78
Allah insanı bütün bəlalardan hifz edə biləcək yeganə varlıqdır.
Allahın qüdrəti qarşısında bütün qüvvələr acizdir.
Əlbəttə ki, Allahın əmri əsasında təbii vasitələrdən də
yararlanmalıyıq. Xəstələnərkən həkimə müraciət etməmək,
dərmandan imtina etmək düzgün deyil. Zəlzələ, sel vaxtı
Allaha təvəkkül etməklə yanaşı tədbir tökmək də zəruridir.
Təbii vasitələri də Allah yaratmışdır. Onlardan istifadə edilməsi
ilahi vəzifədir. Çətinliklər, xəstəliklər zamanı təbii vasitələrin
köməyi Allahın hikmətidir.
İnsan təhlükə zamanı öz iman səviyyəsinə uyğun sığınacaq
axtarır. Diqqətin sığınacağa yönəlməsində mə’rifət də rol
oynayır. Bu diqqət özü imanı gücləndirən amildir. Çünki iman
və mə’rifətin artmasında diqqət, düşüncə böyük rol oynayır.
Diqqət və düşüncə qəlbdə yeni hal yaradır, münasib rəftar
imanı gücləndirir. Ona görə də Əmirəl-mö’minin buyurur:
“Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən özünü çox
möhkəm bir sığınacağa tapşırmış olarsan.” Bəli, düşmən
qarşısında gücə ehtiyac duyarkən Allah-təalaya sığınanlar heç
vaxt məğlub olmur.
Dostları ilə paylaş: