Xəzərin bioloji müxtəlifliyi üzrə müəllimlər üçün tədris posterlərinin istifadəsinə aid metodik-informasiya vəsaiti



Yüklə 0,57 Mb.
səhifə24/55
tarix17.02.2022
ölçüsü0,57 Mb.
#114414
1   ...   20   21   22   23   24   25   26   27   ...   55
Heyvanın adı

Harada yaşayır

üçün heyvan məhz

orada yaşayır?

İlan

Sıx hündür otlu yerdə

Müdafiə olunmaq üçün, bəlkə də, qidalanmaq üçün


3.Nə nəyi yeyir?

Çalışmanın məqsədi-qida zənciri konsepsiyasını təsvir etmək və qida zəncirinin ekosistemdə və ekoloji əlaqələrdə enerji axını üçün əhəmiyyət barədə məlumat verməkdir. Uşaqlar dərk edirlər ki, təbiətdə hər şey tarazlıqdadır.

(a) Sinif üçün çalışma uşaqlardan xahiş edin ki, posterdə bitki və heyvanlarla qidalanan heyvanları tapıb göstərsinlər. Sonra uşaqlara posterin ağ-qara variantını paylayın və qruplarda işi təşkil edin. Qrupda olan şagirdlər poster üzərində ox işarəsi ilə hansı heyvanın nə ilə qidalandığını göstərirlər. 10 dəqiqəlik çalışmadan sonra şagirdləri posterin ətrafında toplayıb çalışmanı yekunlaşdırın və ehtiyac varsa, qida zəncirində buraxılan səhvlərə düzəliş edin.

Siz uşaqlara deyə bilərsiniz ki, hər bir canlı sistemin yaşaması üçün enerji lazımdır (sual verin; «onlar həyat üçün enerjini haradan alırlar?»

-əlbət ki, məhsullardan!) Ekosistemin enerjini haradan aldığını soruşun (günəş) sonra siz qida zəncirində enerjinin hərəkətini nümayiş etdirin (günəşdən-bitkilərə-bitkilərdən-heyvanlara-heyvanlardan -digər heyvanlara-heyvanlar tələf olduqdan sonra-enerji torpağa qayıdır)

(b) «Qida zənciri» oyunu-qida zəncirinin fəal nümayişidir. Çalışmanı yerinə yetirmək üçün sap yumağı, nişanlar, posterdə təsvir olunan əsas növlərin iki növ quş, iki növ balıq, iki növ bitki, iki növ həşərat və iki növ məməli heyvan adı yazılmış nişanlar tərtib edilir. Çalışmadan əvvəl şagirdlərə ev tapşırığı olaraq hərəyə bir növün adı yazılmış nişanları hazırlamağı tapşıra bilərsiniz.

Uşaqlardan xahiş edin ki, dairədə dursunlar-uşaqlardan biri günəş olur. «Günəş» sap yumağını əlində saxlayır. Sual verin ki, günəşin enerjisində birbaşa nə istifadə edir (cavab bitkidir). «Günəş» sapın ucundan tutaraq yumağı bitkilərə ötürür. Növbəti sual belədir: «Bitkilərlə nə qidalanır?» Yenə sap vasitəsilə bitkilər balıqlarla birləşir. Beləliklə, oyunda iştirak edən uşaqlar rolunu ifa etdiyi canlıların nə ilə qidalandığını və özləri də hansı canlının qida mənbəyi olduğunu sap vasitəsilə taparaq birləşdirib qurtarana qədər oyun davam edir. Bundan sonra siz uşaqlara ekosistemlərdəki əlaqəni və tarazlığı nümayiş etdirmək üçün suallar verə bilərsiniz. Məs; həddindən artıq balıq ovlanması və balıq ehtiyatının tükənməsi nəticəsində nə baş verə bilər? Belə olduqda digər heyvanların qidası azaldığından onlar da məhv ola bilər. Əgər siz bunu əyani şəkildə göstərmək istəsəniz sapı qayçı ilə kəsin. Uşaqlar isə heyvanların ölüb yerə yıxıldıqlarını kiçik səhnəcik şəklində göstərə bilərlər. Uşaqlar soruşun ki, ekosistemdəki əlaqələri daha nələr poza bilər?

(c) Qida zəncirinə aid daha bir çalışma vasitəsilə şagirdlərdə zənciri, «qida piramidası», «yırtıcı- qurban» «produsent-konsument» anlayışlarını möhkəmləndirə bilərsiniz.

Sinifdəki şagirdlərin sayına görə, eyni uzunluqda 2-3 qida zəncirinin halqalarının müxtəlif rəngli təsvirlərini (adlarını) hazırlayın. İmkan daxilində bu oyun posterlə əlaqələndirməlidir.

Qida zəncirinin fraqmentlərinin təsvir edən vərəqələri şagirdlərin arxasına sancın, lakin onlara göstərməyin. Şagird sadə suallar vasitəsilə hansı bitki və heyvanı təmsil etdiyini tapmalıdır. Cavab yalnız «hə» və ya «yox» ola bilər.

İştirakçı öz kartını təyin etdikdən sonra onun vəzifəsi qida zəncirinin digər halqalarını tapmaqdır. (eyni rəngli kartları). Piramidanı birinci olaraq quran və produsent-konsument və yaxud yırtıcı qurban əlaqəsini düzgün göstərən qrup qalib gəlir.

Sonda uşaqlardan soruşun ki, əgər qida zəncirinin hər hansı bir halqası həddindən artıq çoxalsa və ya itsə nə baş verər.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin