Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə1/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   108


Mühazirə 1

İxtisas: RİM

Kurs:IV

Fənn:Ümumi təhsilin kurikulumu

Mövzu: Azərbaycanda təhsil islahatı proqramı. Təhsil islahatının prinsipləri

Ədəbiyyat siyahısı: 1.Təhsil haqqında Azərbaycan respublikasının Qanunu. 2009= cu il 19 iyun .

2.Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahatı Proqramı. 1999=cu il 15 iyun.

3.Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010=cu il 3 iyun tarixli qərarı

Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com

PLAN:

1.Azərbaycanda təhsil islahatı proqramı.

2.Təhsil islahatının prinsipləri.

3.Təhsilin rolu və mahiyyəti.

4.Müasir dərsin paradiqmaları.

XX əsrin 70-ci illərindən başlayaraq təhsilin məzmununun standartlaşdırılması, başqa sözlə, təhsil standartlarının yaradılmasına təşəbbüs göstərilir. Dünyanın ABŞ, İngiltərə, Avstraliya, Kanada, eləcə də Avropanın inkişaf etmiş ölkələrində təhsil standartlarının hazırlanmasına çoxdan başlanılmışdır. Azərbaycanda təhsil standartlarının hazırlanması 20 ilə yaxın bir dövrü əhatə edir. Təhsil standartlarının yaradılması Azərbaycan dövlətinin təhsil siyasətinin mühüm istiqamətlərindən biridir. Ona görə də 1999-cu ildə ölkədə həyata keçirilən təhsil islahatının ilk ilində “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları” qəbul olundu. İlk dəfə olaraq bu sənəddə ümumi orta təhsilin mahiyyəti, strukturu və demokratik prinsiplərə uyğun olaraq qurulmuş bazis tədris planı verilir. İki komponentdən ibarət olan bazis tədris planında təhsil sahələri və siniflər üzrə həftəlik dərs saatlarının miqdarı öz əksini tapır. Bu, tədris planının ən xarakterik cəhəti kimi, orada dövlət və məktəb komponentlərinin verilməsi ilə izah olunur. Ümumi orta təhsilin strukturunda təhsil sahələrinə aid ən ümumi nəticələr və fənlər təqdim olunur. 2006-cı ildə hazırlanaraq hökümət tərəfindən təsdiq olunan “Azər- baycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” ölkəmizdə standartların hazırlanmasının növbəti mərhələsidir. Bu sənəd milli və ümumbəşəri dəyərlərin nəzərə alınması, ümumi inkişafı, meyil və maraqları nəzərə almaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması, tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında hazırlanmışdır. Standartların hazırlanmasında mühüm addım kimi qiymətləndirilən bu sənəd ümumi təhsilin məzmununun müəyyənləşdirilməsinə verilən yeni tələblərin və yanaşmaların üstünlüyü, strateji xarakteri ilə əvvəlki fənyönümlü proqramlardan fərqlənir. Məzmun sahəsində yeni siyasətə görə isə başlıca diqqət şagirdlərdə idraki bacarıqların, ilk növbədə, təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin, müstəqil qərar qəbuletmə və tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasına yönəldilir, verilən bi- liklərin zəruriliyi, həyatla bağlılığı, bilavasitə inkişafa, dünyagörüşnün genişlənməsinə xidmət etməsi ön planda saxlanılır. Bu sənəddə ilk dəfə ümumi təhsilin səviyyələri üzrə nəticələr verilir. Həmin nəticələrdə şagirdlərin hər hansı səviyyə üzrə mənimsədikləri bacarıqlar ifadə olunur. Eyni zamanda hər təhsil səviyyəsi üzrə fənlərə aid nəticələr də ümumiləşdirilərək sənədə daxil edilir. Fənlər üzrə ümumi təlim nəticələri əslində, məzmunu müəyyən edən əsas standartlar fənn kurikulumlarında dövlət tələbi kimi bütün siniflər üçün dəyişməz qalır və alt-standartlar vasitəsilə sinifdən-sinfə inkişaf edir. Nəzərə alınsa ki, ümumi təhsilin səviyyələri üzrə də ümumi nəticələr verilir və onlar şagirdlərin hər təhsil səviyyəsindəki inkişafını ifadə edir, o zaman bu nəticələrin də təhsil standartı olduğunu söyləmək mümkündür. 2006-ci ildə qəbul olunmuş bu sənədin ən dəyərli xüsusiyyətlərindən biri orada səviyyələr üzrə ümumi və fənlərə aid nəti- cələrin ifadə edilməsidir. Mahiyyət etibarı ilə bu nəticələr şagirdlərin müəyyən səviyyədə əldə edəcəkləri nailiyyətləri əhatə edir. Başqa sözlə, onlar xarakter etibarı ilə milli səviyyədə müəyyənləşdirilmiş standartlardır.

Bu nəticələr ölkədə milli səviyyəli qiymətləndirmə mexanizmlərinin, onların təşkili işinin pedaqoji xarakterini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır. Bütövlükdə milli qiymətləndirmə texnologiyalarının didaktik əsasını təşkil edir. 2007-ci ildə Milli Kurikuluma əsasən ibtidai siniflərin fənn kurikulumları təsdiq olunur ki, həmin kurikulumların tərkibində standartlar da təsdiq edilir. 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilir. Bu Təhsil Qanununda göstərilir ki, “Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Bundan əlavə, qanunda açıq şəkildə göstərilir ki, “Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarla, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir”. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (dövlət standartları) hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu gün də standartların təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində işlər aparılır təhsilin mahiyyəti, strukturu və demokratik prinsiplərə uyğun olaraq qurulmuş bazis tədris planı verilir. İki komponentdən ibarət olan bazis tədris planının üstünlüyü, strateji xarakteri ilə əvvəlki fənyönümlü proqramlardan fərqlənir. Məzmun sahəsində yeni siyasətə görə isə başlıca diqqət şagirdlərdə idraki bacarıqların, ilk növbədə, təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin, müstəqil qərar qəbuletmə və tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasına yönəldilir, verilən biliklərin zəruriliyi, həyatla bağlılığı, bilavasitə inkişafa, dünyagörüşünün genişlənməsinə xidmət etməsi ön planda saxlanılır. Bu sənəddə ilk dəfə ümumi təhsilin səviyyələri üzrə nəticələr verilir. Həmin nəticələrdə şagirdlərin hər hansı səviyyə üzrə mənimsədikləri bacarıqlar ifadə olunur. Eyni zamanda hər təhsil səviyyəsi üzrə fənlərə aid nəticələr də ümumiləşdirilərək sənədə daxil edilir. Fənlər üzrə ümumi təlim nəticələri əslində, məzmunu müəyyən edən əsas standartlar fənn kurikulumlarında dövlət tələbi kimi bütün siniflər üçün dəyişməz qalır və alt-standartlar vasitəsilə sinifdən-sinfə inkişaf edir. Nəzərə alınsa ki, ümumi təhsilin səviyyələri üzrə də ümumi nəticələr verilir və onlar şagirdlərin hər təhsil səviyyəsindəki inkişafını ifadə edir, o zaman bu nəticələrin də təhsil standartı olduğunu söyləmək mümkündür. 2006-ci ildə qəbul olunmuş bu sənədin ən dəyərli xüsusiyyətlərindən biri orada səviyyələr üzrə ümumi və fənlərə aid nəticələrin ifadə edilməsidir. Mahiyyət etibarı ilə bu nəticələr şagirdlərin müəyyən səviyyədə əldə edəcəkləri nailiyyətləri əhatə edir. Başqa sözlə, onlar xarakter etibarı ilə milli səviyyədə müəyyənləşdirilmiş standartlardır.

“Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nda deyildiyi kimi təhsil, gənc nəsli həyata hazırlamalı, cəmiyyətin hər bir üzvünü əsl vətəndaş kimi formalaşdırmalıdır. Bu baxımdan təhsilin və təlim-tərbiyə prosesinin demokratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılması, fərdiləş-dirilməsi və inteqrasiyası məsələləri XXI əsr təhsilinin başlıca şərtlərindən hesab olunur.



Bu prinsiplərin həyata keçirilməsi, şagirdin təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsi, onun şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. Bu prinsiplər aşağıdakılardır:


  1. Yüklə 192,92 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin