3.5. Rezonans tezlilik həssas elementli EJA tipli təzyiq vericisi (Yaponiya - «YOKOGAWA-Elektrik-Corporation») EJA tipli təzyiq vericisi maye, qaz və buxarın izafi təzyiqini, təzyiqlər fərqini ölçmək üçün istifadə olunur. Bu vericinin çıxış siqnalı 4-20 mA, ölçü diapazonu:
Dəqiqlik sinfi 0,1 %-dir, ölçülən mühitin temperatur diapazonu isə °C-lə -40 +120 arasında dəyişir.
EJA təzyiq vericisi konstruktiv olaraq təzyiqi tezliyə çevirən ilkin rezonans tezlilik vericisindən və tezliliyi unifikasiya olunmuş (4-20) mA cərəyan siqnalına çevirən ikinci elektron çeviricisindən ibarətdir. Təzyiq cihazları istehsal edərkən texnikanın ən yeni nailiyyətləri tətbiq olunmuşdur. Belə ki, başqa
təzyiq vericilərindən fərqli olaraq, bu vericidə ənənəvi analoq sensorlarından yox, rezonans tezlikli sensordan istifadə edilmişdir (şəkil 3.8).
1-He-şəkilli rezonator; 2- Maqnit sahəsi; 3- Vakuum mühiti; 4- Membran; 5- Elektrik terminalı; 6- Körpü sxemi.
Sensor, 2 mövqeli sabit maqnit təsiri altında olan və tərkibində monokristal kremni olan 1 He-şəkilli həssas elementdən (rezanatordan) ibarətdir. Qeyd etmək lazımdır ki, bu həssas element 3 mövqeli vakuum mühitində yerləşdirilmişdir. Sensorun iş prinsipini belə izah etmək olar: 1 rezanatorunu, 5 mövqeli elektrik terminalının köməkliyi ilə dəyişən cərəyan vasitəsi ilə həyəcanlandırarkən 1 rezanatoru onun hər iki ayaqlarındakı parametrdən asılı olaraq xüsusi rezonans tezliyi ilə titrəməyə başlayır. Ölçülən P təzyiqi 4 mövqeli membrana təsir edəndə 1 rezenatoru deformasiyaya uğrayır və onun rezonans tezliyi təsir edən P təzyiqinə nisbətən mütənasib olaraq dəyişir. Sensor elə quraşdırılmışdır ki, işçi P təzyiqinin təsirindən rezanatorun biri sıxılır, o biri isə dartılır və nəticədə sensorun çıxış siqnalı rezenatorlarda yaranan tezliklər fərqi hesab olunur. Yaranan tezliklər fərqi isə 6 körpü sxemi vasitəsilə elektron quruluşuna (sensoruna) göndərilir. Elektron sensoru isə rezonatordan gələn siqnalı (4-20) mA elektrik siqnalına və yaxud rəqəm formasında kodlara çevirir. Elektron modulunun çıxış siqnalını iki elektrik naqili vasitəsilə ya elektron hesablayıcı maşının girişinə və ya elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə birləşdirmək olar.