Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Emalın plastiki deformasiya üsulları



Yüklə 3,46 Mb.
səhifə34/39
tarix01.12.2023
ölçüsü3,46 Mb.
#136962
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
m

Emalın plastiki deformasiya üsulları
Hissələrin emalının plastik deformasiya üsullarına presləmə, ştamplama və döymə üsulları aiddir.

Pressləmə üsulu. Pressləmə materialların təzyiq altında emalına aid olan texnoloji emal üsuludur. O aləti düzxətli hərkətiə malik olan pressləmə maşınlarında yerinə yetirilir. Pressləmə maşınları və yaxud presslər pazlı, vintli, əl ilə işləyən və ya da hidravlik olurlar.
Məqsədləri verilmiş material kütləsinə xüsusi alət forması vasitəsilə müəyyən formaya salmadır. Bu üsula həm də yonqarsız emalda deyilir. Proses isti və ya soyuq halda aparıla bilər.
Presslər bundan başqa xalq təsərrüfatın müxtəlif sahələrində də tətbiq olunurlar. Məsələn, tullantıların sıxılmasında, şərab istehsalında, sıxma ilə köçürmədə və s.
Ştamplama üsulu. Ştamplama materialın plastiki deformasiyasına əsaslanan proses olub hissənin ölçüsünü və formasını dəyişmək üçün tətbiq edilir. Ştamplama üçün çox vaxt metal və plastmas tətbiq edilir.İki növü mövcuddur: həcmi və lövhə ştamplama. Lövhə ştamplamada hissənin ilkin froması az dəyişdrilir. Ştamplama prosesini aparmaq üçün presslərdən istifadə olunur. Onlar materialı mexaniki təsirin köməyi ilə dəyişdirməyə imkan verir:
kəsmə; basma; əymə; pərçimləmə; deşmə.
İsti halda həcmi ştamplama. Burada metal pəstahları qızdırılmış halda xüsu alətin - ştampım köməyi ilə təzyiq altında emal edərək lazımi formaya salınır. Metalın axması ştampın daxilində olan boşluqla təyin olunur. İsti metal bu boşluqda axaraq lazım olan formanı alır.
Pəstah kimi çubuqlardan istifadə olunur. Bunun üçün onlar əvvəlcədən kəsilərək lazımi ölçüyə salınır. Kəsmə qayçıların köməyi ilə aparılır.
Döymə üsulu. Döymə qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin ağırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250 t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur.
Əymə - təbəqənin (zolağın) bir hissəsinin o birinə nisbətən müəyyən olunmuş bucaqla vəziyyətinin dəyişməsi əməliyyatıdır. EA-ın daşıyıcı konstruksiyalarının detallarının hazırlanmasında əymə əməliyyatı geniş tətbiq olunur. Əymənin aşağıdakı növlərindən geniş istifadə edilir: sərbəst, bərk sıxmaqla əymə və kalibirləməklə əymə.



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin