Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə24/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   156
Əbədi öyüd 2022

HIKMƏT, BATIN NURU
Qəlbin  digər  bir  sifəti  onun  işıqlı  və  ya  qaranlıq  olmasıdır.
Əməli və nəzəri hikmətdən məhrum olan qəlb qaranlıqdır. Bu
qəlb nə edəcəyini, nəyə inanacağını bilmir. Qəlbi işıqlandırmaq
üçün  hikmət  qazanmaq  lazımdır.  Onu  işıqlandırmaq  üçün
hikmətə  ehtiyac  var.  Qəlb  həm  möhkəm,  həm  də  nurani
olmalıdır.  Çünki  bə’zən  qəlb  möhkəm  olsa  da,  yol  qaranlıq
olduğundan hərəkət edə bilmir. 
Qur’an  ayələri  və  rəvayətlərdə,  adətən,  əməli  hikmət  kimi
nəzərdə  tutulan  hikmət  yolu  işıqlandırır.  Əməli  hikmətdən
faydalanan insan nə etməli olduğunu bilir. Amma qəlb nə qədər
güclü  olsa  da,  qaranlıqda  qaldıqda  hansı  sifətlərə  yiyələnməli
olduğunu bilmir. 
Bəli,  qəlb  nəzəri  maariflə  güclənir  və  şübhə  tufanı  onu
yerindən  oynada  bilmir.  Əməli  hikmət  sayəsində  yol  işıqlanır,
qaranlıq  sədlər  aradan  qalxır.  “Qəvvihi  bil-yəqini”  tövsiyyəsi
yəqinliyin  qəlbə  faydasını  təsdiqləyir.  “Nəvvirhu  bil-hikməti”
tövsiyyəsi isə əməli hikmətin qaranlığı yardığını sübuta yetirir.
Qur’an  ayələri  müsbət  rəftar  dəlili  kimi  nuru  tanıtdırır.
Allah-təala  buyurur:  “Öldüyü  halda  diriltdiyimiz  və  xalq
arasında  dolanması  üçün  nur  verdiyimiz  kəs  qaranlıqda  qərq
olub, ondan çıxa bilməyən kəs kimi ola bilərmi?  Bu  həmin
nurdur  ki, insan  onun  vasitəsi  ilə  cəmiyyətdə  hərəkət  edir.
Demək,  insan  nura  möhtacdır  və  bu  nur  təqva  (pəhriz) 
sayəsində  əldə  olunur.  Digər  bir  ayədə  buyurulur:  “Ey  iman
gətirənlər,  Allahdan  qorxun  (təqvalı  olun)  və  Onun  rəsuluna
iman  gətirin  ki,  Allah  öz  mərhəmətindən  sizə  iki  pay  nəsib
etsin: yol ketməyiniz üçün sizə nur əta etsin və sizi bağışlasın.”
Həzrət  Əli  (ə)  “hikmət  vasitəsi  ilə  qəlbinizi  işıqlandırın”
buyurduqda əməli hikməti nəzərdə tutur. İnsanı düzgün rəftara
sövq edən əməli hikmətdir. 
Əlbəttə  ki,  Əhli-beyt  (ə)  buyuruqlarının  əhatə  dairəsi
sonsuzdur.  İnsan  düşüncəsi  bu  dərinliyi  dərk  etməkdə  acizdir.


35
Mə’sum  imamların  (ə)  buyuruqlarının  nurundan  imkan
daxilində çox istifadə olunmalıdır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin