3. ELMI FƏALIYYƏTLƏRIN EHTIYACLARA UYĞUNLUĞU Deyilənlərdən əlavə, elm və mədəniyyət mübarizəsində könül
istəyi yox, vəzifəyə əməl etmək lazımdır. Din təhlükədə olduğu
vaxt məscid divarlarının naxışına görə narahat olmamalıyıq.
Dinin sütunları uçulursa, onun zahirinə görə narahat olmağa
dəyməz. Əgər həqiqətən Allaha xatir elm öyrəniriksə, əvvəlcə
cəmiyyətin
hansı
elmə
ehtiyaclı
olduğunu
müəyyənləşdirməliyik. O elmi öyrənmək lazımdır ki, həmin
elm olmasa xalqın imanı üçün təhlükə yaranar. Görən
təhsilimiz və işimiz Allaha görədirmi? Yarımçıq qalmış işləri
tamamlamağın şər’i əsası varmı? Bəli, elm və mədəniyyət
mübarizəsində əvvəlcə ilahilik nəzərdə tutulmalı, sonra işə
başlanılmalıdır. Yə’ni elə iş və elə dərs seçilməlidir ki,
cəmiyyətin ehtiyacları ödənsin.