Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə55/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   156
Əbədi öyüd 2022

DINI TƏHSILDƏ DÖZÜM
İnsan  süstlüklə  mübarizə  aparmalıdır.  Çünki  bu  ruhiyyə
insanı müxtəlif bəhanələrə əl atmağa vadar edir. Məsələn, dini
təhsilin  çətinliklərinə  dözməyən  insan  “təhlükə  var”,
“xəstəyəm”  kimi  bəhanələr  gətirir.  Ona  elə  gəlir  ki,  dini
təhsildən  kənarlaşmaq  şər’ən  vacib  olmuşdur.  Belə
vəsvəsələrdən  qorunmaq  istəyən  şəxs  çətinliklər  qarşısında
müqavimət  göstərməyi  öyrənməlidir.  Səbirli  insanlar  “səbur”
və  ya  “səbbar”  adlandırılır.  Amma  “təsəbbür”  dedikdə  səbirli
olmağın öyrənilməsi nəzərdə tutulur. “Təsəbbür”  çətinliklə  ilk
dəfə qarşılaşmış adamın özünə səbirli olmağı təlqin etməsidir.
Səbirin 
öyrənilməsi 
mərhələsi 
“təsəbbür”dür.
“Təkəlləfəs-səbrə”  dedikdə  insanın  özünü  səbirə  vadar  etməsi
nəzərdə tutulur. 
Demək,  “dində  fəqihlik”  çoxlarının  güman  etdiyi  kimi  dinin
çörəyini  yemək  deyil.  Fəqihlik  din  ağacına  xidmət,  onu  sirab
etməkdir. Bu vəzifə olduqca çətindir və insandan böyük dözüm
tələb  edir.  Həzrət  (ə)  dində  fəqihliyi  tövsiyyə  etdikdən  sonra
buyurur:  “Özünə  xoşagəlməz  işlər  qarşısında  dözümlü  olmağı
vərdiş ver ki, səbir çox gözəl xasiyyətdir.” 
Bəli,  müvəffəqiyyət  qazanmaq  istəyirsinizsə,  səbirli  olmağı
öyrənməlisiniz.  Bu  iş  uzun  müddət  davam  etdirilməlidir  ki,
səbir  xasiyyətə  çevrilsin.  Uyğun  təlqinə  fasilə  verilməzsə,
çətinliklərə  dözmək  də  asanlaşar.  Çətinliklərlə  mübarizədən
sonra  rahatlığa  çıxmaq  ilahi  bir  qaydadır.  Qur’ani-kərimdə
buyurulur:  “Həqiqətən,  hər  çətinlikdən  sonra  bir  yüngüllük
gəlir”; “Allah hər bir çətinlikdən sonra yüngüllük əta edər.”


73

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin