Kitabın əsl ilk nüsxəsi islamiyyətin intişarı başlanğıcındə yazılsa da, bir çox əski türk ünsürlərini daşımaqdadır. Bu hal hər şeydən əvvəl kitabdə qadınlara ayrılan ictimai mövqedə gözə çarpır. Beyrək adındə bir gənc kəndisinə alınacaq qızda binicilik, atıcılıq kibi məziyyətlər arayır: “Baba mana bir qız alı ver kim, mən yerdən turmadın ol turgəc gərək mən qərəqoç atımə binmədin ol binməğ gərək. Mən qırımə varmədin ol mana baş gətürmək gərək (səhifə 44). Beyrək adında bir ərkəgə təsadüf edən bir qadın, erkəkə ova çıxmaq, at yarışdırmaq, ox atmaq, güləşmək təklif ediyor (səhifə 43). Yalancı oğlı Yalıncığın dügünində erkən çalğıçılar (ozanlar) çalğı çalıb nüktəli şərqi söyliyorlar; qızlar, qadınlar də oynuyorlar (səhifə 62).