Proqramda 6 sıxılma metodu nəzərdə tutulmuşdur:
1. Tez (Быстро)
2. Surətli (Скоростной)
3. Yaxşı (Хороший)
4. Maksimal (Максимальный)
5. Adi (Обычный)
6. Sıxılmadan (Сжатия)
Maksimal sıxılma üsulu yüksək dərəcəli sıxılmanı təmin edir. Lakin bu zaman sıxılma sürəti çox kiçik olur. Əksinə, sürətli üsul sürətlə sıxılmanı, lakin pis sıxılmanı təmin edir. Lüğətin ölçüsü – 64,128,256,512 və 1024 kb ola bilər. Lüğətin ölçüsü nə qədər böyük olsa sıxılma sürəti aşağı, keyfiyyəti isə yüksək olur. Əgər kompüter 16 mb operativ yaddaşa maliksə, lüğətin ölçüsünü 256 göstərmək olar.
Proqramda aşağıdakı arxivləşmə parametrləri nəzərdə tutulmuşdur:
Arxivləşmədən sonra faylı ləğv etmək (Удалить файла после архивации). Fayl arxivləşdikdən sonra avtomatik ləğv edilir.
SFX - arxivi yaratma (Создать SFX). Özüaçılan SFX arxiv faylı yaradılır. Belə ki, bu tip arxivdə kursoru həmin faylın üzərinə qoyub, siçanın sol düyməsini sıxmaqla fayl arxivdən azad olur.
Bütöv arxiv (Непрерывный архив). Yalnız RAR tipli arxiv bütöv arxivləşməyə məruz qalır.
Elektron imza (Электронный подпись) Bu zaman arxivə elektron imza – müəllif, axırıncı dəfə yeniləşmə tarixi əlavə olunur.
Multimedia sıxılma (Мултимедийная сжатия)
Bu sıxılma parametri səs, 24 tərtibli BMP formatlı rəsmlərin sıxılması zamanı adi sıxılmadan 30% artıq yüksək tərtibli sıxılma əldə etməyə imkan verir. Bu parametr yalnız RAR tipli arxivlər üçün nəzərdə tutulmuşdur.
Bərpa üçün informasiya (Информация для востановления). Arxivə bərpa üçün informasiyanı əlavə edir.
Ehtiyat surəti üçün isə aşağıdakı parametrlər müəyyən edilmişdir:
1. Arxivləşmədən əvvəl diski təmizləmək (Очишать сменный диск перед архивацией на него). Arxiv diskdə yaradılarkən onda olan bütün fayllar və qovluq ləğv olunur.
2.Yalnız “Arxiv” atributları əlavə etmək (Добавлять только с установленным атрибутом). Bu zaman arxivə yalnız arxiv atributlu fayllar əlavə edilə bilər.
3. Arxivləşmədən sonra “Arxiv” atributunun ləğv edilməsi (Снимать атрибут ”Архивный” после архивации). Arxivləşmədən sonra fayllardan arxiv atributu ləğv olunur.
- Arxivin bərpası (Востановить архив).
Xarab olmuş RAR və ZIP tipli arxivləri bərpa edir, açılmış pəncərədə bərpanı təsdiq etdikdən sonra arxiv bərpa olunur və bu haqqda hesabat pəncərəsi ekranda əks olunur.
- Sıxılma dərəcəsinin qiymətləndirilməsi (Оценить степень сжатия). Qeyd olunmuş fayl və qovluqların müəyyən format əsasında sıxılma dərəcəsini və vaxtını təyin edir.
- Qeyd olunmuş arxivlərdən azad etmək (Извлечь из выделенных архивов). Bu əmr qeyd olunmuş arxivlərin açılmasını təmin edir. Əmr yerinə yetirildikdə açılmış pəncərədə arxivdəki fayllar üçün yol, yeniləşmə, yenidən yazma parametrlərini müəyyən etmək lazımdır.
- Qeyd olunmuş arxivləri testdən keçirmək (Протестировать выделенные архивы). Bu əmr qeyd olunmuş arxivləri idarə rejiminə daxil olmadan testdən keçirməyə imkan verir. Nəticə, test qurtardıqdan sonra ekranda əks olunur.
- Fayla baxma (Просмотреть файл). Bu əmr faylı həm də arxivi idarə rejimində yerinə yetirilir və qeyd olunmuş fayl və arxivə baxışı təmin edir.
- Faylları ləğv etmək (Удалить файлы). Bu əmr də hər 2 rejimdə yerinə yetirilir və qeyd olunmuş faylı ləğv edir.
- Arxivdən faylları azad etmək (Извлечь файлы из архива). Əmr arxivləri idarə rejimində yerinə yetirilir və arxivdə qeyd olunmuş faylları və qovluqları arxivdən azad edir.
- Arxivdən digər qovluğa azad etmək (Извлечь в другую папку). Bu əmr də arxivləri idarə rejimində yerinə yetirilir və arxivdə qeyd olunmuş faylların və qovluqların arxivdən azad olunmasını təmin edir. Əvvəlki rejimdən fərqli olaraq əmr yerinə yetirildikdə açılan pəncərədə arxivdən azad olunmuş fayl və qovluğun yolunu və arxivdən azad etmə parametrləri müəyyən olunur.
- Arxivdə faylları testdən keçirmək (Протестировать файлы в архиве). Bu əmr arxivi idarə rejimində yerinə yetirilir və arxivdəki qeyd olunmuş faylları testdən keçirir.
- Arxiv şərhinin əlavə olunması (Добавить архивный комментарий). Əmr arxivi idarə rejimində yerinə yetirilir və arxivə şərh daxil edilməsini təmin edir. Əmr yerinə yetirildikdə açılan pəncərədə şərhin mətnini daxil edib OK düyməsini sıxmaq ləzımdır.
- Bərpa üçün informasiyanın əlavə edilməsi (Добавить информацию для востановления). Bu əmr arxivi idarə rejimində yerinə yetirilir və arxivə bərpa üçün informasiya daxil edir.
- Arxivdə dəyişikləri qadağa etmək (Заблокировать архив). Bu əmr arxivə ixtiyari dəyişiklikləri qadağan edir.
- SFX arxivinə çevirmək (Преобразовать архив в SFX). Bu əmr arxivi SFX arxivinə çevirir.
- Arxiv haqqında informasiya (Информация об архиве). Bu əmri yerinə yetirdikdə arxiv həqqında informasiya pəncərəsi açılır.
Tarixcə (История) menyusu- Bu menyu tarixcəni təmizləmək (Очистить историю) üçündür. Əvvəllər yaradılmış arxivlərin tərkibinə baxışı təmin edən arxivlər siyahısından ibarətdir. Tarixcəni təmizləmək əmri bu siyahını təmizləyir.
Seçilmiş (Избранное) menyusu- Bu menyu qovluqdakı fayl və arxivlərin siyahısını əks etdirir. Ondan sonra açılmış cari qovluğu və ya arxivi siyahıya daxil etmək üçün menyunun Seçilmişə əlavə etmək (Добавить в избранное) əmrini yerinə yetirmək kifayətdir. Seçilmişi nizamlamaq əmri isə siyahıdakı qovluq və ya arxivləri ləğv və adını redaktə etmək, siyahıya açılmış qovluğu və arxivi əlavə etmək, siyahının strukturunu dəyişmək imkanı verir. Bunun üçün növbəti pəncərədə müvafiq olaraq Ləğv etmək (Удалить), Redaktə etmək (правка), Əlavə etmək (Добавить), Yuxarı (Вверх), Aşağı (Вниз) düymələrindən birini sıxmaq lazımdır.
Parametrlər (Параметры) menyusu- Müəyyən olunma (Установки). Əmri yerinə yetirdikdə açımış çox bölməli dialoq pəncərəsində proqramın əlavə parametrlərini, məsələn: arxiv formatını, avtomatik olaraq arxivin yerləşəcəyi qovluğu müəyyən etmək olar.
Protokola baxış (Просмотр протокола). Bu əmri yerinə yetirdikdə rar.loq protokol faylı açılır.
Protokolun təmizlənməsi (Очистить протокола). Protokol faylını təmizləyir.
? menyusu- Menyu proqramla işləmək qaydaları və proqram haqqında məlumat almağa xidmət edir. O aşağıdakı əmrlərdən ibarətdir.
Məzmun (Содержание). Əmr proqramla işləmək qaydalarına mövzular üzrə baxışı təmin edir.
Proqram haqqında (О программе). Bu əmri yerinə yetirdikdə açılan pəncərədə proqram haqqında informasiya əks olunur.
ƏDƏBİYYAT
1. Kərimov S., Həbibullayev B., İbrahimzadə T. İnformatika (Dərs vəsaiti). Bakı, 2002.
2. Əliyev R.Ə., Salahlı M.Ə. İnformatika və hesablama texnikasının əsasları. Bakı, Maarif, 2004.
3. Abbasov Ə.M., Əlizadə M.N., Seyidzadə E.V., Salmanova M.Ə. İnformatika və kompüterləşmənin əsasları. “MSV NƏŞR”, Bakı, 2006.
4. Quliyev V. Verilənlər bazası, “Elm”, Bakı, 2006.
5. Kərimov S.Q. İnformasiya sistemləri. “Elm” nəşriyyatı, Bakı, 2008
6. Соловьев Г.Н., Никитин В.Д. Операционные системы ЭВМ. Москва, Высшая школа, 1989.
7. Каймин В.А. Информатика. Учебник. Москва, ИНФРА-М, 2000.
8. Информатика. Учебник/ Под ред. Н.В. Макаровой. Моcква, Финансы и статистика, 2000.
9. Фаранов В. В. Turbo Pascal. Начальный курс. Учебное пособие. Издание 7-ое, переработанное. Москва, Нолидж, 2001.
10. Олифер И. Г., Олифер Н. А. Компьютерные сети. Принципы, технологии, протоколы. Санкт-Петербург, издательство «Питер», 2001.
11. Иванов М.А. Криптогоафические методы защиты информации в компьютерных системах и сетях. Москва, 2001.
12. Журин А. А. Cамоучитель работы на компьютере. Москва, «Дельта», 2001.
13. Немнюгин С.А. Turbo Pascal. Практикум. Санкт Петербург, Питер, 2002.
14. Конолли Т., Каролин Б., База данных: проектирование, реализация и сопроваждение. Теория и практика. «Вильямс», Москва, 2003.
15. Снижко Е. А. Компютерная геометрия и графика. Санкт-Петербург, БГТУ, 2005.
Dostları ilə paylaş: |