Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Alt – standartların inkişafı



Yüklə 192,92 Kb.
səhifə17/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   108
Alt – standartların inkişafı

1.1.Dinlədiyi fikri anladığını nümayiş etdirir.


I sinif

II sinif

III sinif

IVsinif

1.1.1.Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.

(anlama)

1.1.1.Sual verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır

(anlama)

Dinlədiyi fikir ətrafın-da müzakirələrdə münasibətini bildirir

(təhlil)



1.1.1.Dinlədiyi eyni məsələləri ümumiləşdirməklə yekun rəy bildirir

(dəyərləndirmə)

Ümumiliyin qorunub saxlanması məzmun standartlarında fikir mürəkkəbliyi yaradır. Bu mürəkkəbliyə alt-standartlarda aydınlıq gətirilir. Mürəkkəb fikrin sadə fikirlərə bölünməsi müəllim fəliyyətinin düzgün təşkilinə şərait yaradır. Ana dili kurikulumunda I sinif üzrə məzmun standartının alt-standartlarda sadə fikirlərə necə bölündüyünü aşağıdakı nümünədə müşahidə etmək olar:

1.2. Şagird şifahi bacarıqlarına malik olduğunu nümayiş etdirir.

1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.

1.2.2. Dialoqlarda sadə nitq elementlərindən istifadə edir.

1.2.3. Nitqində sadə bədii ifadələrdən istifadə edir.

1.2.4. Nitqində müvafiq jest və mimikalardan istifadə edir.

“Şifahi nitq bacarığı” kimi ifadə edilmiş məzmun, alt-standartlarda konkretləşdirilərək təlimin müəllim tərəfindən düzgün təşkil edilməsinə yardımcı olur. Alt-standartlardan aydın olur ki, şagird müşahidə etdiyi əşya və hadisələri, şəkilləri, nitq etiketlərini, dialoqun şərtlərini, sadə bədii ifadələri, müvafiq jest və mimikaları tanımalı və ya bilməlidir.

Alt-standartlar məzmun komponenti üzrə sadələşdirildiyi kimi, fəaliyyət komponenti üzrə də aydınlaşdırılır. Məzmun standartında fəaliyyət “nümayiş etdirmək” kimi ifadə edilmişdir.

Alt-standartlarda nümayiş etdirməyin monoloji və dialoji nitq imkanları göstərilir. Yəni şagird nitq bacarıqlarını nümayiş etdirmək üçün müxtəlif mövzularda, müxtəlif nitq etiketlərinə riayət edərək həm monoloq, həm də dialoq şəraitində danışmağı bacarmalıdır.

Alt-standartlar təlim məqsədlərinin müəyyən olunması üçün zəmin olan komponentləri əks etdirir.

Standartlarda öz əksini tapan məzmun və fəaliyyət alt-standartlarda məzmun üzrə biliyin kateqoriyaları, fəaliyyət üzrə bacarığın xüsusiyyətləri baxımından konkretləşdirilir ki, bunlar da təlim məqsədlərinin müəyyən olunmasına şərait yaradır.

S t a n d a r t




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin