İNCƏ NÖQTƏLƏR (YAZıDAN OXUNMAYAN ÖYÜDLƏR) Bu asimani öyüdləri şərh etməzdən əvvəl ondakı bə’zi lətif
nöqtələrə nəzər salmaq lazım gəlir. Söz və ifadələrin
mə’nasından əlavə, bu vəsiyyətnamədə çox incə və mə’nalı
ifadə tərzi, bəyan üsulu vardır. İlahi yardım və asimani
elmlərdən faydalanmadan ən iti gözlə də bu incə nöqtələri
görmək çətin olur. İmkan daxilində bu incə nöqtələri nəzərdən
keçirəcəyik.
DINLƏYICININ GÜCÜNƏ DIQQƏT Vəsiyyətnamənin bu hissəsinədək əsas mətləblərdən
danışmayan, sifarişlərini bildirməyən həzrət Əli (ə) xüsusi bir
üslubla, müraciət etdiyi şəxsin diqqətini incə nöqtələrə
yönəldir. Hansı ki bu açıqlamalar olmadan həmin incəlikləri
duymaq mümkünsüzdür. Dinləyici o zaman qəflətdə qalıb,
deyilənləri anlamır ki, danışan dinləyicinin hazırlığını nəzərə
almadan sözə başlayır. Məsələn, beş yaşlı körpə bir sıra
məsələləri dərk etmək gücündə deyil. Həmin körpənin ciddi
qəbul etmədiyi bir söhbət yetkin gənci cəzb edib, düşündürə
bilər. Ona görə də müəllim və tərbiyəçilər müraciət etdikləri
auditoriyanın tutumunu, hazırlığını və marağını nəzərə
almalıdırlar. Danışan öz dediyi sözlərin zəruri olub-olmadığını
əvvəlcədən nəzərə almalıdır. Məsələn, gənclər üçün faydalı
olan bir moizə uşaqlar və qocalar üçün bir o qədər də xeyirli
olmaya bilər. Ona görə də dinləyicinin bütün keyfiyyətlərini
nəzərə almaq lazımdır. Həzrət Əli (ə) bu incə nöqtəni nəzərdə
tutaraq, buyurur: “Elə ki gördüm sən yaşa çatmısan...” Yə’ni
uşaqlıq dövrü artıq başa çatmışdır və sən deyilənləri anlamaq
gücündəsən. Bəli, Həzrət (ə) müraciət etdiyi tərəfin səviyyəsini
nəzərə alır. Əgər bu mühüm nöqtə nəzərə alınmazsa, moizələr,
nəsihətlər, söhbətlər faydasız olar.