TƏNBƏLLIK AYRı, ZÖHD (PƏHRIZ) AYRı! Qeyd etməliyik ki, dünyapərəstlikdən çəkinəmək (zöhd)
tənbəllik kimi başa düşülməməlidir. Dünya yox, dünyaya
bağlılıqda ifrata varmaq məzəmmət olunur. İnsan dünyaya
hərislik göstərmədən çalışmalı və ehtiyacından artıq qalanı
(bə’zən hətta ehtiyac duyduğunu) imkansızlara bağışlamalıdır.
Dünyaya hərislik gündə bir model maşın, bir moda geyim, bir
forma ev arzusunda olmaq, sözsüz ki, pislənilir. İnsanı bədbəxt
edən məhz dünyaya hərislikdir, var-dövlət yarışıdır. İnsan
vəzifəsini müəyynləşdirib, ona əməl etməli və əmin olmalıdır
ki, Allah öz saleh bəndəsini bədbəxtliyə düçar etməz. Bizi
övliyalara əta olunmuş ne’mətlər maraqlandırmalıdır.
Kafirlərin var-dövləti mö’minlərdə həsəd doğurmamalıdır.
Qur’anda buyurulur: “Dünya həyatı aldadıcı həzz və