80
etsinlər?” Həzrət Əli (ə) də bu əsasla “arzularını yalnız öz
Allahından istə” –deyə buyurur. İnsan öz əməlində riyaya,
Allahdan qeyrilərinin razılığına yer verdiyi qədər öz dəyərini
aşağı salır. Qatqı qızılın dəyərini saldığı kimi, riya da insanın
qiymətini endirir. Qızıl kimi, insanın da dəyəri onun
xalisliyindədir. Allah öz bəndəsinin xalis, qatqısız olmasını
istəyir. Xalislik yolu ilə kamala çatan bəndə Allaha yaxınlaşır.
Bəndələrinin xalisliyini, kamilliyini istəyən Allah onu şirkdən
çəkinməyə, ixlaslı olmağa çağırır. Ne’mətlərin Allah
ixtiyarında olduğuna inanan şəxs Allahdan başqa digər birinin
qarşısında əyilmir. Övliyalara tə’zim isə yalnız Allahın əmri
əsasında mümkün olur. Allah-təala bu məsələni aydınlaşdıraraq
buyurur: “Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa
heç kəs qurtara bilməz...” Xeyir də belədir, şübhəsiz. Bu ayədə
peyğəmbərə (s) müraciət olunsa da, məqsəd bütün insanları
xəbərdar etməkdir. Axı peyğəmbərin (s) mə’rifəti bizim
mə’rifətimizdən çox-çox dərindir. Allah-təala buyurur ki, sizə
zərər yetirmək istəsəm, yenə də kimsə buna mane ola bilməz;
bəs nə üçün qəlbiniz başqalarına tərəf yönəlir?! Başqalarında
olan hansı şey Allahda yoxdur?! Allahını tanıyan bəndəyə
layiqdirmi ki, başqalarına üz tutsun?! Biganələrin qapısında
boyun büküb, məhbubdan uzaq dayanmağın əsası nədir?!
Ehtiyacsızın qapısından yan keçib, möhtacların qapısını döyüb,
nəsə istəmək ağıllı işdirmi?! Kimdə nə varsa, Allahın
əmanətidir. Ne’mət sahibi ola-ola həmin ne’mətdən pay umana
ağız açmağa dəyərmi?! Belə bir münasibət nadanlıq deyilmi?!
Ağıllı iş isə budur ki, “arzularını yalnız öz Allahından istə.
Bağışlamaq və məhrum etmək Onun əlindədir.”
Dostları ilə paylaş: