İNSAN VÜCUDUNUN YÖNLƏRI VƏ MƏRTƏBƏLƏRI
Əgər “yön” sözünü düzgün seçmiş olsaq, deyə bilərik ki,
insan müxtəlif yönlərə malik bir vücuddur. O, ruh və bədəndən
ibarətdir. Ruhun da özünəməxsus keyfiyyətləri və mərtəbələri
vardır. Bə’zi mərtəbələr, belə demək olarsa, uzununa, bə’zi
mərtəbələr isə eninədir. İnsana “dərk etmək”, “tanımaq”,
“sevmək” kimi müxtəlif keyfiyyətlər aid edilir.
İnsana aid edilənləri üç hissəyə bölmək olar:
27
a) Bədənə aid olan işlər; məsələn, əzələlər və sinirlər vasitəsi
ilə icra olan hərəkətlər. Bu işlər çox vaxt ona görə ruha aid
edilir ki, hərəkətverici qüvvə ruhdur. Amma amil ruh olsa da,
əməl bədəndə zahir olur.
b) Agahlıq, tanıma, bilmə, anlama kimi işlər; olsun ki, “elm”
kəlməsi deyilənləri daha ümumi şəkildə ifadə edir. “Hüzuri” və
“hüsuli” olan bu bilikləri də ruhumuza aid edirik.
v) Digər bir qrupu meyllər, sə’ylər təşkil edir. Psixologiyada
bu işlər meyllər, hisslər, tə’sirlər kimi qruplara ayrılır. Məsələn:
qorxu, ümid, məhəbbət, eşq, kin, ədavət, şadlıq, hüzn və s. Bu
qrupdan olanları elmin eyni saymaq olmaz. Amma onlar idrak
yolu ilə gerçəkləşir. Məsələn, qorxu elm deyil. Amma idrak
gücü ilə həyata keçir. Yə’ni insan qorxduğu vaxt bilir ki,
qorxur. Sevdiyi vaxt bilir ki, sevir. Sözsüz ki, elm və agahlığın
da mərtəbələri var. Amma bütün mərtəbələrdə idrak rol
oynayır.
Beləcə, deyə bilərik ki, ruha aid olan işlər baxış və
münasibətdən, meyllərdən və ruhun bədəndə hərəkətə gətirdiyi
rəftardan ibarətdir. Bu rəftarların qəlbə aidiyyatı yoxdur.
Qəlbin bədəni inkişaf etdirməsi barədə nə ayə, nə də rəvayət
vardır. Bədəndə baş verənlər ruha aid edilir. Amma
münasibətlər və meyllər qəlbə aiddir. Qur’ani-kərimdə “qəlb nə
gördüsə, doğru gördü”, buyurulur. Bu şühudi, hüzuri, batini bir
elmdir. Demək, qəlb elmə malikdir. Həzrət Əli (ə) “qəlb Allahı
görür”, buyurur. Qəlbin bu elmi, biliyi hüzuri, şühudi elmdir.
Amma meyllərin və hisslərin qəlbə aid edilməsinə heç bir irad
yoxdur. Qur’ani-kərimdə belə işlərin qəlbə aid edilməsi ilə
tez-tez qarşılaşırıq. Gündəlik həyatda “qəlbim istəyir”, “qəlbim
şaddır” kimi sözlər çox işlənir. Beləcə, qəlb iki fərqli cəhətə,
yönə malikdir:
1. Elm və idrak yönü;
2. Meyl və istək yönü. Bilik və tanıma kimi işlər qəlbə aid
edildiyi kimi, məhəbbət və nifrət kimi meyllər də ona
ünvanlanır.
|