SƏADƏTIN ILKIN ŞƏRTI Bir daha qeyd edək ki, vəsiyyətnamənin ümumi şəkildə
ünvanlandığı şəxs e’tiqadlı müsəlmandır, vacib və haramlar
haqqında mə’lumatlıdır. Belə şəxs, təbii ki, dini göstərişlərə
əməl etmək fikrində olacaqdır. O, vəsiyyətnamənin ilk
tövsiyyəsi olan təqvaya bağlıdır, dini vəzifələrinə əməl edir.
Bütün bunları yerinə yetirdikdən sonra belə bir sual ortaya
çıxır: Axirətə çatmaq məqsədi ilə dünyadan necə səmərəli
istifadə etmək olar? Dünyaya aldanıb, axirəti unutmamaq üçün
nə etməliyik? Həzrət Əli (ə) bu yolda ilk addım olaraq,
bilmədiyimiz şübhəli işləri araşdırmağı, qaranlığa addım
atmamağı, tərəddüddə olduğumuz məsələlər haqqında
danışmamağı tövsiyyə edir.
Qarşıda “dində fəqihlik, alimlik” bəhsində uyğun mövzuda
daha ətraflı danışacağıq. Amma bilmədiyini danışmamaq
məsələsi öz-özlüyündə müstəqil bir mövzudur.