Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Toz təsirindən qorunma, hermetikləşdirmə



Yüklə 1,91 Mb.
səhifə20/39
tarix23.11.2022
ölçüsü1,91 Mb.
#119743
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   39
CTƏ mühazirə

Toz təsirindən qorunma, hermetikləşdirmə

Toz kiçik kütləli bərk hissəciklərin qatışığı şəkilində havada olmaqla əşyanın səthinə yavaş - yavaş çökür. Toz təbii və texniki olmaqla bir-birindən fərqlənirlər. Təbii tozlar Yerin səthində Günəşin təsirindən, vulkanlardan və s. təbii hadisələrdən yaranır. Texniki tozlar isə avadanlıqların dağılmasından, materialların emalından, yanacağın yandırılmasından və s. alınır.


Havanın nisbi rütubəti 75% yüksək olduqda və normal temperaturda toz hissələrinin sayının artması müşahidə olunur ki, bunun nəticəsində hərəkət etməyən səthlərdə tozun cəzb edilmə ehtimalı artır. Aşağı nəmlikdə tozun hissəcikləri elektriki yüklənir. Bir qayda olaraq metal olmayan toz müsbət, metal isə mənfi yüklənir. Zərrərciklərin yüklənməsi adətən onların toqquşması nəticəsində baş verir.
Havanın tozla çirklənməsi EA-ın fasiləsiz və etibarlı işlənməsini müəyyən qədər aşağı salır. Elektromexaniki qovşaqların detalarının sürüşkən səthində sürtkü materialına toz düşdükdə bu qatışıq ona yapışır və onların dağılmasını sürətləndirir.
Tozun təsiri nəticəsində maqnit lentlərin, disklərin, maqnit başlıqların parametrləri və xarakteristikaları dəyişir. Bu zaman onlar cızılır və maqnit qatlar yarasız hala düşür. Kontaktların araboşluğundakı tozlar relenin kontaktlarında qısa qapanmanın yaranmasına səbəb olur.
Bəzi materialların səhtinə tozun çokməsi onun hidroskopiklik (rütubəti özünə çəkmək) xüsusiyyətinə görə təhlükəlidir. Belə ki, nisbətən çox olmayan nəmlikdə toz müəyyən dərəcədə korroziyanın sürətini artırır. Öz tərkibində elektrolit olan toz havadakı nəmliyi udaraq korroziyanı dəfələrlə gücləndirir. Toz turşu məhlulunu udduqda, hətta keyfiyyətli rəngləri də tez dağıdır. Tropik ölkələrdə toz daha çox kiflənmənin artmasına səbəb olur.
Uzunmüddətli istismar prosesində komponentlərin səthində olan toz izolysiya müqavimətini aşağı salır. Bu əsasən yüksək nəmlik şəraitində çıxışlar arasında cərəyan itkisinin yaranmasına gətirib çıxarır. Ona görə də göstərilən xüsusiyyətlər korpusundakı çıxışlar arasında kiçik məsafəli mikrosxemlər üçün daha təhlükəlidir. Tozun dielektrik keçiciliyi havanın dielektrik keçiciliyindən yüksək olduğu üçün komponentlərin çıxışları arasındaki tutumun artmasını təyin edir. Buna uyğun olaraq tutum maneələri artır.
Məmulata tozun çökməsi havanın təbii hərəkətinə maneə törədir, məmulatın soyudulma effektliyini aşağı salır, çap lövhəsinində laklı örtükdə qorunmayan cərəyenkeçirici kontaktların normal işlənməsinə mənfi təsir göstərir.
EA-na və onun ayrı-ayrı qurğularına tozun girməməsi üçün onlar germetik korpusda yerləşdirilməlidir. Bunun nəticəsində EA-ın dəyəri artır və işləmənin temperatur rejimi pisləşir. Əgər EA-ın korpusu deşiklərlə yerinə yetiribsə, toz təbii yolla soyudulmuş hava vasitəsilə EA-ın daxilə keçir. Beləliklə, havanın soyudulması üçün korpusda yerinə yetirilən ventelyasiya deşikləri məmulatın daxilinə tozun keçməsinə səbəb olur.
Havanın rütubəti tozun neqativ təsirinə qarşı mübarizədə böyük rol oynayır. Nisbi rütubətin 70%-dən yüksək olması tozu nisbətən zərərləşdirir. Bunun nəticəsində toz hava selinin zəif hərəkətində qalxmır və konstruksiya elementlərinə çökmür. Ona görə də EA-ı olan otaqlarda döşəməni mütamadi olaraq yaş əski ilə silmək məsləhət görülür.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin