3.2.Dairəvi yataqda yerləşən quyuların interferensiyası
Indi isə dairəvi yataqda yerləşən quyuların bir-birinə qarşılıqlı təsirini öyrənək.
Tutaq ki, qidalanma konturunun radiusu R1, qalınlığı h, keçiriciliyi k olandairəvi yataqda Ro radiuslu cərgədə n sayda quyular yerləşmişdir. Qidalanma konturunda sabit P1 təzyiqi , quyudibində isə P2 təzyiqi təsir edir, quyular aralarında məsafə 2-dır.
Dairəvi yataqda da zolaqvarı yataqda olduğu kimi qidalanma konturundan quyular cərgəsinə kimi olan süzülmə sahəsini iki zonaya ayıraq.
Şək.3.3. Dairəvi yataqda quyuların bir-birinə qarşılıqlı təsiri.
1. Maye konturdan quyular cərgəsinə qədər olan sahədə ( Ro r R1 ) şərti ilə O mərkəzinə istiqamətlənərək yastı radial hərəkət edir.
Dyüpyü formulundan istifadə etməklə quyunun hasilatı və xarici müqavimətin dəfinə sərf olunan təzyiq itkisi təyin edilir (bu zaman fərz edilir ki, maye radiusu Ro olan quyuya axır).
(3.23)
2. Mayenin quyular cərgəsindən quyulara yastı radial axını.Yenə də quyunun hasilatı Dyüpyü formulu ilə hesablanır və sonra daxili müqavimətin dəfinə sərf olunan təzyiq itkisi təyin edilir .
(3.24)
Beləliklə, konturla quyular arasında yaranan tam təzyiq itkisi
P = Px + Pd (3.25)
və ya
( 3.26)
olar.
Cərgədə yerləşən bütün quyuların hasilatını tapaq
;
;
Onda
(3.27)
alınar.
Dostları ilə paylaş: |