HƏYAT YOLUNDAN ÖTÜŞMƏ İnsan tarixi mütaliə etməklə, dünyanın vəfasızlığından, öz
aqibətindən xəbərdar olduqdan sonra, şübhəsiz ki, çarə
axtarmağa başlayır. İnsan həyat yolundan ötüb-keçməyə
məcbur olduğunu anlayır. Bu yolda heç bir e’tibarlı dayanacaq
yoxdur. Varlıq aləmi yarandığı gündən bu yolu gedir. Zamanın
dövrü insan əlində deyil. İnsan istəsə də, istəməsə də zaman
hərəkətdədir. Bəs daim hərəkətdə olan insan haraya üz tutub?
Ey insan, harada dayanmaq istəyirsən? Sənin aqibətin necə
olasıdır? Yolun ortasında sərmayəni, qazancı əldən vermək
ağıllı işdirmi? Bu yoldakı çətinliklər hamıya aiddir. Həyat
çətinliksiz ötüşmür. Xoş gün hamı üçün müvəqqətidir.
Bəşəriyyətin taleyi belədirsə, kim özünü kənara çəkə bilər?!
Həzrət (ə) buyurur: “ Yerini islah və abad et, axirətini dünyaya
satma.”