ELM VƏ ƏMƏLIN QOŞALAŞMASı Bu mühüm məsələnin bəyanından sonra müraciət olunan
şəxsi hazırlamaq üçün ümumi bir xatırlatmaya ehtiyac var.
Qarşı tərəfi deyilənlərə rəğbətləndirmək lazım gəlir. Həzrət (ə)
buyurur: “Vəsiyyətimi yaxşı dərk et. Diqqətsizlik və
e’tinasızlıqla onun kənarından ötüşmə. Çünki ən yaxşı söz,
həqiqətən, faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt
xeyirli deyil. Layiq olmayan bir elmi oxumaqla fayda əldə
olunmur.” Həzrət (ə) etdiyi vəsiyyətə diqqətlə yanaşılmasını
istəyir. Məbada bu vəsiyyət tə’sirsiz qala. Deyilən söz yalnız o
vaxt xeyirlidir ki, sənə bir faydası olsun. Elm ona görə öyrənilir
ki, ondan istifadə olunsun. Oxuduğuna əməl etməyən şəxs
həkimə nüsxə yazdırıb, həmin dərmanları qəbul etməyən şəxsə
oxşayır. Həzrət (ə) buyurur ki, faydasız bir elmin ardınca
düşmək gərəksiz bir işdir.