Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


A görünüşü Şəkil 2. Qaynaq yerinin və məftilinin germetikləşdirilməsi



Yüklə 1,91 Mb.
səhifə23/39
tarix23.11.2022
ölçüsü1,91 Mb.
#119743
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
CTƏ mühazirə

A görünüşü


Şəkil 2. Qaynaq yerinin və məftilinin germetikləşdirilməsi:
1 - korpus; 2 - altlıq; 3 - məftil; 4 - lehim; 5 - qapaq

Mühazirə 9
Mövzu: Ölçmə vasitələrini xarici və daxili sahələrdən və parazit əlaqələrdən mühafizə

Maneə ÖV-nin layihələndirilməsində baxılmayan siqnal olub, verilən və ya saxlanılan informasiyanın təhrif edilməsi ilə arzuolunmaz təsirlərin yaranmasına səbəb olur. Maneələrə gərginlik, cərəyan, elektrik yükü, səhənin gərginliyi və s. aid edilə bilər. Maneənin mənbəyi fiziki təbiətinə görə dəyişkən olmaqla, daxili və xarici növlərə bölünürlər.


Daxili maneələr işləyən aparatın daxilində meydana gəlir. Elektrik maneələrin mənbəyinə qida bloku, elektrik enerjisinin paylayıcı dövrəsi, termocütlər, sürtünmə nəticəsində yaranan potensial aid edilir. Maqnit maneələrin mənbəyi transformator və drossellərdir. İkinci elektrik enerjisi ilə təchiz etmə mənbəyinin çıxış gərginliyinin pulsasiya etməsinin mövcudluğuna elektromaqnit maneə mənbəyi kimi baxmaq olar. Elektromaqnitlər, elektrik mühərriklər, relelər və EA-ın elekteromexaniki qurğularının mexanizmləri xeyli maneə yaradırlar.
Xarici maneə dedikdə, elektrik qidalanma şəbəkəsi, şotkalı mühərriklər, verici radioelektron aparatlar tərəfindən yaradılan maneələr başa düşülür. Bundan başqa, statik elektrik yükləri, atmosfer və kosmik hadisələr, nüvə partlayışları da xarici maneələrə aid edilir.
Qəbuledicilərdəki maneələrə yüksəkhəssaslı gücləndiricilər, əlaqə xətləri, maqnit elementləri aid edilir ki, onların xarakteristikaları maneə mənbələrinin sahə təsiri ilə səpələnməsindən dəyişə bilir. Maneələr aparatlara birbaşa naqillərdən və ya keçiricilərdən (qalvanik maneə), elektrik (tutum maneə), maqnit (induktiv maneə) və ya elektromaqnit sahədən keçir. İstənilən aparatın tərkibinə daxil olan çoxsaylı naqillərə elektromaqnit sahənin şüalanması və qəbulunda qəbuledici-verici antena qurğusu kimi baxmaq olar.
Qalvanik rabitə konstruksiyanın elektrik birləşdiricilərində cərəyanın axması və gərginliyin düşməsi nəticəsində yaranır. Şəkildə ümumi qida gərginliyindən və ümumi sıfır potensialından (torpaqlama) ibarət olan M modulunun sxemi göstərilmişdir.

Qəbul edək ki, sxemin n modulundan sonuncu modul işləyir və yerdə qalan modullar isə gözləmə rejimindədir. moduluna cərəyan axdıqda qidalanma və torpaqlama şinində və gərginlik düşgüsü (qalvanik maniə) olur ki,bu da modullarının işləmə qabiliyyətinə təsir göstərir. Sxemdə eyni zamanda bir neçə modulun işləməsi qalvanik maneəni xeyli yüksəldir. Ona görə də modulu vahid sistemə birləşdirən naqillər imkan daxilində qısa, onun en kəsiyi isə aktiv müqaviməti və naqilin induktivliyini azaltmaq üçün böyük olmalıdır.
Qalvanik maneəni aradan qaldırmaq üçün qida cərəyanının və torpaqlamanın birlikdə, sxemin maneəsinə həssas olan dövrənin kənar edilməsidir. Beləliklə, sistemlə modulu əlaqələndirən məftil faydalı siqnalı, həm də maneə siqnalını verir. Siqnalların zəifləməsi və təhrif edilməsi olmayan halda maneənin zəiflədilməsi üçün effektiv sxem vasitələrinin seçilməsində maneəboğucu süzgəclərdən istifadə edilməlidir.
Süzgəclər onun giriş və çıxışındakı siqnala olan nisbətinə bərabər kəsmə tezliyi və süzgəcləmə əmsalı ilə xarakterizə olunurlar.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin