Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Tenzoristor həssas elementli intelektual



Yüklə 20,62 Mb.
səhifə45/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Tenzoristor həssas elementli intelektual
hidrostatik səviyyəölçənlər
(ABŞ – Xonnevel)
Texnoloji aparatlarda ρ sabit sıxlığı olan mayenin h hündürlüyünün yaratdığı P hidrostatik təzyiqi hidrostatik səviyyəölçənlərdə təyin etmək üçün aşağıdakı bərabərlikdə istifadə edirlər:
P = ρgh (5.1)
Adətən hidrostatik təzyiqi manometrlə və ya difmanometrlə ölçmək olar. Qeyd etmək lazımdır ki, neftayırma zavodlarında təzyiq altında olan aparatlarda mayenin səviyyəsini ölçmək üçün ABŞ-ın Xonnevel firmasını istehsalı olan ST-3000 tipli intelektual hidrostatik difmanometrlərdən istifadə olunur. ST-3000 tipli diferensial manometrin iş prinsipi və birləşmə sxemi verilmişdir. Belə halda yüksək təzyiq impuls muftası aparatda olan mayenin maksimum həddi olan yerdə quraşdırılır. Aparatda olan P statik təzyiq 2 impuls borusu vasitəsilə 1 difmanometrin ölçü kameralarına
ST 3000 tipli səviyyəvericisinin
çənlərdə quraşdırma sxemi



Şəkil 5.2
daxil olur. Əgər (h=0, ∆P=∆Pmax) və (h=h max, ∆P=0) olarsa, o halda ölçülən təzyiqlər fərqi aşağıdakı şəkildə olacaqdır.
∆P = ρm · g · hmax - ρm · g · h =
= ρmg(hmax- h) (6.2)
ST-3000 tipli difmanometrin çıxış siqnalı (4-20) mA, ölçü diapazonu (0-0,714) MPa, dəqiqlik sinfi isə 0,1 %-dir.
Bu difmanometrin çıxış siqnalını həm EHM-in, həm də elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə vermək olar. ST-3000 tipli difmanometrin iş prinsipi 3-cü bölmədə verilmişdir.


İntelektual Radar səviyyəölçənlər.
[Niderland - ENRAF]
İntelektual Radar səviyyəölçənlərin iş prinsipi neft və neft məhsulları saxlanan çənlərin üst tərəfinə quraşdırılmış radiolakator antenası vasitəsilə mayenin üst qatına radiomaqnit dalğaların (impulsların) ötürülməsi və həmin antena vasitəsilə də mayenin üst qatından əks olunmuş impulsların tutulmasına əsaslanmışdır. İmpulslararası məsafənin yekun müddəti çənlərin yuxarı zonası (maksimal hündürlük) ilə mayenin üst qatının arasındakı məsafəni təyin edən parametrdir. Boş çənlərdə 40 metr hündürlüyündə dolma zamanı impuls siqnalarının yayılma müddəti (işıq sürəti ilə) təxminən 0,000000133 saniyədir. Belə qısa zaman intervalında 1 mm-dək dəqiqliklə səviyyənin tələb olunan yerdə ölçülməsini aparmaq çox mürəkkəb bir məsələdir. Bu məsələnin həll edilməsi üçün Hollandiyanın «ENRAF» firması özünün «Sintezedici İmpuls radar» (SİR) sistemini işləyib hazırlamışdır. Bu sistemin əsas üstünlüyü impuls siqnallarının qəbulunu tezlilik modulu vasitəsilə tezlilik formasına çevrilməyə imkan verir. Bu isə tezliklər arasındakı fərqi mayenin üst qatından əks olunmuş siqnalların və çənin üstündən aşağı buraxılan siqnalların xarakteristikalarını müqayisə etməklə müəyyənləşdirməyə imkan verir. Nəticədə alınmış tezliliklər fərqi səviyyəsi təyin ediləcək mühitin məsafəsinin ölçüsü sayılır. Beləliklə, sintezedici impuls radar sisteminin çıxışında alınan tezliklər fərqini sabit cərəyan siqnalına və yaxud rəqəm şəkilli koda çevirmək üçün elektron çeviricisinin girişinə ötürülür. Elektron çeviricisinin iş prinsipi 3-cü bölmədə verilmişdir. İnelektual radar səviyyəölçənlərin çənlərə birləşdirmə sxemi şəkil 6.3-də verilmişdir.
“ENRAF” firmasının istehsalı olan intelektual radar səviyyəölçənlərin çıxış siqnalı (4-20) mA, dəqiqliyi 1 mm, ölçü diapazonu isə (0-40.000) mm-dir.

Şəkil 5.3



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin