namaz günahlar qarşısında bir səddir, eyni zamanda onların yuyulmasında tə`sirli bir vasitədir. Çünki o insanın iman ruhunu gücləndirir, qəlbdəki Allah qorxusuna qüvvət verir. İnsan qəlbindəki qəflət pərdələrinin çəkilməsində, yaranış məqsədinin aydınlaşmasında namazın mühüm tə`siri var. Bu ibadət günün müxtəlif vaxtlarında insana xatırladır ki, oyan, maddi ləzzətlərə uyma. Bəli, namaz insandakı əxlaqi fəzilətləri yetkinləşdirir, mə`nəvi təkamülə səbəb olur. İnsan namaz vasitəsi ilə bu maddi həyatın dörd divarında baş qaldırıb mələklərlə səs-səsə verir.

Əziz Peyğəmbərdən (s) belə nəql olunur ki, həzrət onun görüşünə gəlmiş bir qrup şəxsə belə buyurdu: “Əgər qapınızın ağzından bir çay axsa və siz bu çayda gündə beş dəfə yuyunsanız, bədəninizdə bulaşıqlıq qalarmı?” Məclisdəkilər dedilər: ”Xeyir.” Həzrət buyurdu: “Namaz da həmin çay kimidir. Hər namaz qılanda iki namaz arasında baş vermiş günahlar yuyulur.”3

İnsanın bütün bu deyilənləri nəzərə alıb namaza diqqətli olması lazımdır. Namazı ilk vaxtında qılmaq, namazda diqqətli və müt`i olmaq lazımdır. İnsan namaz vaxtı kiminlə danışdığını dərk etməli, özünü Allahın əzəməti qarşısında heç saymalıdır. Namaz gedişində insan həssas olmalı, özününümayişdən çəkinməlidir. Çünki Allah üçün qılanmayan namazın mükafatı yoxdur və belə bir namaz insanı cəhənnəmə aparır.
Cəmiyyət içində uzanan namaz

Cəhənnəmə açar olası hökmən.

Namazda kənarda qalmasın gözün,

Yoxsa səccadəni odda görərsən.1
İnsan namazın savabını azaldan işlərdən çəkinməlidir. Məsələn, yuxulu halda, ayaqyolu ehtiyaclarını ödəməmiş, tələsik, diqqəti namazdan yayındıran işlərdən çəkinməlidir. İmam Sadiqin (ə) səhabələrindən olan Əbu Bəsir deyir: “İmam Sadiqin (ə) vəfatından sonra onun həyat yoldaşı ümmü Həmidəyə başsağlığı vermək üçün getdim. O ağladı, mən də ona qoşuldum. Sonra dedi: “Əgər imamı can verəndə görsəydin heyrətə gələrdin. Gözlərini açıb belə buyurdu: “Bütün qohumlarımı bir yerə yığın.” Biz onun göstərişini yerinə yetirdik. Həzrət onlara baxıb buyurdu: “Namazı yüngül sayanlar bizim şəfaət və yardımımızdan bəhrələnməyəcək.”2

Qur`ani-kərim namazı lazımınca dəyərləndirməyənləri məzəmmət edərək: “Vay olsun namazından qəflətdə qalan namazqılanlara!”3 Münafiqlərin sifətləri açıqlanarkən belə buyurulur: “Elə ki namaza durarlar, başdan ayağa süstlük içində olarlar. Adamlar arasında özlərini göstərər, Allahı az xatırlayarlar.”1

İmam Baqir (ə) buyurur: “Bir gün həzrət Peyğəmbər (s) məsciddə əyləşmişdi. Məscidə bir şəxs daxil olub namaza başladı. Amma həmin şəxs namazın rüku və səcdələrini lazımınca yerinə yetirmirdi. Həzrət Peyğəmbər (s) buyurdu: “Bu şəxs qarğa kimi dimdiyini yerə döyür. Əgər namazı bu vəziyyətdə ola-ola dünyasını dəyişsə mənim dinimdən sayılmaz.”2

Digər bir rəvayətdə həzrət buyurur: “Oğruların ən pisi namazından oğurlayan kəsdir. Belə biri namazını kamil qılmaz.”3

Yuxarıda deyilənlərdən aydın olur ki, namaz qılmayan, bu vacib əmələ diqqətsizlik göstərənlərin aqibəti çox pisdir.
Aclıqdan ağzını açmışsa əgər

Namaz qılmayana borc vermək hədər.

Allahın borcunu qaytarmayan kəs

Borcunu qaytarmaz, gözləmə əbəs.4


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin