Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə52/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   156
Əbədi öyüd 2022

VƏZIFƏNIN ICRA ŞƏRTLƏRI
1. ELMI ŞƏRT
Vəzifəsini  yerinə  yetirmək,  öz  nəfsi  ilə  cihad  etmək,  yersiz
qınaqlara məhəl qoymamaq istəyən şəxs iki işi görməlidir:
Əvvəla,  insan  həqiqəti  olduğu  kimi  tanımalı  və  vəzifəsini
müəyyənləşdirməkdə  səhvə  yol  verməməlidir.  Çünki  vəzifəni
tanımaq kifayət qədər çətin işdir. Bu işdə səhlənkarlıq həqiqətin
üzərinə pərdə çəkir. Hər bir şəxs ümumi qaydalara əsaslanaraq,
vəzifəsini  tanıya  bilər.  Bə’zən  bu  iş  olduqca  çətin  olur.
Müəyyən  məqamlarda  mühüm  vəzifəni  əhəmiyyətli  vəzifədən
fərqləndirmək  müşkülə  çevrilir.  Məsələn,  dinin  zəruri
göstərişlərindən  biri  əmr  be  mə’ruf  və  nəhy  əz  münkərdir.
Bə’zilərinin  fikrincə,  insanı  çirkin  işdən  çəkindirmək  üçün
onunla  sərt,  danlaq  dilində  danışmaq  lazımdır.  Hansı  ki,  bu
vəzifəni  müxtəlif  yollarla  həyata  keçirmək  olar.  Əmr  be
mə’rufun  icrasında  minlərlə  tükdən  zərif  nöqtələr  vardır.


68
Nəsihət olunan şəxslə elə gözəl üslubda danışmaq lazımdır ki,
həmin  şəxs  sizin  xeyirxahlığınızı  hiss  edib,  öz  pis  əməllərinə
görə  peşman  olsun.  Təəssüf  ki,  bə’zən  niyyətimiz  ilahi
olmadığından, öz işimizlə savab yox, günah qazanırıq. Bə’zən
əmr  be  mə’ruf  və  nəhy  əz  münkər  adı  altında  qarşı  tərəfin
şəxsiyyətini alçaldır, hətta bu yolla köhnə şəxsi hesablarımızın
hayıfını  çıxırıq.  Hansı  ki,  mö’mini  hörmətdən  salmaq  böyük
günahlardandır. Beləcə, vəzifəmizi icra etmək əvəzinə növbəti
günaha batırıq. Bir vəzifənin icrası üçün çalışdığımız halda, bir
neçə  böyük  günaha  yol  veririk.  Bizim  yanlış  münasibətimiz
nəticəsində qarşı tərəf daha da tərsləşir, bilərəkdən günahlarını
davam  etdirir.  Yə’ni  yanlış  formalı  əmr  be  mə’ruf  və  nəhy  əz
münkər əks nəticələrə gətirir. 
Buna görə də dinin zəruri hökmlərindən olan əmr be mə’ruf
və nəhy əz münkərin icrasında şərait nəzərə alınmalı, iş Allah
istəyincə  yerinə  yetirilməlidir.  Hər  insanla  özünə  məxsus
şəkildə  davranmağı  öyrənməliyik.  Zaman  və  məkanı  nəzərə
almaq  zəruridir.  Tövsiyyə  edən  şəxs  təkəbbür  və  qürurdan
çəkinməlidir  ki,  lazım  olan  nəticəni  əldə  edə  bilsin.  Əgər  dini
vəzifənin icrasında ilahi niyyət yerində olsa, vəzifənin hikməti
yaddan  çıxarılmasa,  heç  vaxt  müvəffəqiyyətsizliyə  düçar
olmarıq. 
Diqqətli olmalıyıq ki, vəzifəni tanımaq onun lazımınca icrası
üçün  kifayət  etmir.  Vəzifəni  düzgün  yerinə  yetirmək  üçün
şərait,  zaman  və  məkan  nəzərə  alınmalıdır.  Deyilənləri  nəzərə
almayan  şəxs  iş  əsnasında  böyük  günahlara  yol  verə  bilər.
Məsələn,  gizlində  kiçik  günaha  yol  vermiş  şəxsi  cəmiyyət
içində  məzəmmət  etmək  onun  şəxsiyyətini  alçaldır.  Mö’minin
şəxsiyyətini  alçaltmaq  isə  böyük  günahlar  sırasındadır.  Bu
adam yaxşı iş gördüyünü zənn etsə də, əslində günaha batır. 
Bəli,  vəzifəsini  icra  etmək  istəyən  şəxs  bir  neçə  mühüm
məsələni  nəzərdən  qaçırmamalıdır.  Əvvəla,  vəzifəni  və  onun
üçün  münasib  şəraiti  tanımaq  lazımdır.  Əlbəttə,  bu,  mə’rifət
məqamına  aid  məsələdir.  Öncə  həqiqəti  olduğu  kimi  tanımaq


69
lazımdır. Vəzifənin  düzgün  icra  yolunu  öyrəndikdən  sonra
meydana girmək olar. Bu növ fəaliyyətlərin cəminə “dini yaxşı
tanımaq,  öyrənmək”  deyilir.  İnsan  öz  dinini  dərindən,
nöqtə-nöqtə  öyrənməlidir.  Bu  dərin  anlayışa  “dində  fəqihlik”
deyilir.  Adətən,  “fiqh”  adlandırdığımız  bu  məfhum  təsəvvür
etdiyimizdən daha da dərindir. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin