Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Mühazirə 12 Cihaz texnologiyasının mexaniki emal üsulları



Yüklə 3,46 Mb.
səhifə33/39
tarix01.12.2023
ölçüsü3,46 Mb.
#136962
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
m

Mühazirə 12
Cihaz texnologiyasının mexaniki emal üsulları

Cihazqayırmanın əsas texnoloji proseslərinə mexaniki və elektrofiziki üsullar daxildir.


Mexaniki emal – müxtəlif materiallardan hazırlanmış pəstaha son və ya sonrakı emal mərhələləri üçün lazımi dəqiqliyi və formanı vermək üçün tətbiq olunan emal növüdür.

Cihazqayırmada əsasən üç mexaniki emal üsulu tətbiq olunur:
1. Kəsmə ilə emal, burada pəstah metalkəsən dəzgahda kəsici alətin köməy ilə addım-addım yonularaq lazımi formaya salınır.
2. Plastiki deformasiya üsulu ilə xarici qüvvənin təsiri altında pəstah sıxılır, bu zaman o formasını, ölçüsünü, fiziki-mexaniki xassələrini dəyişir. Buraya döymə, ştamplama, pressləmə və yayma daxildir.
3. Elektrofiziki emal elektrik cərəyanının xassələrinə əsaslanır: elektro qığılcımla emal, elektroimpulsla emal, elektro qövslə emal.
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan cihaz hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından stifadə edilir.
Kəsmə ilə emal üsulları. Kəsmə ilə emalda pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir. Möhkəm materialların emalında isə xüsusi alət poladları, bərk xəlitələr, sinter materialları, kəsici kermaika və ya almaz tətbiq edilir. Alətin tili müəyyən olunmuş həndəsi formaya (məsələn, yiv kəskisi, burğu) və ya da qeyri müəyyən həndəsəyə (məsələn, pardaq dairələri, honalar) malik olurlar.
Kəsmə ilə emalım aşağıdkı əməliyyat növləri vardır: torna, burğulama, frezləmə, dartma, yonma, zenkerləmə, rayberləmə, pardaqlama, honalama, hamarlama.
Kəsmə ilə emal üsullarının əsas nöqsan cəhətlərinə kəsmə alətlərinin həmişə tətbiqinin qeyri mümkünlüyü, lazımı dəqiqliyin alınması, kövrək və plastik materialların emalında yaranan çətinliklər aiddir.



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin