Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə40/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   156
Əbədi öyüd 2022

DÜŞÜNCƏ SÜQUTU...
Sizə aid olmayan işlərə qarışmayın, mə’sul olmadığınız işlərə
müdaxilə  etməyin  deyəndə,  bə’ziləri  elə  başa  düşürlər  ki,
cəmiyyətdə  hərə  özü üçün yaşamalıdır. “İsanın dini  özü üçün,


54
Musanın  dini  özü  üçündür”.  Elə  əvvəllər  də  müsəlmanlar  və
qeyri-müsəlmanlar  arasında  belə  bir  təfəkkür  olmuşdur.  Bu
yanlış  münasibət  indi  də  davam  edir  və  müasir  qərb
mədəniyyətində  özünü  bariz  şəkildə  göstərir.  Qur’ani-kərimdə
buyurulur:  “Ey  iman  gətirənlər,  özünüzü  qoruyun.  Siz  doğru
yolda  olsanız,  azanlar  sizə  heç  bir  zərər  yetirə  bilməzlər”.  Bu
sözləri eşidən bə’zi müsəlmanlar elə başa düşürlər ki, qurtuluş
tənhalıq  və  xanənişinlikdədir.  Onlar  bir  guşədə  ibadət  edib,
başqalarının  işinə  qarışmamaq  qərarına  gəldilər.  Bu  günkü
sufilər firqəsində həmin baxış yaşamaqdadır. Bu yanlış baxışın
kökləri uyğun buyruqların səhv anlaşılmasından qidalanır. Qərb
mədəniyyətində  hökm  sürən  biganəlik  isə  başqa  bir  batil
düşüncəyə əsaslanır. 
Bildiyimiz  kimi,  qərbin,  küfr  dünyasının  bütü  “azadlıq”
şüarıdır. Onlar e’lan edirlər ki, istədiyinizi edin və başqalarının
işinə  qarışmayın.  Guya,  yalnız  istədiyi  kimi  yaşayan  insan
azaddır. Uyğun ağılsız baxış elə bir həddə güclənmişdir ki, qərb
və  qərbyönümlü  ölkələrdə  homoseksualizm  qanuniləşdirilir.
Arvadlıq  tələb  edən  kişilərin  müdafiəsi  üçün  nümayişlər
keçirilir.  Bu  gün  mədəniyyət  simvolu  hesab  olunan  ölkələrdə
kişinin  kişi  ilə  evlənməsi  qanuni  işdir.  Onlar  xalqa  belə  bir
azadlıq verdikləri üçün fəxr edirlər. Hansı ki, bir şəxsin o birinə
nəsihət verməsi ədəbsizlik sayılır. 
Bə’zi  müsəlmanlar  isə  İslamın  əxlaqi  göstərişlərini  yanlış
dərk edərək, qərara gəlirlər ki, insanın cəmiyyət qarşısında heç
bir vəzifəsi yoxdur və hərə özü üçün yaşamalıdır. Guya, insan
heç  kimsənin  işinə  qarışmamalıdır.  Bə’zi  cəmiyyətlərdə  isə
uyğun  baxış  qanuniləşdirilir  və  hərə  istədiyi  kimi  yaşayır.
Başqalarının azadlığına maneçilikdən başqa hər şey caiz sayılır.
İslam bu baxışların heç birini qəbul etmir. Çünki dində əmr be
mə’ruf  və  nəhy  əz  münkər  (yaxşılığa  əmr  və  pisliyə  qadağa)
vacib  göstərişlər  sırasındadır.  Bə’zi  rəvayətlərə  əsasən  əmr  be
mə’ruf namazdan da mühümdür. Çünki əmr be mə’ruf olmayan
cəmiyyətdə namaz da yoxdur. Dini göstərişlərin icrasında əmr


55
be  mə’rufun  rolu  müstəsnadır.  İmam  Baqir  (ə)  buyurur:
“həqiqətən, əmr be mə’ruf və nəhy əz münkər peyğəmbərlərin
yolu, salehlərin üsuludur. O, elə bir mühüm fərizədir ki, digər
fərizələr onunla davam tapır.” Sözsüz ki, əmr be mə’ruf fərizəsi
bir  guşədə  ibadətə  məşğul  olan  sufinin  baxışları  ilə  uyuşmur.
İslam  buyurur  ki,  insanın  həm  özünə,  həm  də  başqalarına  aid
vəzifələri vardır. Əlbəttə, hər bir vəzifənin şərtləri mövcuddur.
Şərtlər  ödəndikdə  vəzifə  vacib  olur.  Dini  vəzifənin  vacib
olmasında  dünya  mədəniyyəti,  şəxsi  rə’y  heç  bir  rol  oynamır.
Həzrət Əli (ə) “vəzifən olmayan iş barədə düşünmə” deyərkən
“əmr be mə’ruf” kimi qəti vəzifəni nəzərdə tutmur. Həzrət (ə)
vəzifə  sayılmayan  iş  barədə  düşünməməyi  tapşırır.  Hansı  ki,
əmr  be  mə’ruf  ilahi  vəzifədir  və  bizi  cəmiyyət  qarşısında
vəzifəli edir. Həzrət (ə) öz vəsiyyətində əmr be mə’rufa də’vət
etməklə şübhələri aradan qaldırır. O, buyurur: “Yaxşı işləri əmr
et, özün də yaxşılıq əhlindən ol.”

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin