3.İSTIXARƏNIN TƏRBIYƏVI ƏHƏMIYYƏTI
İnsanın qeyri-adi bir yolla həqiqətləri kəşf etməsi ilahi qayda
deyil. Ruzi qazanmaq üçün minlərlə vasitə olduğu kimi, başqa
ehtiyaclara çatmaq üçün də vasitələr mövcuddur. Allah hər bir
bəndəsinin ruzisini onun evində də yetirə bilərdi və bu iş Onun
üçün çətin deyil. Amma istənilən bir ehtiyacın ödənməsi üçün
83
yollar qoyulmuşdur ki, insan çalışsın, səy göstərsin, dağların və
dənizlərin təkindən ne’mətlər çıxarsın. Bu məsələnin bir çox
faydaları vardır. O cümlədən, insanın təlaşı ictimai bağlılıqlar
yaradır, onun üçün vəzifələr ortaya çıxır. Eləcə də, insan öz
səyləri ilə imtahan verir və kamala doğru hərəkət edir. Bu
baxımdan istixarə də bir təlaş, hərəkətdir. Əql və təcrübəsi
yetərsiz olan insan tərəddüd burulğanından çıxmaq üçün
istixarəyə əl atır. Əlbəttə ki, əvvəlcə mövcud qüvvələr işə
salınmalıdır. Əql və təcrübədən, məsləhətdən faydalanmaq
lazımdır. Bütün bunlardan nəticə çıxmadıqda istixarə yolu
açıqdır. Bir sözlə, yol ayrıcında donub qalmaq olmaz.
Mö’minin ən üstün cəhətlərindən biri onun çətinliklərə təslim
olmamasıdır. Yə’ni mö’min şəxs dənizin ortasında tənha qalsa
belə mə’yus olmamalıdır. “Pərvərdigara, göndərdiyin hər bir
yaxşılığa möhtacam” – deyilməlidir. Bəli, mö’min üçün bağlı
qapı yoxdur. O, ən çətin vaxtda Allahı çağırır: “Pərvərdigara,
özün mənə bir yol göstər. Ya Qur’an, ya təsbeh vasitəsi ilə öz
məsləhətini bildir.” Demək, mö’min şəxs digər vasitələrdən
yararlana bilmədikdən sonra istixarəyə müraciət edir. Hər işə
görə istixarəyə əl atmaq ilahi hikmətə, Peyğəmbər (s) və
Əhli-beyt (ə) yoluna ziddir. Peyğəmbər (s) və mə’sum imamlar
(ə) öz ardıcıllarını ağıl və məsləhət yolunu tərk edib, istixarə
yolunu tutmağa çağırmamışlar. Əslində belə bir münasibət,
istixarəni adətə çevirmək Allahın ne’mətlərinə qarşı küfrdür.
Əql və məsləhət kimi ne’mətlərin inkarı heç zaman tövsiyyə
olunmamışdır. İnsanlar üçün əql və məsləhət kimi qapılar açıq
olduğu halda başqa vasitələrə əl atılmamalıdır. Məsələn, şər’i
hökmü istixarə yolu ilə yox, ictihad və təqlid yolu ilə öyrənmək
lazımdır. İstixarə son anda mə’yusluqdan xilas qapısıdır. Son
anda Allaha üz tutub dua etmək, yol istəmək təbiidir. Bəli, ağıl
işlədiyi məsələdə istixarə yoxdur. İstixarə mə’yusluqdan
qurtuluş yoludur, elmi bir məsələnin həlli yolu yox!
|