Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə27/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   156
Əbədi öyüd 2022

SƏBIR VƏ DÖZÜM
Qəlb  qeyd  olunan  sifətlərə  nail  olduqdan  sonra  onun  halını
qorumaq  lazım  gəlir.  Həzrət  (ə)  öz  vəsiyyətinin  davamında
qəlbi  qorumaq  yolunu  göstərir:  “Ona  səbir  libası  geyindir”.
Ərəbcə  alt  geyimi  “işar”,  üst  geyimi  isə  “disar”  adlanır.
Üst-üstə  libas  geyinənə  “muddəssir”  deyilir.  Həzrət  (ə)  “və
əş’irhu  bis-səbri”  buyurur.  Alt  geyimi  bədənə  yapışdığından
həzrət  “əş’irhu”  kəlməsini  işlədir.  Yə’ni  qəlbə  yapışası  bir
geyim. Bu geyim səbrdir. 
Amma uyğun kəlmə “agahlıq”, “şüar” mə’nasını da ifadə edə
bilər. Belə olsa, həzrətin “və əş’irhu bis-səbri” buyuruğu “səbri
qəlbinə  şüar  qərar  ver”  kimi  tərcümə  olunar.  Müharibə  vaxtı
deyilən şüarlar insanları mə’lumatlandırır, onlara agahlıq verir.


39
Vəsiyyətnamədə uyğun ifadə səbiri qəlb üçün şüara çevirməklə
dözümlü  olmaq  mə’nasını  daşıya  bilər.  Amma  birinci  mə’na
mövzuya daha münasibdir. Çünki həmin mə’naya görə səbirsiz
qəlb  üryandır  və  onun  libasa  ehtiyacı  var.  Üst  geyim  bədənə
boş  oturduğundan,  Həzrət  (ə)  alt  geyimi  nəzərdə  tutur.  Alt
geyim  bədənə  yaxın  olduğu  kimi,  səbir  də  qəlbə  yaxın
olmalıdır. 
İnsan  istəyinə  çatmadıqda,  bəlaya  düçar  olduqda,
xəstələndikdə,  kasıblıqda,  pis  qonşudan  əziyyət  çəkdikdə  iki
cür reaksiya verə bilər: ya təngə gəlib şikayətlənər, ya da səbir
edib çarə axtarar. Bu zaman ən mühüm məsələ düzgün qərara
gəlmək,  düzgün  münasibət  göstərməkdir.  Çünki  hər  iki
münasibət  insanın  özündən  asılıdır.  Özünü  düzgün  tərbiyə
etmiş  insan  çətinliklər  qarşısında  səbirli  olur.  Amma  yanlış
tərbiyəli adam bir anda özünü itirib, şikayətlənməyə başlayır. 
Qeyd etməliyik ki, səbirlə dözüm arasında fərq vardır. Bə’zən
zahirən sakit görünən insan daxildə iztirab çəkir. Bu iztirab ona
gündəlik  işlərin  yerinə  yetirilməsində  mane  olur.  Həmin  şəxs
rahat  görünsə  də,  zəif  insanlar  kimi  daxildə  narahat  olur.
Əslində isə insan daxilən rahat, aram olmalıdır. Daxilən səbrli
adam qarşısında duran vəzifələri müvəffəqiyətlə yerinə yetirir.
Zahirdə özünü dözümlü göstərib, daxildə iztirab keçirən insan
müvəffəqiyyət  qazana  bilmir.  Belə insan ömür-gününü havayı
yerə xərcləyir,  inkişaf edə bilmir.  Yalnız  daxilən  aram  olan
adamlar  öz  imkanlarından  düzgün  istifadə  etmək  gücündədir.
Heç  vaxt  rahat  yaşayış  intizarında  olmamalıyıq. Dünya  həyatı
problemsiz  ötüşmür.  İnsan  yaranış  baxımından  çətinliklərə
məhkumdur. Qur’ani-kərimdə buyurulur: “Biz insanı çətinlikdə
yaratdıq.” İnsanların üzləşdiyi problemlər fərqli olsa da, kimsə
problemsiz  deyil.  Əgər  özümüzü  çətinliklər  qarşısında  səbirli
olmağa hazırlasaq, işlərimizdə müvəffəq olarıq. İlahi tə’lim də
bunu öyrədir. Amma rahatlığa vərdiş vermiş insan çətinliklərlə
rastlaşan kimi özünü itirir. Çətinliklər qarşısında səbirli olmaq
müvəffəqiyyət  rəmzidir.  Bu  səbir  üst  paltar  kimi  (“disar”)


40
zahiri  olmamalı,  alt  paltar  (“işar”)  kimi  cana  yapışmalıdır.
Dözümsüzlük    pis  hal  olduğu  kimi,  zahiri  dözüm  də
xoşagəlməzdir. İnsan daxilən səbirli olmalıdır. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin