“Humanitar fənnlər” fakültəsi
“Sosial işin təşkili və idarə olunması” kafedrası
Fənnin adı : Əlilliyi olan insanlarla sosial iş
Mühazirə № 1
Mövzu: Əlilliyin təhlili və əlilliyi olan insanlarla sosial işin tarixi
Mühazirənin planı:
-
Qədim inanclar
-
İudeo-Xristian inanclar
-
XVII əsr inancları
-
XVIII əsr inancları
-
XIX əsr inancları
-
XX əsr inancları
İnsan varlığının mövcud olduğu tarix boyu əlilliy olan insanlar cəmiyyətin bir hissəsi olub. Arxeoloqlar dəfələrlə qzıntılar zamanı Neandertal Dövründən bəri əlilliyi olan insanların olmasını aşkar ediblər. Cəmiyyətlərin əlilliyi olan insanlara münasibəti həmişə həmin cəmiyyətlərin mədəniyyətlərinə, dəyərlərinə və inanclarına əsaslanıb.
Qədim inanclar: Neolitik qəbilələr əlilliyi olan insanları ruhları tərəfindn sahibləndiklərinə inanırdılar. Qəbilə üzvləri belə vəziyyətdən çıxış yolu kimi ruhları pis hesab edilən insanların kəllələrində deşik açırdılar. Qatı fərdiyyətçiliyi olan Spartanlar əlilliyi olan cavan insanları şəhər kənarına kinsəsiz yerlərə buraxırdılar ki, onlar məhv olsunlar. Roman tayfaları və Yunanlar əlilliyi olan insanlara yardım edirdilər və qarşılığında gözləyirdilər ki, qiyamlar olmasın.
İudeo-Xristian inanclar: Orta əsrlərdən sonra Avropalılar arasında geniş yayılmış İudeo Xristian ənənələrinə əsasən əlilliyi olan insanlari həyata gətirməsi Allahın öz narazılığını ifadə etmə vasitəsidir. İudeo-Xristian fəlsəfəsinə əsasən öldürmək tövsiyyə edilmirdi, lakin əlilliyi olan insanlar cəmiyyətdən kənar qalmaga və stereotiplərə məruz qalırdılar. Hətta əlilliy olan insanlara keşiş olmaq və dini məbədlərə daxil olmaları yasaq edilmişdi. Belə hesab edilirdi ki, insanlar özlərinin və ya valideynlərinin günahlarına görə əlil olurlar.
XVII əsr inancları: Sənayeləşmə erasında kapitalismin yüksəlişi insan əməyinə görünməmiş tələb və sosial problemlər gətirdi. Elizabetin 1601-ci ildə qəbul etdiyi bir sıra qanunlar insanları kateqoriyalara böldü və yetimlər, korlar və əlillər xeyriyyəçiliyə ehtiyacı olan insanlar kimi qiymətləndirildi.
XVIII əsr inancları: 1770-ci illərin ortalarında yeni perspektiv olan Maarifçilik Avropallara və Amerikalılara öz təsirini göstərməyə başladı və əlilliyə olan münasibət nisbətən dəyişdi. Belə ki, əlillik bioloji uyğunsuzluq kimi izah edildi və ABŞ-da bu uyğunuzluğun professional müdaxilə ilə aradan qaldırılması üçün müəssisələr yaradılmağa başlandı. Bu mümkün olmayanda, ən azından əllilliyi olan insanlar cəmiyyətdə özlərini əvvəlkindən daha yaxşı göstrmək bacarığı əldə edirdilər.
XIX əsr inancları: insanların dəyişə biləcəkləri barədə fikirlər davam edirdi. Professionallar böyük ümidlər bəsləyirdilər ki, “fərqli” olan insanlar, o cümlədən əlilliyi olan insanlar cəmiyyət tərəfindən mənimsənilə bilər, onun üzvlərini daha az “qorxudar” və qəbul oluna bilərlər. Lakin XIX əsrin sonlarında sosial darvinizm fəlsəfəsi (Francis Faltin) daha qabariq meydana çıxdı. Bu fəlsəfənin ardıcılları irsiyyət məsələsini öndə tütüb sosial cəhətədn arzu olunanların dünyaya gəlməsini təşviq edirdilər. Bu yanaşma professionlların əlilliyi olan insanların “dəyişdirilməsi”nin mümkün olması fikrinə inamını azaltdı və əlilliyi olan insanların cəmiyyətin məhsuldar üzvləri ola bilmələrinin mümkün olmadığını insanlara təbliğ etməyə başladı. Beləliklə, daha çox əlilliyi olan insanın dünyaya gələ biləcəyinin qarşısının alınması məqsədilə əlilliyi olan insanların ailə qurmasına qadağa qoyuldu və əlilliyi olan insanların daha çox institutlaşdırılmasına (müəsisələşməsinə), cəmiyyətdən təcrid olunub, kənar saxlanılmasına başlandı.
XX əsr inancları: XX əsrin əvvəllərində əlilliyi olan insanlar utanc obyektinə çevrildilər. Çox zaman professionalların məsləhətləri ilə valideynlər öz əlil uşaqlarını cmiyyətdən kənar evlərində və ya müəssislərdə gizlədirdilər. Məsələn, Amerika prezidenti Franklin D. Roosevelt əlliyi olan insan kimi cəmiyyətin münasibətinə görə həmişə əlilliyini ictimayyətdən gizlədirdir. I və II Dünya Müharibələri əlilliyi olan insanlar üçün müəyyən mənada irəliləyiş oldu. Müharibədə iştirak edən ölkələrin bir çoxu mühariədə əlil olan veteranların müalicəsinə pul ayırdı. Lakin 1950-ci illərdə hələ də əlilliyi olan insanların qeyri produktiv və sosial cəhətdən “zəlil” olduqları fikri əksəriyyət təşkil edirdi. Keşmiş dövrün fikirləri XX əsrin ikinci yarısında da professionalların əlillərlə iş praktikasına öz təsirini göstrməyə davam edirdi.
Bir çox cəmiyyətlərdə ‘əlillik’ individual uğursuzluq və şəxsi faciə hesab edilir. Bu yanaşma əlilliyi olan insanların cəmiyyətdə digər insanlar kimi bərabər hüquqlu davranmasına maneə yaradır, onları asılı vəziyytə salır və daimi olaraq səhiyyə və sosial rifah mütəxəssislərinin onların həyatına müdaxilə etməsinə icazə verir.
1960-cı illərdə Şimali Amerikadan, Skandinaviyadan və Qərbi Avropadan olan əlil aktivistlər onların digərlərindən fərqlənməsinə etiraz olaraq kompaniyalar keçirməyə başladılar. Məqsəd cəmiyyətin əlilliyi fərdi ‘bacarıqsızlıq’ kimi qiymətləndirməsinə etiraz etmək və onların müstəqil olmasına nail olmaq idi. Keçirilən etiraz kompaniyaları əsasən cəmiyyətin və siyasətçilərin diqqətini əlilliyi olan insanların cəmiyyətdə bərabər hquqlu insanlar kimi yaşayıb fəaliyyət göstərməsinə mane olan ‘əlil edən baryerlər’ə (sosial, iqtisadi, mədəni və siyasi) yönəldirdi.
Bugünki gündə əlilliyi olan insanlar özlərinin təşkilatlarının təsis etmiş və gündəlikərinə əlilliklə bağlı dövlət siyasətini daxil etmişlər. Məqsədləri isə əlilərə qarşı diskriminasiyanın qarşısını almaq və ənların cəmiyyətə daha çox daxil olmasına şərait yaratmaqdır. Bu cür etiraz kompaniyalarına Amerika Müstəqil Həyat Hərəkatının əlilliyin siyasiləşdirilməsi və kollektiv fəaliyyətlə bağlı qaldırdığı beynəlxalq məlumatlandırma kompaniyasını, İsveçdəki müəssər evlərlə təminat kompaniyasını göstərmək olar.
Əlilliyi olan insanlar qarşılaşdıqları sosial və ətraf mühit baryerlərini ifadə etdikcə onların bir fərd və qrup kimi ehiyaclarının qiymətləndirilməsinə, hüquqlarının yenidən nəzərədən keçirilməsinə ehtiyac duyulur. Əslində Əlilliyi olan insanlar müvafiq və zamanında göstərilmiş səhiyyə xidmətlərinin müsbət potensialını danmırlar. Sadəcə onlar o mütəxəssislərin əlilliyi funksional məhdudiyyət kimi qiymətləndirib xidmətləri fərdi reabilitasiya və adaptasiyaya yönləndirməklərinə etiraz edirlər.
Əlilliyi olan insanların səyləri nəticəsində dünyada əlilliyə olan münasibət müəyyən mənada dəyişmiş, və bir çox dövlətlərin əlilliklə bağlı siyasi məqsədləri təkmilləşmişdir. Belə ki, indi dövlətlərin bu sahədə olan siyasətləri vətəndaşlıq hüququ , icmada müstəqil həyat, ətraf mühitin müəssərliyi, təhsil, məşğulluq və istirahət imkanları yaxşilaşdırılmasına yönəlib.
Beynəlxalq səviyyədə də əlilliklə bağlı bir çox təşəbbüslər irəli sürülüb. BMT əlilliyi olan insanların hüquqlarının qounması məqsədi ilə 1975-ci ildə Baş Assambleyanin Əlilliyi olan insanların Hüquqlarına dair Deklarasiyasını təqdim edib. 1981-ci il BMT tərəfindən Əlilliyi olan insanların ili, 1983-92-ci illər isə Əlilli olan insanların onilliyi elan edilib. Əlilliyi olan insanların etirazları Ümumdünya Səhiyyə Təşkilatını əlilliyə olan munasibətini dəyişməyə inandırdı və onlar lirliklə bağlı qoyduqları təsnifatı yeniləyərək tibbi və sosial yanaşmanın vəhdətini yaratamağa cəhd göstərdilər.
Keçən əsrin 70-ci illərinə qədər Britaniyada əlillyi olan insanlara və onların ailələrinə yardım yalnız səhiyyə xidmətləri və könüllü təşkilatlar vasitəsilə həyata keçirilirdi. Sonradan 1970-ci ildə “Xroniki xəstələr və əlilliyi olan insanlar” Aktı qəbul olunduqdan sonra əlilliyi olan insanlara sosial xidmət göstərilməsi məsuliyyətə çevrildi. 1989-cu ildə qəbul olunan Uşaqlar Aktı ayrılıqda əlilliyi olan uşaqlara, 1990-cı ildə qəbul olunan Milli Səhiyyə Xidməti və İcma Qayğısı Aktı isə yaşlılara, sosial xidmətin yenidən təşkil edilməsinə gətirib çıxardı.
80-ci illərdə əlilliyi olan insanlar xidmətlərin ədalətsiz paylandığını və onların özlərinin avtonomluğunun olmamasından narazılıq bildirməyə başladılar. 1986-cı ildə Əlilliyi olan insanlar Aktı qəbul olundu ki, bu da əlillərin ehtiyaclarının qiymətləndirilməsinə xidmət edirdi. Yerli idarəetmə orqanlarına dövlət büdcəsindən pul ayrıldı və əlilliyi olan isanların ehtiyaclarını qiymətləndirmək hüququ verildi. Lakin əlilliyi olan insanların hərəkatı daha çox yardım tələb etdiklrinə görə 1996-cı ildə İcma Aktı qəbul olundu və xidmətdən istifadə edən insanlara birbaşa maddi yardımın göstərilməsinə başlandı. Pulun birbaşa xidmt istifadəçilərinə verilməsi və onların nəzarətdə saxlanılması sosial xidmət siyasətinin əsasına çevrildi.
Müəssisə xidmətlərindən istifadəninin minimuma endirilməsi üçün dövlət aşağıdakı addımları atdı:
-
daha yaxşı qabaqlayıcı xidmtlər və rehabilitasiyaya daha çox diqqət
-
işləmək iqtidarında olan xidmət istifadəçilərinə dəstək
-
insanların dəyişən ehtiyaclarını daim nəzarətdə saxlamaq
-
psixi sağlamlıq problemləri olan insanlara təkmilləşdirilmiş dəstək
-
qayğı göstərənlərə dəstək
-
birbaşa ödənişlər sisteminin genişləndirilməsi.
“Sosial qayğı üçün keyfiyyət strategiyası” və “Sosial iş təlimi üçün tələblər” təsdiq edildikdən sonra sosial işçilərin xidmət stifadçiləri ilə iş zamanı daha professional olmalarına diqqət yetirilməyə başladı.
Nəzəriyyədə sosial işçinin rolu çox böyük olub özünə, fərdələrə və ailələr yardımın göstərilməsini, ehtiyacların qiymətləndirilmsini, rehabilitasiya xidmətlərinin göstərilməsini, sosial xidmət heyətinin təlimləndirilməsini və xidmət paketinin idarə olunmasını daxil edirsə, əvvəllər praktikada sosial işçiərin rolları daha məhdud olurdu. Lakin indi sosial işçi peşəsi sosial dəyişikliyin baş verməsinə töhvə verir, insan münasibətlərində problemləri həll edir, öz rifahlarını qaldırmaq üçün insanları gücləndirir. Davranış və sosial sistemlər nəzəriyyələrindən istifadə etməklə sosial iş insanların öz ətraf mühitləri ilə əlaqəyə girdikləri an müdaxilə edir və sosial işin əsasında insan hüquqları prinsipləri və sosial ədalət durur.
Əlilliyi olan uşaqlar və böyüklərlə sosial işin vəzifələrinə əlillik problemlərini aradan qaldırılması, yetkinlik dövrünə keçid zamanı uşaqlara dəstək verilməsi və müstəqil yaşamaq başarığnı aşılanması, maliyyə fondlarından istifadəyə imkanlarının yaradılması, fərdi yardım, avadalıq və məşğulluğun təmin edilməsidir. Həmçinin sosial işçilər təqdim edilən xidmətlərin uyğun və ədalətli olmasını təmin etməlidirlər
Ədəbiyyat:
-
Michael Oliver, Bob Sapey and Pam Thomas (2012) Social Work with Disabled People. Palgrave Macmillan. 4th Edition
-
Sally French and John Swain (2012). Working with Disabled People in Policy and Practice: a social model. Palgrave Macmillan
-
Colin Barnes and Geof Mercer (2010). Exploring Disability. Second Edition. Polity
-
Disabling Barriers – Enabling Environments (2011). Edited by John Swain, Sally French, Colin Barnes and Carol Thomas. SAGE Publications Ltd.
Mühazirənin müəllifləri:
Aygün Musayeva
Tünzalə Verdiyeva
“Sosial işin təşkili və idarə olunması” kafedrası
İstifadə zamanı istinad mütləqdir.
Dostları ilə paylaş: |